Cənubi Koreya musiqisi

Cənubi Koreya musiqisiKoreya müharibəsinin sonundan günümüzə qədər onilliklər ərzində daima inkişaf etməkdədir. Onun əsasını minilliklər ərzində bu yarımadada yaşayan Koreya əhalisinin musiqisi təşkil edir. Müasir Cənubi Koreya musiqisi əsas 3 kateqoriyaya bölünür: Ənənəvi milli Koreya musiqisi, məşhur musiqi yaxud k-pop, qərbdən gəlmiş musiqi.

Ənənəvi Koreya musiqisi

[redaktə | mənbəni redaktə et]

Koreya musiqisinə aid ilk qeydlər çox qədimdir. Tarixin gedişi ərzində Koreya musiqisinə Çin, Mərkəzi Asiya təsir göstərmiş və müxtəlif musiqi alətləri gətirilmişdir: Simli alətlər, nağara və tütəklər. Orta əsrlərdə Koreya yarımadasında Çin saray musiqisiylə yanaşı milli musiqi də inkişaf etməkdə idi. Coson dövründə Çinin saray musiqisinə təsiri azaldı, monqollar və yaponlara qarşı qarşıdurmalar nəticəsində isə tamamilə yoxa çıxdı. Milli musiqi öz çiçəklənmə dövrünü yaşadı və pansori, sandco, pxunmul və digər janrlar meydana çıxmağa başladı.

Yapon işğalından sonra Koreyaya Avropa musiqisi daxil oldu. Bəzi milli janrlar (pansori, sandco) təsdiqləndi və inkişaf etdirildi, digərləri isə xüsusilə ritual mahnıları yoxa çıxdı. 1948-ci ildə Koreya Şimali və Cənubi olaraq iki yerə bölündü. Və bunun nəticəsində hər iki dövlət musiqiyə fərqli yanaşmağa başladı.Şimalda musiqinin əsas xarakteristikası ideoloji prinsip, inkişafda olan ənənəvi musiqi janrları və Avropa musiqi ənənəsindən ibarət olmağa başladı.

Populyar koreya musiqisi

[redaktə | mənbəni redaktə et]

Populyar Koraya musiqisi, bir qayda olaraq, İngilis dilində k-pop və yaxud Koreya dilində qayo (가요) adlanır. Müasir k-pop yaxşı rəqs bacarıqlarına və səsə, gözəl xarici görünüşə və digər istedadlara malik qruplardan ibarətdir. Hal-hazırda Koreya musiqisi o qədər məşhurlaşıb ki, Asiyalılar xüsusi söz-Hallyu (한류) yaradıblar ki, bu da Koreya dalğası adlanır hansı ki, müasir Koreya mədəniyyətini dünyanın hər tərəfinə yayır.[1]

Trot (트로트)-musiqi janrı Koreya pop musiqisinin ən köhnə forması sayılır. Bu janr 1900-cü illərdə Koreyanın Yaponiya tərəfindən koloniyalaşdırılması dövründə formalaşmışdır. Koreyada bu janr həmçinin yuhaengga, ppongtchak və t'urotu adlanır. İkinci Dünya Müharibəsinin və Yaponiyanın Koreya üzərində hökmranlığının bitməsindən sonra trot qərb musiqisinə uyğunlaşmaya başladı.Bu, əsasən, iki səbəbdən izah olunur.Əvvəla,Cənubi Koreya hökuməti kommunizm ideyalogiyasını dayandırmağa çalışırdı. İkinci səbəbə görə isə müharibə zamanı Amerika əsgərlərinin Koreyada qalması nəticəsində musiqiçilər Amerikanın musiqi janrlarının məşhurluğuna diqqət yetirmişlər. Trotun məşhurluq səviyyəsi 1980-1990-cı illərdə aşağı düşmüş, hal-hazırda isə yenidən inkişaf etməkdədir.

Rok musiqisi Koreyaya Amerika əsgərləri tərəfindən Koreya Müharibəsi dövründə daxil olmuşdur. Daha sonra "Koreya rokunun atası" adlandırılan Shin Jung-hyeon 60-70-ci illərin psixodelik rok janrının öz stilini yaratdı və Add 4,The Men,Yup Juns qrupları ilə albom buraxıb və həmçinin digər məşhur müğənnilərin mahnıları üçün də çalışmışdır. Lakin, prezident Park Chung-Hee üçün mahnı yazmaqdan imtina etdiyi üçün onun musiqisi qadağan olunmuş və o marixuana saxladığı üçün həbs olunmuşdur. Shin Jung-hyeonun həbs olunması rok janrının inkişafının ləngiməsinə səbəb oldu. 1980-ci illərdə insanların musiqi zövqü dəyişdi. Səhnə "Böyük Üçlük" adlanan Boohwal,Baekdoosan,Sinawe qruplarının mənsub olduğu "metal" janrının hökmranlığı altında idi.[2]

Rok musiqisi 90-cı illərin əvvəlində Roh Tae-Woo prezidentin hakimiyyətə gəlişi ilə yenidən inkişaf etməyə başladı. İnformasiyanın ölkə daxilinə azad surətdə daxil olması ilə bərabər öz rok-qruplarını yaradan gənclərin sayı artmağa başlayırdı.Crying NutNo Brain qrupları həmin dövrdə yaradılan ən yeni qruplar idi.Onlar ölkəyə yeni bir çox janr gətirmişdilər ki, bunların birləşməsi Chosun Punk adlandırıldı. İnternetin peyda olması və 90-cı illərdə janrın müxtılifləşməsi ilə əlaqədar Rux və The Geeks qruplarının yaranması ölkəyə yeni Hardcore-punk-straight edge istiqamətinin gətirilməsinə səbəb oldu.

Tong guitar (통 기타) 60-70-ci illərdə yayılmış Koreya folklyor və folk-rok mahnılarının formalarından biridir. Bu janrın yaranmasına Amerika folk musiqisi təsir etmişdir. Koreyada ilk folk ifaçıları Kim Min Ki və Amerikada təhsil almış Han Tae Soodur.Onlar siyasi istiqamətdə mahnı yazdıqları üçün mahnıları prezident Park Chung-Hee tərəfindən qadağa olunmuşdur.Prezidentin qadağa üzrə etdiyi cəhdlərə baxmayaraq insanların əksəriyyəti sosial vəziyyətin dəyişməsi ilə bağlı siyasi istiqamətdə mahnılar yazıb ifa etməyə davam edirdilər.1987-ci ildə Cənubi Koreyanın demokratiyaya keçidi ilə siyasi aktivliyi olan milli musiqiçi Kim Kvan Sok məşhurlaşdı və onun mahnıları siyasi mitinqlərdə ifa olunmağa başlandı.

Cənubi Koreyanın Seul, Busan, Dequ kimi böyük şəhərlərində hip-hop janrı mədəniyyət fenomeninə çevrildi. Bu janrın 90-cı illərin ortalarından başlayaraq inkişafının daha da artmasına Seo Taiji and the Boys qrupunun "I know"(난 알아요) mahnısı səbəb oldu. Bu istiqamət həmçinin 2000-ci illərdə keçirilən olimpiyadalarda Koreya ifaçılarının uğurları nəticəsində beynəlxalq səviyyədə diqqət çəkməyə başladı.2004-cü ildə buraxılan "It's Raining" albomu sayəsində ifaçı Rain beynəlxalq ulduza çevrilən ilk koreyalı ifaçı oldu.15 İyul 2012-ci ildə Cənubi Koreya ifaçısı PSY "Gangnam Style"(강남 스타일) xitini buraxdı. Klip "Youtube"da ən çox izləmə və "like"a sahib olduğu üçün "Ginnes rekordlar kitabı"na düşdü.

Koreyanın özündə k-pop anlayışı Koreya pop-musiqisinin müxtəlif yönləri kimi başa düşülürsə,ölkədən kənarda isə k-pop dedikdə məhz "Idol"lar (아이돌) tərəfindən ifa edilən musiqi janrı başa düşülür. Idol qruplar ya sırf oğlan yaxud yalnız qızlardan ibarət olan və repertuarına hip-hopla qarışığı olan, rəqsli və elektronik mahnılar daxil olan qruplardan ibarətdir. Bu qruplara BTS, EXO, GOT7, TXT, SHİNee, BİG BANG, TWICE, Girls Generation, BlackPink, BTOB, NCT, CNBlue və s. qruplar daxildir. Həmçinin həm qız, həm də oğlanlardan ibarət CO-ED qruplar mövcuddur. Buna misal olaraq KARD qrupunu göstərmək olar.

Müstəqil populyar musiqi

[redaktə | mənbəni redaktə et]

Müstəqil "hip-hop2 və "indi-rok" və ya "indi"(인디) kimi müstəqil müsiqi inkişaf etməkdədir. Hal-hazırda "indi-rok" dedikdə incə, yumşaq, aqresiyasız, retrospektli musiqi nəzərdə tutulur.Həmçinin rok olmayan melanxolik ballad ifaçıları da bura aiddir. Məşhur Koreya 1990 və 2000-ci illərin "indi" qruplarına Jaurim (자우림), Huckleberry Finn (허클베리 핀), Nell (넬), Mot (못), Cherry Filter (체리 필터), Third Line Butterfly (3호선 버터플라이) və daha gec olan "Busker Busker" qrupu aiddir.

Koreya simfonik orkestrlərinin tərkibində məşhur ifaçılar və solistlər çıxış edir.Lee Shin uşaq mahnılarına ixtisaslaşan, beynəlxalq aləmdə məşhur olan koreyalı bəstəkardır. Yiruma kimi pianist və bəstəkarlar 2000-ci illərdən qərbdə məşhurlaşmışlar. Dünyaca məşhur bəstəkarların ıksıriyyəti koreyalıdır. Onların içərisində Lee Yeong Jae də var. O 1931-ci ildə Vondjuda anadan olmuş, Paris Ali Milli Musiqi Konservatoriyasında və Brüssel Kral Konservatoriyasında təhsil almışdır. O öz təhsilini Manhattan Musiqi Məktəbində davam etdirmişdir. Yapon işğalı və Koreya Müharibəsi dövründə yaşamasına baxmayaraq çətinliklərə dözərək 20-ci əsrdə Koreyanın ən güclü musiqiçilərindən olmuşdur.[3]

Koreya müasir xristian musiqisi

[redaktə | mənbəni redaktə et]

Xristian dininin gəlişi ilə xorlar yaranmağa başladı hansı ki, kilsənin ya içində, ya da çölündə oxunulur. Həmçinin ənənəvi Amerika xristian mahnıları Koreya dilində oxunmağa başlandı.

Qərb və milli stilin qarışması

[redaktə | mənbəni redaktə et]

Ənənəvi Koreya musiqi alətləri və qərb nağara alətlərinin birləşməsi ilə 1998-ci Koreya Dünya musiqisinin yeni dalğası yaradıldı.

  1. "South Korea's pop-cultural exports: Hallyu, yeah!". The Economist. 2010-01-25. 2011-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-01. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. "Discovering Korean Metal: A Rocky Road". Seoul Beats. 7 June 2012. 23 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 February 2014. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. University of South Florida, Celebrating women composers, 2012