Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf üzrə Konfransı (ing. UNCED), həmçinin Rio-de-Janeyro Konfransı və ya Yer sammiti (port. ECO92, Cúpula da Terra) kimi tanınan, 1992-ci il 3-14 iyun tarixlərində Rio-de-Janeyroda keçirilən BMT-nin əsas konfransı.
Yer sammiti, Soyuq müharibədən sonra üzv dövlətlərin inkişaf məsələlərində beynəlxalq miqyasda birgə əməkdaşlığı məqsədi ilə yaradılmışdır. Ayrı-ayrı üzv dövlətlərin davamlılıqla bağlı məsələlərinin həlli prosesinin böyüklüyü səbəbindən Yer sammiti digər üzv dövlətlər üçün əməkdaşlıq platforması olaraq təşkil edildi.
1992-ci il konfransının əsas nailiyyəti, "iqlim sisteminə təhlükəli insan müdaxiləsi" ilə mübarizə və atmosferdə istixana qazlarının konsentrasiyalarını sabitləşdirmək üçün qismən beynəlxalq ekoloji müqavilə kimi yaradılmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) yaradılması idi. BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransı (UNCED) 154 dövlət tərəfindən imzalanmışdır. 2022-ci ilə qədər UNFCCC-nin tərəflərinin sayı 198 idi. Onun ali qərar qəbuledici orqanı olan Tərəflər Konfransı (COP) iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişi qiymətləndirmək üçün hər il toplanır.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının yaradılmasından bəri bir çox əlaqəli ekoloji konfranslar, iqlimlə bağlı forumlar, iqlim və ekoloji təhlükəsizlik sahələrində davam edən elmi tədqiqat təşəbbüsləri bu kəsişən məsələləri inkişaf etdirmişdir. Qeyri-hökumət təşkilatları (QHT)[1] və təhsil müəssisələrinin tanınmış simaları da bu tədbirlər də iştirakçı olmuşlar.
Yer sammiti ekoloji müqavilələrin ehtiyat prinsipi, ümumi, lakin fərqli əsas prinsiplərinin yayılmasında təsirli rol oynamışdır.[2]
Toxunulan məsələlərə aşağıdakılar daxil idi:
Sammitin mühüm nailiyyətlərindən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair razılaşma oldu ki, bu da öz növbəsində Kioto protokolu və Paris sazişinin imzalanmasına səbəb oldu. Digər razılaşma "Yerli xalqların torpaqlarında ətraf mühitin pozulmasına səbəb olacaq və ya mədəni baxımdan uyğun olmayan hər hansı fəaliyyətin keçirilməməsi" idi.
Bioloji Müxtəliflik haqqında Konvensiya Yer Sammitində imzalandı və təbii ekoregionların məhv edilməsi, qeyri-iqtisadi artıma təşviq etməyən tədbirlərin yenidən müəyyənləşdirilməsinə doğru bir başlanğıc oldu. Ümumdünya Okeanlar Günü ilk olaraq bu konfransda təklif edildi və o vaxtdan bəri tanınır.[4]
Prezident Corc Herbert Volker Buş, İqlim üzrə Yer Sammitinin Konvensiyasını imzalasa da, ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi Administratoru Uilyam K.Reilli etiraf edir ki, ABŞ ilə konfransda danışıqlar aparmaq çətin idi.[5]
On iki şəhər innovativ yerli ətraf mühit proqramlarına görə Yerli Hökumət Fəxri Mükafatına layiq görüldü. Bu şəhərlərin siyahısına, yerli dağ-mədən sənayesinin ətraf mühitə vurduğu zərərin bərpası üçün iddialı proqramına görə Kanadanın Sadberi, yaşıl tikinti strategiyasına görə ABŞ-nin Ostin və beynəlxalq təhsil və təlim komponentini bələdiyyə çirklənməsinə nəzarət proqramına daxil etdiyinə görə Yaponiyanın Kitakyuşu şəhərləri daxil idi.
Yer Sammitində aşağıdakı sənədlər imzalandı:
Bundan əlavə, mühüm hüquqi qüvvəyə malik sazişlər (Rio Konvensiyası) imzaya açılmışdır:
Rioda BMT-nin səhralaşma ilə mübarizə Konvensiyasının üçüncü konvensiyası üçün Beynəlxalq Danışıqlar Komitəsinin yaradılması barədə razılığa gəlindi. Bu konvensiya Riodan sonra iki il ərzində müzakirə edildi. 1996-cı ildə 50 ratifikasiya aldıqdan sonra qüvvəyə mindi.
Rioda sazişlərə (xüsusən də Ətraf Mühit və İnkişaf üzrə Rio Bəyannaməsi və Gündəlik 21) riayət olunmasını təmin etmək üçün Yer Sammitinin nümayəndələri Davamlı İnkişaf üzrə Komissiya (CSD) yaratdılar. 2013-cü ildən CSD-ni Baş Assambleyanın iclasları çərçivəsində toplanan Dayanıqlı İnkişaf üzrə Yüksək səviyyəli Siyasi Forum əvəz etdi.
Tənqidçilər qeyd edirlər ki, yoxsulluqla mübarizə və ətraf mühitin təmizlənməsi kimi fundamental məsələlərlə bağlı Rioda imzalanmış razılaşmaların çoxu həyata keçirilməyib. Malayziya ABŞ-ın meşələrlə bağlı təklif etdiyi konvensiyanı əngəlləyə bildi, Malayziya baş naziri Mahathir Məhəmməd daha sonra qlobal Şimalı bu sammitdə eko-imperializm həyata keçirməkdə ittiham etdi.[11][12] Vandana Şivaya görə, Yer Sammiti "yaşıl imperializm üçün mənəvi baza" yaratmışdı.[13]
Beynəlxalq Yaşıl Xaç Cəmiyyəti, Sammitin işinə əsaslanaraq təsis edilmişdir.
Bu mərhələdə, gənclər iqlim idarəçiliyi çərçivəsində rəsmi olaraq tanınmırdı.[14] Gənclərə xüsusi qiymət verilməsə də, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf üzrə Konfransında gənclərin fəallığı gözə çarpırdı.[15] Gənclər, "Dayanıqlı İnkişafda Uşaq və Gənclərə dair Gündəliy"in 21-25-ci fəsilləri üzrə danışıqlara cəlb olunurdular.[16]
25-ci fəslin 2-ci bəndində qeyd olunduğu kimi, dünyanın hər yerindən gənclərin iştirakı, qərarların qəbulu proseslərinin bütün müvafiq səviyyələrində fəal iştirakları mütləqdir, çünki bu, onların bugünkü və gələcək həyatlarına təsir göstərir.[17]
UNCED-dən iki il əvvəl gənclər Yer Sammitinə hazırlıq üçün beynəlxalq səviyyədə təşkil olunmuşdular.[18] Gənclərlə bağlı narahatlıqlar Yer Sammitindən əvvəl Kosta-Rikada keçirilən Dünya Gənclərinin Ətraf Mühit Görüşündə, Juventud (Gənclik) 92-də birləşdirilmişdirlər.[19][20]
Müasir gənclərin ətraf mühitə və inkişafa dair qərarların qəbulunda iştiraka cəlb olunması...bu, Agenda 21-in (UNCED 1992) uzunmüddətli uğuru üçün çox vacibdir.[21]
UNCED-ə paralel olaraq,dünyanın müxtəlif ölkə gənclərinin iştirakı ilə Gənclər 92 konfransı təşkil edildi.[22][23] Bundan əvvəl və sonra da belə konfrans təşkil edilib.[24]