Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalə qaralama halındadır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Brayan Treysi (5 yanvar 1944, Şarlottaun) — Kanada əsilli Amerikalı motivasiyalı ictimai natiq və özünü təkmilləşdirmə üzrə müəllif.[1][2] O, onlarla dilə tərcümə edilmiş səksəndən çox kitabın müəllifidir.[3] Onun məşhur kitabları: Həqiqətən dəyər verdiyini qazan, O qurbağanı ye!, Bəhanələrə yox!, Daxili İntizamın Gücü və Nəailiyyət Psixologiyası.
Brayan Treysi | |
---|---|
ing. Brian Tracy | |
Doğum tarixi | 5 yanvar 1944 (80 yaş) |
Doğum yeri |
|
Təhsili | |
Fəaliyyəti | spiker-motivator[d], yazıçı, məsləhətçi[d] |
briantracy.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Brayan Treysi 27 noyabr 1944-cü ildə, Şarlottaunda, Kanadada doğulmuşdur. Heykəltəraşlıq üzrə professor olan atası, Toronto Universitetində işlədiyindən ailə Torontoya köçür. 1952-ci ildə Kaliforniyaya köçürlər və Brayan 16 yaşınadək orada qalır. 1960-cı ildə isə onlar Britaniya Kolumbiyasına, Vankuverə köçürlər və Brayan orada Ali məktəbə daxil olur lakin, təhsilini yarımçıq qoymalı olur. Bir müddət taxta emalı sexində, fabrikdə və tikintidə işlədikdən sonra Norveçin Hanifaks yükdaşıma şirkətində işə düzəlir və gəmi ilə dünya səyahətinə çıxır.
Brayan növbəti 7 ili işləyərək və səyahət edərək 80-dən artıq ölkədə olmuşdur. 21 yaşında iki dostu və Land Rover maşını ilə Saxara səhrasını keçərək Qibraltardan Qərbi Afrikaya səyahət etmişdir. Sonra Yohansburqa və Keyp Tauna gedərək bir ilə ümumilikdə 17000 mil quru və su ilə səyahət etmişdir. Beş il ərzində Afrika, Avropa, Orta Asiya, Türkiyə, İraq, Pakistan və İranı keçərək, 16000 mildən çox yol qət etmişdir. Bir müddət Cənub Qərbi Asiyada işlədikdən sonra Vankuverə qayıdaraq orada Cənubi Afrikaya işlənmiş Land Rover ixracı ilə məşğul olmuş və bir ilə kimi Mexiko Şəhərində yaşamışdır.
Artıq muzdlu iş tapmadığından satış işi ilə məşğul olmağa başlayır. Bir neçə ay bu sahədə səmərəsiz fəaliyyətdən sonra məsləhət üçün yaxşı satıcılara müraciət edir və onlar da həvəslə Brayana məsləhət verməyə başlayırlar. Cəmisi bir ilə o özü yaxşı satıcılar cərgəsinə qoşulur və 6 ölkədə 95-dən çox satıcı cəlb edərək təlim keçir. O vaxt onun yalnız 25 yaşı var idi. 1975-ci ildə Edmontona köçür və orada torpaq sahəsi alaraq 3 milyon dollarlıq ticarət mərkəzi tikir və onu nəhəng əmlak konqlomeratına satır və özü də həmin şirkətdə işləməyə başlayır. 1978-ci ildə , 265 milyon dollarlıq kapitala və Qərbi Kanadada külli miqdarda əmlaka sahib olan Partiya Əmlak Şirkətinin İcraçı Direktoru olur. 1981-ci ildə şirkət Fideliti İnvestment tərəfindən alındıqda Brayan şirkəti tərk edir və peşəkar biznes natiqi və treneri kimi müstəqil fəaliyyətə başlayır. Yeni işin təşkilinə və planlaşdırılmasına sərf edilən bir ildən sonra Brayanın seminarlarına yüzlərlə və minlərlə insan gəlməyə başlayır. Onun amalı fərdi insanlara və biznesmenlərə öz məqsədlərinə tez və asan yolla nail olmağı öyrətmək olur. Uğur və nailiyyətə dair audio proqramları milyondan çox nüsxə ilə Avropa, Asiya, Amerika, Kanada və Latın Amerikasında satılır.
Brayan Treysi dünyanın 61-dən çox ölkəsində 1000 — dən çox şirkətin beş milyona yaxın əməkdaşı üçün treninqlər keçirmişdir. Mativləşdirici natiq və seminar lideri kimi hər il 250 mindən çox insanla ünsiyyətdə olur. Bu illər ərzində Brayan Treysi, 28 dilə tərcümə edilmiş, bütün dünyada tanınan Nailiyyət Psixologiyası bestselləri də daxil olmaqla 500-dən artıq audio və video proqram istehsal etmişdir.
Onun xidmətindən istifadə edən insanların sırasında İMB, FedEx, Hewlett Packard, Caterpillar və PepsiCo kimi məşhur şirkətlərin yüksək səviyyəli menecer heyəti də vardır. Onun "Liderlik", "Satış", "Biznes Uğuru", "İdarəçilik Effekti", "Strategiya", "Yaradıcılıq və Uğur Psixologiyası" mövzusunda dolğun və dəyərli seminarlarının müsbət nəticəsi özünü gözlətmir və uzun müddətli olur.
Muzdlu iş, satış, marketinq, investisiya, avtomobil ixracı, daşınmaz əmlak biznesi, distribyutorluq və menecer sahələrində uzun müddətli təcrübə və təhqiqatlarına əsaslanan 55 kitabı 42-dən artıq xarici dilə tərcümə edilmiş və 60-dan çox ölkədə satılmaqdadır. Brayan Treysi şəxsi inkişaf və biznes uğuru sahəsində ən yaxşı trenerlərdən hesab edilir[4].
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |