VI Filipp (fr. Philippe VI) və ya Uğurlu Filipp (fr. Philippe le Fortuné) (17 noyabr 1293, Fontenblo – 22 avqust 1350, Reyms) — Valua sülaləsinə mənsub ilk Fransa kralı.[1][2]
VI Filipp | |
---|---|
fr. Philippe VI de France | |
1 aprel 1328 – 22 avqust 1350 | |
Əvvəlki | IV Çarlz |
Sonrakı | II Con |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 noyabr 1293 |
Doğum yeri | |
Vəfat tarixi | 22 avqust 1350 (56 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | taun |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | Valualı Çarlz |
Anası | Anjulu Marqarit |
Həyat yoldaşları |
Burqundiyalı Janna Navarralı Blanş |
Uşaqları |
II Con Orleanlı Filipp |
Ailəsi | Valua sülaləsi |
Dini | xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
1328-ci ildə Fransa kralı IV Çarlz geridə vəliəhd buraxmadan vəfat etdi. Üstəlik ölümündən öncə sülalənin qadın üzvlərinin taxt hüquqlarını ləğv edən bir fərman da imzalamışdı. Mərhum kralın ən yaxın kişi qohumu isə İngiltərə kralı olan bacısı oğlu III Eduard idi. Çox keçmədən mərhum kralın bacısı İzabella oğlunun adına Fransa taxtında haqq iddia etdi. Ancaq fransızlar bunu qəbul etmədilər. Çünki İzabella qardaşının verdiyi fərmanla taxt hüququndan məhrum edilmişdi və bu vəziyyətdə oğlunun da taxtda heç bir iddiası ola bilməzdi. Saray əyanları da tanımadıqları bir ingilisin yerinə, fransız birinin taxta çıxmasını dəstəkləyirdilər. Taxtın bir digər namizədi isə IV Çarlzın əmisi oğlu Valualı Filip idi. İstər Fransaya bağlılığı, istərsə də mərhum kralın oğul şəcərəsi ilə qohumu olması baxımından ölkədə güclü tərəfdar topladı və nəticədə Fransa taxtına çıxarıldı (1328). Onsuz da imkansız görülən taxt iddialarının qəbul edilməməsinin ardından ingilislər bu iddialarından əl çəkdilər. Ancaq aralarında yaranan sürtüşmələr VI Filippi ingilislərin Fransadakı mülklərinə əl qoymağa, III Eduardı isə Fransadakı taxt mübarizəsinə qoşulmağa məcbur etdi. Beləcə, 1337-ci ildə İngiltərə və Fransa krallıqları arasında Yüzillik müharibə başladı.
Dəniz döyüşlərində qazanılan ilk qələbələrin ardından 1340-cı ildə baş tutan Sluis döyüşündə fransız donanması məhv edildi və müharibə quru döyüşləriylə davam etdi. 1346-cı ildə Kresi döyüşündə məğlub edilən fransızlar digər tərəfdən yayılan vəba epidemiyasıyla da mübarizə aparırdılar.
Müharibənin alovlu dönəmində VI Filipp 1350-ci ildə vəfat etdi və yerinə oğlu II Con taxta çıxarıldı.