Burundi Krallığı


Burundi krallığı (fr. Royaume du Burundi) və ya Urundi krallığı (fr. Royaume d'Urundi) — Afrika qitəsinin şərq hissəsindəki Böyük göllər regionunda, müasir Burundi Respublikası ərazisində yerləşən tarixi dövlət. Krallıq əhalisinin əksəriyyətinin hutulardan ibarət olmasına baxmayaraq, tutsi etnik qrupunun üzvü olan və "mnami" titulunu daşıyan bir monarx tərəfindən idarə edilirdi. Əsası XVII əsrdə qoyulan krallıq 1890-cı ildə Almaniya Şərqi Afrikasının bir parçası, 1916-cı ildə isə Ruanda-Urundi adı altında Belçika tərəfindən idarə olunan Millətlər Liqasının mandat ərazisi olmuşdur. 1962-ci ildə Burundi krallığı konstitusiyalı monarxiya olaraq öz müstəqilliyini yenidən əldə etmiş, 1966-cı ilin noyabr ayında baş verən dövlət çevrilişi nəticəsində isə monarxiya ləğv olunmuşdur.

Müstəqil dövlət (XVII əsr–1890)
Almaniya Şərqi Afrikasının bir parçası (1890–1916)
Ruanda-Urundinin bir parçası (1916–1962)
Müstəqil dövlət (1962–1966)
Burundi krallığı
fr. Royaume du Burundi
Bayraq Gerb
Bayraq Gerb
«Imana, Umwan, Uburundi
Dieu, le Roi et le Burundi
"Tanrı, kral və Burundi"»
Himn: Burundi himni (Bizim Burundi)
1966-cı ildə Burundi krallığının ərazisi.
1966-cı ildə Burundi krallığının ərazisi.
 

Paytaxt Qiteqa
Bujumbura
Dilləri Kirundi, alman dili, fransız dili
Rəsmi dilləri Kirundi dili
Fransız dili
Dövlət dini Xristianlıq
Valyuta Burundi frankı
Ərazisi 27,834 km2
Əhalisi 3,275,000 (1966)
İdarəetmə forması Monarxiya
Dövlət başçıları
İlk Mnami
 •  I Ntare (1680–1709)
Son Mnami
 •  V Ntare (1966)
İlk Baş nazir
 •  Josef Simpaye (1961)
Son Baş nazir
 •  Mişel Miçombero (1966)
Tarixi
 • XVII əsr Əsası qoyuldu
 • 1 iyul 1890 Almaniya Şərqi Afrikası
 • 20 iyul 1922 Ruanda-Urundi
 • 21 dekabr 1961 Muxtariyyət
 • 1 iyul 1962 Müstəqillik
 • 28 noyabr 1966 Respublika
Davamiyyət
 →

Burundi krallığının yaranma tarixi naməlum olsa da, güman edilir ki, krallığın əsası XVII əsrdətutsilərin əksəriyyəti təşkil edən hutulara qarşı dominantlıq qazandığı dövrdə qoyulmuşdur. "Mnami" I Ntare (h. 1675–1705) hakimiyyəti dövründə krallığın ərazisi böyümüş, qonşu politiyaların əraziləri zəbt edilmişdir. Monarx tərəfindən idarə olunmasına baxmyaraq, krallıq əhəmiyyətli dərəcədə demərkəzləşdirilmişdi və yerli alt-hakimlər böyük müstəqilliyə malik idi. Avropa müstəmləkəçilərinin əraziyə gəlməsindən əvvəl varislik mübarizəsi adi hal idi.

Burundi krallığı 1890-cı ildə Almaniya Şərqi Afrikasının bir parçası olmuşdur, halbuki səmərəli şəkildə müstəmləkəçi bir qüvvə tərəfindən idarə edilmirdi. Birinci Dünya müharibəsi zamanı Belçika qoşunları regiona hücum edib, işğal etmişdilər. 1919-cu ildəki Versal sülh müqaviləsinin nəticəsində Burundi və qonşu Ruanda krallığı Millətlər Liqasının mandat ərazisi elan edilmiş və Belçikanın idarəetməsinə verilmişdir.

Kral ailəsinin əksər üzvləri hazırda Fransada yaşayır. 2005-ci ildə keçirilən prezident seçkilərində Burundidəki monarxiya və dialoqun bərpası üçün partiyanın ("Abahuza") sədri şahzadə Estyer Kamatari prezidentlik üçün namizəd olmuşdur. Onun siyasi tərəfdarları konstitusiyalı monarxiyanın bərpası etnik qruplar arasındakı gərginliyi azaldacağını iddia edirlər.

Krallığın bayrağının mərkəzində kral hakimiyyətinin rəmzi olan bir karyenda — qara rəngli nağaraya bənzər ənənəvi musiqi aləti var idi.