Çıraq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çıraq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Çıraq kəndi İstisu qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çıraq kənd Soveti yaradılmışdır.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Çıraq | |
---|---|
39°58′26″ şm. e. 45°57′08″ ş. u.HGYO | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Kəndin əhalisi etnik mənşəyinə görə türkdür və onların ulu babaları əsrlərlə orada yaşayan yerli sakinlər olmuşdur. Kənd sakinlərinin danışıq dili Azərbaycan türkcəsidir.
Kənddə Ağbulaq yurdu, Qarabulaq yurdu, Dolçabulaq yurdu adlı bulaqlar var. Kəndin məşhur yerləri: Dərinçuxur, Dəmirqaya, Qırmızıtəpə, Göygav, Sarıgav, Həşərgələr, Sudolduran, Novun şamı, Tumuzluq, Arxacqaya, Arıxanaqaya, Şişqaya, Qayabaşı, Vəlinin çüxuru.
Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |