Vaşaq (lat. Lynx) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Təhlükə həddinə yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Geniş yayılmış, bəzi yerlərdə adi, lakin antropogen təsir altında sayı azalan həssas növdür.
Vaşaq | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Vaşaq |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Bədəninin uzunluğu 82-109 sm, quyruğunun uzunluğu 20-24 sm, çəkisi 8-21 kq olur. Ayaqları qüvvətli, nisbətən uzun, pəncələri çox enlidir. Qulaqlarında fırçayabənzər uzun tüklər var. Açıq-sarı, kürən və ya xallı olur.
Avropa, Qafqaz, Sibir, Orta Asiya, Uzaq Şərq, Şimali Himalayda yayılmışdır. Azərbaycanda tarixi arealı bütün dağların meşə qurşağını, dağətəyi alçaqdağlı silsilələri, Naxçıvanı və Zuvand yaylasını əhatə edirdı. Meşə sahələrinin azalması nəticəsində bir çox ərazilərdə artıq yoxa çıxmışdır. Son 10 ilin tədqiqatları vaşaqın Hirkan meşələrində, Zəngəzur silsiləsində, Mingəçevir su anbarının ətrafındakı arid landşaftlarda yaşayıb qalmasını müəyyən etmişdir. Kiçik Qafqazın işğaldan azad edilmiş ərazilərində də yayılması güman olunur. Daha stabil və sıx populyasiya Axar-baxar silsiləsində mövcuddur.
Yaşayış yerləri həm meşəli, həm də qayalı çılpaq əraziləri əhatə edir. Ardıc və saqqız ağacları üstünlük təşkil edən seyrək meşəlikdə də rast gəlinir. Qidasını orta və kiçik ölçülü məməlilər (cüyür, köpgər, tur, maral və donuz balaları, dovşan, siçankimilər və s), quşlar (tetra, ular, qırqovul, kəklik və s) təşkil edir. Cütləşmə dövrü fevral-mart aylarına təsadüf edir, 3-3.5 aylıq hamiləlik dövründən sonra 2-3 bala doğurlar.
Dəqiq sayı məlum deyildir. Çalalarda, ağac köklərinin altında, qayaların dərələrində yuvasını qurur. Balaları böyütmək prosesində dişi və erkək iştirak edirlər. Əsasən dovşan, gəmiricilər və quşları yeyir; bəzən dırnaqlı heyvanlara (cüyür və s.) hücum edir. Çox vaxt gecələr ova çıxır.
Yaşayış yerlərinin azalması, insan tərəfindən birbaşa təqib olunması və qida obyektlərinin sayının azalmasıdır.
IUCN siyahısına salınmışdır. Növün yaşayış yerləri Türyançay, Korçay, Zaqatala, İlisu qoruqlarında, Şahdağ, Hirkan, Zəngəzur, Göygöl, Altı-ağac milli parklarında, Zuvand, Ordubad, Qax, Korçay, Qızılca, Şəmkir, Şəki, Qəbələ mühafizə olunur.
Qida bazasının möhkəmləndirilməsi məqsədilə Acınohur düzündə və ətraf ərazilərdə ceyranın, Hirkan Milli Parkında nəcib maralın tarixi arealını bərpa etmək, XMOTƏ-lər arasında ekoloji dəhlizlər təşkil etmək.