Cəsur Filipp (Burqundiya hersoqu)

Cəsur Filipp (fr. Philippe le Hardi; nid. Filips de Stoute; 17 yanvar 1342[1], Pontuaz27 aprel 1404) — Fransa kralı II İohannın oğlu, Burqundiya hersoqu. Valua-Burqundiya sülaləsinin banisidir.

Cəsur Filipp
fr. Philippe II de Bourgogne
6 sentyabr 1363 – 27 aprel 1404
Əvvəlki-
SonrakıQorxusuz Con
Şəxsi məlumatlar
Doğum tarixi 17 yanvar 1342[1]
Doğum yeri
Vəfat tarixi 27 aprel 1404 (62 yaşında)
Fəaliyyəti hərbi qulluqçu, siyasətçi
Atası II Jan
Həyat yoldaşı
Uşaqları
Ailəsi Valua-Burqundiya sülaləsi
Hərbi xidmət
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1342-ci ildə Pontuazda dünyaya gəldi. Atası Fransa kralı VI Filippin oğlu və varisi İohann, anası isə onun ilk xanımı Lüksemburqlu Bonna idi. Hələ 8 yaşında ikən atası taxta çıxdı ancaq özündən yaşca böyük 3 qardaşı vardı və gələcəkdə Fransa taxtına çıxması gözlənilmirdi. 1356-cı ildə Puatye döyüşündə atasıyla birlikdə iştirak etdi və burada göstərdiyi cəsarəti səbəbilə Cəsur ləqəbi qazandı. Buna baxmayaraq bu döyüş ingilislərin qəti qələbəsiylə nəticələndi. Fransa kralı olan atası II İohannla birlikdə ingilislərə əsir düşdülər. Aparılan uzun danışıqların ardından ata və oğlu 4 il sonra - 1360-cı ildə azadlığa buraxıldı.

6 sentyabr 1363-cü ildə atası tərəfindən Burqundiya hersoqu təyin edildi və beləcə, Valua-Burqundiya sülaləsinin əsası qoyuldu. 19 iyun 1369-cu ildə Flandriya qrafının qızı Marqaritayla evləndi. Qaynatasının 1384-cü ildə geridə rəsmi oğul varisi qoymadan vəfat etməsiylə, xanımı Flandriya torpaqlarının hakimi oldu.

Fransa kralı olan qardaşı V Karlın vəfatından sonra Cəsur Filippin Fransadakı fəaliyyəti artdı. Taxta çıxan azyaşlı Fransa kralı VI Karlın əvəzinə ölkəni qohumlarından ibarət bir məclis idarə edirdi. Bunlar əmiləri Anju hersoqu Lüdovik, Berri hersoqu Con və Burqundiya hersoqu Cəsur Filipplə, dayısı Burbon hersoqu Lüdovik idi. Məclisdə əsas söz sahibi olan Cəsur Filipp bu vəzifəsini 1388-ci ilədək davam etdirdi. Ancaq 1392-ci ildə kralın əqli zəifliyi və əsəbi davranışları səbəb göstərilərək Cəsur Kral yenidən naib seçildi və 1402-ci ilədək krallığı pərdə arxasından idarə etdi. Onun bu qədər nüfuz qazanması isə kralın qardaşı Orlean hersoqu Lüdoviki narazı saldı. İkisi arasında başlayan bu amansız mübarizə, övladları arasında davam edəcək qan davası halını aldı.

Cəsur Filipp 27 aprel 1404-cü ildə Eno qraflığında vəfat etdi. Bütün ünvan və mülkləri böyük oğlu Qorxusuz Cona miras qaldı.

19 iyun 1369-cu ildə Flandriyalı Marqaritayla evləndi və cütlüyün 9 övladı doğuldu.

  • Smith, Kay Douglas; Smith, Robert Douglas; DeVries, Kelly (2005). The Artillery of the Dukes of Burgundy, 1363-1477. Boydell Press. ISBN 978-1-84383-162-4
  • Vaughan, Richard (2009b). Philip the Bold: The Formation of the Burgundian state. The Boydell Press
  1. 1 2 Pas L. v. Philippe 'the Bold' de Bourgogne // Genealogics (ing.). 2003.
  2. 1 2 3 4 Kindred Britain.