Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Elza Seyidcahan (7 iyul 1968, Siyəzən) — Azərbaycanlı bəstəkar, müğənni. I dərəcəli vokalist, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan və Qırğızıstan Bəstəkarlar İttifaqlarının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü.[1]
Elza Seyidcahan | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Elza Nuru qızı Əhmədova |
Ləqəbi | Seyidcahan |
Doğum tarixi | 7 iyul 1968 (56 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, müğənni |
Janrlar |
caz pop |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Qasımova Elza Nuru qızı 7 iyul 1968-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. 1975-ci ildə Siyəzən şəhəri 1 saylı orta məktəbə daxil olmuş, 1977–1982-ci illərdə Sumqayıt şəhər 17 saylı orta məktəbdə təhsilini davam etdirmişdir. 1982–1987-ci illərdə S. Hacıbəyov adına Orta İxtisas Musiqi məktəbinin nəzəriyyə şöbəsində, 1994–2000-ci illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor, xalq artisti Arif Məlikovun sinfində təhsil almışdır.
2001-ci ildən R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. H. Orucovun "Durnalar qayıdanda", İ. Əfəndiyev "Sən mənim dayımsan", Ə. Əylislinin "Bağdada putyovka var", Q. Moxtarın "Uçuş", Yuğ Teatrında "Boğazca Fatma", "Nənənin nağılları" kimi bir sıra teatr və televiziya tamaşalarına, eləcə də H. Əliyevə həsr olunmuş "Mənim şəhərim" bədii filminə musiqilər bəstələmişdir.
2002-ci ildə Qırğızıstanda keçirilən "Issık-kul-2002" Ümumdünya Müsabiqə Festivalında 1-ci yeri tutmuş, həmin ildə TÜRKSOY-un xüsusi mükafatını almışdır.
2002-ci ildə Moskvada keçirilən MDB dövlətlərarası musiqi festivalının iştirakçısı olmuşdur. 2002-ci ildə Dövlət Mahnı Teatrında caz solo konserti keçirilmişdir. 2002–2008-ci illərdə bir sıra böyük layihələr ("Mən demək istəyirəm ki", "Tənha") — kimsəsiz uşaqlar üçün "Ümid" layihəsi və digər onlarla bu cür layihələr həyata keçirib.
2009-cu ildə Azərbaycanın ekologiya, fauna və florasının qorunmasına həsr etdiyi aksiya-konserti, Ramazan ayında "Bakı-2009, İslam mədəniyyətinin paytaxtı" elan edildiyində "İftar gecəsinin zövqü-səfası" adlı dəstək layihəsini uğurla həyata keçirib. 2010-cu ildə Azərbaycanda "Ekologiya ili" elan olunanda bu təşəbbüsə qoşularaq respublikanın müxtəlif şəhərlərində — Naxçıvan Muxtar Respublikası, Mingəçevir, Tovuz, Salyan və Xızıda 1200 ağacın əkilməsində iştirak edib və bu münasibətlə Heydər Əliyev adına Respublika Sarayında konsert proqramı ilə böyük şou-konsert verib. 2012-ci ilin yanvar ayında 3 gun davam edən "Elza və yeddilər" adlı konsert-şou proqramı ilə tamaşaçı zövqünü formalaşdıran virtuoz sənətkarların müşayiəti ilə yaddaqalan çıxışlar edib.
2012-ci ildə Azərbaycanda keçirilən "Evrovizion-2012" Beynəlxalq mahnı müsabiqəsinə dəstək üçün may ayının 12-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə "Iron Rose" adlı konsert proqramı ilə çıxış edib. 2013-cü ildə qadınlar günü münasibətilə Muğam Teatrında "Həyata küsmə" adlı şəhid ailələrinin xanımlarına həsr edilən konsert verib. 2014-cü ildə Leyla Əliyevanın təşəbbüsü ilə Türkiyənin Ankara şəhərində Xocalı soyqırımında şəhid olmuş azərbaycanlıların xatirəsinə ucaldılan abidənin açılışında iştirak etmək üçün millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi qrupla birlikdə Tovuz rayonundakı N saylı Hərbi hissədən start götürüb soyqırımla bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün Gürcüstan və Türkiyə marşrutu üzrə şəhərlərdə erməni qəsbkarlarının Qarabağda törətdiyi cinayətlər haqda insanları məlumatlandırıb. Ankarada abidənin açılışında Xocalının səsini dünyaya çatdırıb. Novruz bayramı münasibətilə "İki dövlət, bir millət" devizi altında Elazığ şəhər Firat Universitetində müəllim və tələbə heyəti üçün solo konsert proqramıyla çıxış edib. İki dövlət arasında sülh və dostluq münasibətlərinin inkişafında müstəsna xidmətlərinə görə fəxri fərmanla mükafatlandırılıb.
2014-cü ilin noyabr ayında Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubileyinə həsr edilən festivalda dünya şöhrətli bəstəkarların əsərləri ilə yanaşı, müəllifi olduğu "Sevgi" suitasının 4 hissəsi səsləndirilib. 2014-cü il dekabrın 24-də Leyla Əliyevanın sözlərinə bəslədiyi "İnsanlar" odası dinləyicilərə təqdim edilib. 2014-ü ildə 26 ölkənin iştirakı ilə keçirilən "Türkvizion-2014" Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Elvin Ordubadlı türk şairi Ayşəgül Yılmazın sözlərinə bəstələdiyi "Divlərin yalnızlığı" mahnısı finala çıxaraq, 8-ci yerə layiq görülüb. 2014-cü il dekabrın 27-si Türkiyədə Bəylikdüzü Bələdiyyəsi və İstanbul Avropa Universitetinin dəvətilə solo konsert proqramıyla çıxış edib və mükafatlandırılıb. Fortepiano üçün pyesi əməkdar artist Ülviyyə Hacıbəyovanın ifasında Azərbaycan Bəstəkarlarının Antologiyasına daxil edilib. İstanbul Türk Ocağının başkanı Dr. Cezmi Bayram tərəfindən İstanbul Türk ocaqlarının 100 illiyi ilə bağlı Azərbaycan-Türkiyə kültür gecələrində iştirakı və Türk Ocaqlarının təşkil etdiyi mədəni tədbirlərə verdiyi töhfələrə görə mükafatlandırılıb.
Prezident seçkilərində İlham Əliyevə dəstək kampaniyalarının fəal iştirakçısı olub. Bu məqsədlə "Uğura doğru" konsert proqramı ilə Bakıda və Azərbaycanın bir sıra rayonlarında təbliğat və təşviqat həyata keçirib. Eləcə də "Qadın zorakılığına yox deyək" aksiyasında fəal iştirak edib. İlin sonunda millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə "Addım-addım Türkiyə" devizi ilə Tovuzdan İstanbuladək Azərbaycan həqiqətlərinin təbliğat kampaniyasında iştirak edərək Girəsun Universitetinin 30 min tələbəsi qarşısında vətəni təbliğ edən konsert proqramıyla çıxış edib. Bolu'da "Koroglu festivalı"nda, Karabükdə Cümhuriyyət Bayramında "Şer şöləni gecəsində iştirak edərək mükafatlar alıb.
Azərbaycanın bölgələrində yaşayan ziyalılarla mütəmadi görüşür, hərbi hissələrdə əsgər və zabitlərin qarşısında çıxış edir. Dəfələrlə hərbi hissə komandanlığının Fəxri Fərmanıyla təltif edilib. 2014-cü ildə rabitəçilər üçün himn, Leyla Əliyevanın "Lyudi" şeirinə mahnı bəstələyib.
Eyni zamanda, Azərbaycan diasporasının inkişafı üçün fəaliyyət göstərir, prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyən konsert proqramları ilə dünyanın müxtəlif ölkələrində — Belçika, Hollandiya, İordaniya, Suriya, Türkiyə, Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Çin, Şimali Kipr Türk Respublikası, Belarus və digər ölkələrdə konsert proqramları ilə çıxış edib.
Dəfələrlə dövlət tədbirləri çərçivəsində Azərbaycanın müxtəlif şəhər və rayonlarının ictimaiyyəti və Azərbaycan Ordusunun əsgərləri qarşısında konsert proqramları ilə çıxış edib.
5 il gənc istedadlara dəstək olmaq üçün Azərbaycanı qarış-qarış gəzərək istedadların üzə çıxmasına, arzularının reallaşmasına dəstək olub. "İstedadlar sorağında" müsabiqəsində "Tanıdım səni" və "Azərbaycanın səsi" layihəsində münsiflər heyətinin üzvüdür.
İndiyədək Azərbaycanın və bir çox ölkələrin tanınmış qurumlarının 50-dən çox fəxri-fərman və diplomlarına layiq görülüb. Onların arasında "Qızıl Buta" Milli mükafatı, "V@V Company"nin "İlin mahnısı-2006", Azərbaycan-Türk Kültür Dərnəynin, TUSİAB-ın xüsusi mükafatı, TUMİB-in mənəvi dəstəyə görə müsabiqələr laureatı mükafatı (2007), Rusiya Azərbaycanlıları Konqresinin və Moskva Azərbaycan Teatrının "Azərbaycan İncəsənətinin inkişafındakı xidmətinə görə" diplomu (2008), UNİCEF-in HİV/AİDS-ə həsr edilən "Xilas et" media layihəsində iştirakına görə xüsusi mükafatı, "İrəli", Yeni Azərbaycan Partiyası və Gənclər və İdman Nazirliyinin birgə təsis etdiyi "2008-ci ildə tədbirlərdə yaxından iştirak etdiyinə görə" təltif, GRAND Milli mükafatı (2009), Türkiyənin Azərbaycandakı Səfirliyinin ölkələrarası dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə, Müdafiə Nazirliyini N saylı hərbi hissəsinin Respublika günü münasibətilə hərbi hissənin və şəxsi heyətin mənəvi psixoloji vəziyyətinin yüksəldilməsi məqsədilə xidmətlərinə görə Fəxri Fərman, "Zirvədəkilər" mükafatı (2009), Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin "Ən yaxşı bəstəkar" Diplomu, İran İR-in Fəcr-e Sübhan-e Mugan adına Beynəlxalq şirkətin "Heyvanların Qorunmasındakı xidmətlərinə görə Təqdirnamə" (2009), Benilux Azərbaycanlıları Konqresinin I dərəcəli diplomu və onlarla bu kimi mükafat və diplomlar var.
2009-cu ildən Azərbaycan Respublikasının əməkdar artistidir. 17 fevral 2022-ci ildə Qırğızıstan Bəstəkarlar İttifaqının üzvü seçilib[2].
Bir dəfə rəsmi ailə qurmuş, lakin sonradan boşanmışdır. Həmin evlilikdən Ələkbər[3] adlı bir oğlu, Gülşən adlı bir qızı var.[4] Səmərrux adlı bir qız nəvəsi var
Elza Seyidcahan 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.[5] 2015-ci il parlament seçkilərində Elza Seydcahan 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd olmuşdur. Namizədlik prossesi zamanı çətinliklərlə qarşılaşan Seyidcahan Yeni Azərbaycan Partiyasının vahid namizədi Tahir Süleymanovun YAP üzvü olsa da, həmin partiyadan qətiyyən məlumatı olmadığını, YAP-ın üzvü olub, ona layiq olmayan xeyli şəxslərin olduğunu açıqlamışdır. Seyidcahan namizədlik prossesi zamanı rəsmi şəxslərin onu geri çəkilməyə məcbur etdiyini və deputatların 3 ay öncədən təyin olunduğunu dediklərini söyləmişdir. Bu açıqlamaları və partiyasının vahid namizədlər siyahısına zidd olaraq öz təşəbbüsü ilə namizəd olması partiyada xoş qarşılanmamış, onun partiya sıralarından çıxarılması müzakirə olunmuşdur.[6] Namizədliyi qeydə alınandan sonra Mərkəzi Seçki Komissiyasında Elza Seyidcahan bitərəf olaraq göstərilmişdir.[7] O, bu seçkilərdə 4410 səs (16.13%) toplayaraq seçkini Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Tahir Süleymanovun ardınca ikinci sırada tamamlamışdır.[8]
2020-ci il parlament seçkilərində Elza Seydcahan yenidən 54 saylı Şabran-Siyəzən seçki dairəsindən bitərəf olaraq deputatlığa namizəd olmuşdur.[9] Azərbaycan Respublikasının əməkdar artisi Elza Seyidcahan 2024-cü il parlament seçkilərində 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə deputatlığa bitərəf namizəd olmuşdur.[10] Mediada onun YAP-dan çıxarıldığı ilə bağlı məlumatlar yayılmış, 14 avqust 2024-cü ildə Elza Seyidcahan isə bunun yalan olduğunu qeyd etmişdir.[11]
"Tapmaca Parti" "Heyvanları qoruyaq"
13 iyun 2009
Əməkdar artist Bəstəkar Müğənni Elza Seyidcahan "Tapmaca Parti" "Heyvanları qoruyaq" şüarı altında Solo Konserti keçirilmişdir.
"Elzanın yaşıl dünyası"
25.05.2010
Heydər Əliyev adına Sarayda Elza Seyidcahanın i "Elzanın yaşıl dünyası" adlı konserti,
konsertdə əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə aparılmış geniş tikinti-quruculuq və yaşıllaşdırma işlərini əks etdirən videoçarx nümayiş etdirilmişdir. konsertdən məqsəd diqqəti ölkədə aparılmış yaşıllaşdırma işlərinə cəlb etməkdir. Yaşıllığı qorumaq bizim hər birimizin borcumuzdur. Konsertdə müğənni repertuarına daxil olan köhnə və yeni mahnıları pərəstişkarlarına təqdim etmişdir.
Muğam Mərkəzində "6 bəstəkar və 6 şair" layihəsi çərçivəsində konsert
16.10.2015
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) və Türkiyə Elm və Ədəbiyyat Əsər Sahibləri Birliyinin (İLESAM) "6 bəstəkar və 6 şair" birgə layihəsi əsasında "Mahnıdan — Şarkıya" adlı konsert proqramı təqdim olunub.
konsertdən əvvəl ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə çıxış edərək Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin möhkəmlənməsində belə tədbirlərin əhəmiyyətini qeyd edib. O, "6 bəstəkar və 6 şair" layihəsinin uğur qazanacağına əminliyini bildirib.
Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza məlumat verib ki, türk bəstəkarları Faruk Şahin, Zekai Tuncay, Pinar Göksal, Ugur Top, Özgen Gürbüz və Yaşar Bedük Azərbaycan poeziyasının görkəmli nümayəndələri Rəsul Rza, Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəriman Həsənzadə və Zəlimxan Yaqubun şeirlərinə mahnılar bəstələyiblər.
Öz növbəsində Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış simalarından olan Firəngiz Əlizadə, Cəlal Abbasov, Cavanşir Quliyev, Həsənağa Adıgözəlzadə, Sərdar Fərəcov və Elza Seyidcahan isə Durmuş Kaya, Nedim Ucar, Serdar Öncül, Sevinc Atan, Sevim Yakıcı və Əkrəm Yalbuzun şeirlərinə musiqi bəstələyiblər.
Gecənin devizi Heydər Əliyevin məşhur "Bir millət iki dövlət" kəlamı olub. Konsertdə türk ifaçıları Çiğdem Gürdal, Oya Ergün, Ali Burç, Evren Turna, Onur Akkuş, Deniz Göktaş həm Azərbaycan, həm də Türkiyə bəstəkarlarının əsərlərini ifa ediblər.
Elza Seyidcahanın "Uğura doğru" solo konserti
22.09.2013
Bəstəkar Müğənninin "Uğura doğru" adlı konsert proqramı baş tutub
istirahət mərkəzlərindən birində Elza Seyidcahanın "Uğura doğru" adlı konsert proqramı baş tutdu. bu konsertin 9 oktyabr prezident seçkilərinə həsr olunub
"Seçki ərəfəsindəyik və uğura doğru gedirik, hər birimiz arzulamalıyıq ki, uğur bizdən uzaqlaşmasın."deyərək fikrin bildirib və hər kəsi İlham Əliyevə səs verməyə çağırıb.
Gecədə sənətçinin yaxın insanları və sənət yoldaşları iştirak ediblər: Kərim, Elton, Roza Zərgərli, rep ifaçısı Hüseyn Dərya, əməkdar artist Firuzə İbadova, Gülyanaq Məmmədova, xalq artisti Niyaməddin Musayev, Şeyx Əbdül, aktrisa Nuriyyə Əhmədova, və başqaları
Elza Seyidcahanın "Mən küləyin gəliniyəm" solo konserti
06.11.2016
"Kids fashion show 2016" Art Production və Azərbaycanın əməkdar artisti Elza Seyidcahanın "Mən küləyin gəliniyəm" adlı solo konserti Kempinski hoteldə baş tutub
Qeyri adi fashion show, təbiət mövzusunda 15 modelyerin geyim kolleksiyası 30 model üzərində nümayiş olunub. Konsert proqramında tanınmış şou biznes nümayəndələri kino aktyorlar teleaparıcılar qonaq qismində iştirak ediblər. Solo konsertdə qeyri-adi rəqslər, şoular hər kəsin diqqətini cəlb edib.
01) Son Vida
02) Sevir Səni Bu Can
03) Gəl Ayrılaq (Qəlbin Üsyanı)
04) Yağış
05) Mən Aktyoram ft. Zuzu
06) Yarpaq
07) Tənha
08) Vətənə Gələndə
09) Mənim Tanrım
10)Kim Sevər
11) Ölümünə Sevdim ft. Vüsal Hacıyev
12) Sevgililərin Rekviemi
13) Həyata Küsmə
14) Həsrət Nəğməsi
15) Azərbaycan Odası
16) Ağ Çiçəyim ft. İlhamə Quliyeva
17) Əşyalarım
18) Evdə Qal
19) Skerso ft. Nərgiz Əliyeva
20) Bir Yumruq Olaq (Qələbə Odası)
21) Mənim Qəhrəmanım
22) Dərd ft. Qara Dərviş
23) Mehriban Gəlin
1. Azərbaycan
2. Azərbaycan Odası
3. Azərbaycan Azərbaycan
4. Azərbaycan Bağlıdır
5. Ağ Çiçyim
6. Aman Allah
7. Ay Oğlan
8. Axşamlar
9. Anlamıyollar
10. Bilimmi Bilməyimmi
11. Bu Gecə
12. Dünya
13. Döndü fəsil
14. Gəl ayrılaq
15. Gəlinimiz
16. Göyçədənəm
17. Gözəllik
18. Gecə 5-in yarısı
19. Həsrət Nəğməsi
20. Həyata Küsmə
21. İnsanlar
22. İncimə
23. Kübra
24. Mənim gözlərimə bax
25. Məhəbbətdən usanma
26. Ölümunə sevdim
27. Öləndə Bayrağa Bükülmərəmsə
28. Rabitəçilər
29. Sevir Səni Bu Can
30. Sevgililərin rekviemi
31. Son Vida
32. Sensiz
33. Tapmaca
34. Teatr
35. Tanımasa El Bizi
36. Türkiyə
37. Tənha
38 Toy Adamları
39. Ümüd
40. Vətənə Gələdə
41. Yagış
42. Saf Həsrətlə
43. Kor Adamlar
44. İnsanlar
45. Yenə O bağ olaydı
46. Sənə bənzər kimsə varmı