Cəfər Əliqulu oğlu Əhmədov 1890-cı ildə Laçın rayonunun Minkənd kəndində anadan olub. Cəfər Əliqulu oğlu Əhmədovun ata-babası Minkənd kəndinə gəlib məskunlaşana qədər çox elləri dolaşıb, gəzmişdilər. Bu ulu nəsil Şah İsmayıl Xətainin hakimiyyətinin sonlarında qədim Zəngəzura köçmüş, mühüm dövlət və hökumət işlərini həyata keçirmişdir. XIX əsrin ortalarında Minkəndə köç eləyən bu böyük tayfa İstisudan yuxarıda özlərinə yeni yurd-məskən salmışdır.
Cəfər Əhmədov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Laçın rayonu, Minkənd kəndi |
Vəfat tarixi | (89 yaşında) |
Vəfat yeri | Kəlbəcər |
Milliyyəti | Azərbaycan |
Təhsili | Ali |
Fəaliyyət illəri | 1920-1979 |
Partiyası | Heç bir partiya üzvü olmamışdır |
Mükafatları | Lenin ordeni, Qırmızı əmək bayrağı ordeni |
Cəfər Əhmədov-un atası Əliqulu Əhmədov dövrünün tanınmış, seçilmiş kişilərindən biri idi. Cəfər Əliqulu oğlu Əhmədov ilk təhsilini kənddə 2 sinifli rus-tatar məktəbində sonra isə Gorus 4-sinifli gimnaziyada almışdır.
Cəfər Əhmədov-a bərabər sonralar tanınmış Azərbaycan yazıçıları Süleyman Rəhimov ,Əli Vəliyev və başqaları da bu gimnaziyanı bitirmişlər. Onlar öz əsərlərində Cəfər Əhmədov-la bağlı xatirələrini qələmə almışlar.Belə ki Əli Vəliyevin “Samovar tüstülənir” , “Zəngəzur Qartalları” və digər yazılarında Cəfər Əhmədov-la bağlı epizodlar öz əksini tapmışdır. Oktyabr inqılabına qədər Cəfər Əhmədov öz təhsilini davam etdirə bilməmişdir. [1]
1920-ci ildə Azərbaycanda Sovet quruluşu bərqərar olduqdan sonra Cəfər Əhmədov Laçının Vaqazin,Qarıqışlaq və Laçın şəhərinin kəndlərində məktəb müəllimi və direktor kimi işləmişdir.1923-cü ildə o Şuşa müəllimlər gimnaziyasını bitirərək orada da əmək fəaliyyətinə başlayır.Həmin illərdə bu gimnaziyaya əslən Laçından olan Müseyib İlyasov rəhbərlik edirdi.
Bir müddət sonra Ermənilər və Cəfər Əhmədov-un ailəsini tanıyan daxili düşmənlər Moskvaya donos yazırlar ki:" Bəs Cəfər Əhmədov mülkədar oğludur,onların var dövləti,su dəyirmanları,otlaq və əkin sahələri çox sayda mal-qara və qoyun sürüləri var,o necə bizim uşaqlara dərs deyə bilər?" Sinif yoldaşı Əli Vəliyev Cəfər Əhmədovu yanına çağırır. Donos haqqında ona məlumat verir və deyir ki:" Səni bu bəladan xilas etsə ancaq və ancaq kommunist olsa da xalqının, ziyalılarının qədrini bilən Hüsü Hacıyev xilas edə bilər.".
Cəfər Əhmədov özünü o vaxt Qəza İcraiyyə Komitəsinin sədri işləyən Hüsü Hacıyevə müraciət edir.
Hüsü Hacıyev vasitəsi ilə onu Kəlbəcər məktəbinə göndərir. Cəfər Əhmədov ömrünün sonuna kimi həyatını burada keçiri. Onun Kəlbəcərin ziyalılaşmasında müstəsna xidməti olub. [2]
Cəfər Əhmədov təkcə pedaqoqluq etməklə kifayətlənmir , O həm də Kəlbəcərdə məktəblər tikib uşaqları elmə sövq etdirirdi. Yanşaq kəndi Adil bəy Həyatov evini məktəbə çevirərək orada dərs deyir, daha sonra Seyidli kəndinə gedərək məktəb tikdirir. Oradan Zar kəndinə gedərək 7 illik məktəb təşkil edir. Sonra onu da orta məktəbə çevirib gəlir Kəlbəcərə. Kəlbəcərdə onun fəaliyyəti Qamışlı ,Çıraq ,Ağcakənd və nəhayət Kəlbəcər qəsəbə məktəbində davam etmişdir.
Buna baxmayaraq 20-ci əsrin 30-cu illərində Cəfər Əhmədov atasını-anasını böyük qardaşını beş ailə üzvü ilə və kiçik subay qardaşını -sovet hökümətinə düşmən -varlı sinif təbəqəsi kimi -kulak siyahısına salıb Qazaxıstana sürgün edirlər. Bu azmış kimi,onun kiçik qardaşı Əhmədov İmamqulu Əliqulu oğlu (29.11.1937*,30 yaş) [3] represiya illərində Xalq düşməni kimi Sibirə sürgün edirlər. Cəfər Əhmədov bundan sonra mübarizəyə tək başına davam edir. Diviziya komandiri və Minkənd əməliyyatının komandiri Maksimenko tərəfindən, Yaylaq firqə komitəsi katibi Həsənov Vəkil Səfiyar oğlu tərəfindən , Komitə Sədri Müsədin Əhməd oğlu Namazov tərəfindən 1930-cu ildə Cəfər Əhmədovu mütəşəkkil dəstələrə qarşı nümunəvi səy göstərdiyinə görə təltif olunur.
Cəfər Əhmədov V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda qiyabi ali təhsilini alır.
1946-1947-ci ilin dərs illlərində onu Kəlbəcər qəsəbə orta məktəbinə direktor təyin edirlər. O,1962-ci ilədək həmin məktəbin direktoru,ömrünün sonunadək (1979-cu il) həmin məktəbdə pedoqoji fəaliyyətini davam etdirmişdir. O, 25 ildən çox bu məktəbdə işləmiş, burada bacarıqlı pedaqoji kollektiv yarada bilmişdi. Ölümündən sonra direktoru olduğu məktəbə adı verildi. Cəfər Əhmədov-un dövründə böyük alimlər ordusu (Şamil Əsgərov, Qəmbər Əliyev, Eldar Qasımov, Ələmdar Əlbəndov, Eldar Ramazanov, Bəhrəm Sarıyev, Yusif Əhmədov, Ənvər Rza, Məmməd Aslan, Şahlar Əsgərov, Ələmşah Cəfərov və s.) yetişərək respublikamızda və xarici ölkələrdə geniş fəaliyyətləri olmuşdur.
Cəbrayıl şəhəri Cəfər Əhmədov adına tam orta məktəb
"Qarabağın məşhur müəllimləri" - Cəfər Əhmədov 19 Dekabr 2020 - Təhsil Nazirliyinin rəsmi səhifəsi
"Lenin" ordeni ilə təltif olunan azərbaycanlıların siyahısı