Cəzalandıran (ing. The Punisher) – 1989-cu ildə istehsal olunmuş ABŞ bədii filmi.[3]
Cəzalandıran | |
---|---|
The Punisher | |
Janr | cinayət filmi[2], döyüş filmi[2], triller filmi |
Əsas mövzu | qisas[d] |
Rejissor | Mark Qoldblant |
Prodüserlər |
Robert Quralnik Meys Noyfeld |
Ssenari müəllifi | Robert Mark Keymen |
Baş rollarda |
Dolf Lundqren Luis Qossett-kiçik Yerun Krabbe Lani Con Tupu Kim Miyori Brian Marşall Barri Otto Larri MakKomik Todd Boys |
Operator | Karl Valter Lindenlaub |
Bəstəkar | Denis Dreyf |
İstehsalçı | New World Pictures (Avstraliya) |
Distribütor | Netflix |
İlk baxış tarixi | 5 oktyabr 1989 |
Müddət | 92 dəqiqə |
Büdcə | $9 milyon[1] |
Ölkələr |
ABŞ Avstraliya |
Dil | İngilis dili |
İl | 1989 |
Rəng | rəngli |
Çəkiliş yeri | Sidney |
IMDb | ID0098141 |
"Cəzalandıran" ləqəbi ilə tanınan Frenk Kastl əvvəllər polis vəzifəsində işləmişdir. Polis vəzifəsində işləyən zaman mafiya bandasının başçısının oğlunu öldürmüşdür. 1976-cı ildə Nyu-York ştatının Manhetten bölgəsində yerləşən "Mərkəzi Park"da ailəsi ilə birlikdə gəzintiyə çıxmışdır. Bu zaman mafiya bandası həmin yerə hücum edir. Frenk Kastlın həyat yoldaşı və 2 qızı avtomobildə bağlı qalaraq partladılırlar. Mafiya bandası onun öldüyünü zənn edərək, buranı tərk edirlər. Lakin Frenk Kastl sağ qalır.
Ailəsi öldükdən sonra Frenk Kastl mafiya bandalarından qisas almağa başlayır. Bu səbəbdən onu "Cəzalandıran" ləqəbi ilə adlandırırlar. Frenk 125 qanqsterin hər birinə cəza verərək, onları yaxın 5 ildə öldürməyə başlayır. Artıq onun seçdiyi yolda heç kəs dayana bilməz. Lakin Frenkin düşmənlərinin sayı da çoxdur. Onları öldürmək çox çətin olacaqdır.
Bir gün şəhərə Yakudza bandası gəlir. Onların başçısı qadın olur. Adı isə Tanakadır. Həmin banda şəhərdəki bandaları öz əsarəti altına salmaq qərarına gəlir. Bu səbəbdən Yakudza bandası onların uşaqlarını oğurlamağa başlayır. Atalarını isə öldürməyə çalışırlar. Frenk Kastl bandaya qarşı kinli olsa da, onların uşaqlarını xilas etməyə qərar verir.Onların xilas edilməsi çox çətinliklə başa gəlsə də, Frenk uşaqların hamısını xilas edir. Bu zaman Frenk polislərə könüllü olaraq təslim olmağa məcbur olur. Frenk həbsxanaya düşür.Onu digər həbsxanaya aparan zaman oğurlanılır. Frenki oğurlayan sonuncu banda başçısıdır. Onun adı Cianni Franko-dur. Franko onu uşağını xilas etməyə məcbur etdirir. Frenk isə əlacsız qalaraq buna razı olur.
Filmin sonunda Frenk Yakudza bandalarında olan adamları öldürərək, Frankonun oğlu Tommi de Frankonu xilas edir. Lakin bu zaman Cianni Franko onu öldürmək istəyir. Cianni Franko buna nail ola bilmir. Frenk ilə atışma zamanı ölür. Tommi de Franko isə yalnız Frenkin, atasını necə öldürdüyünü görür. İşin nə yerdə olduğunu bilmir. Frenk Tommidən atasının səhvlərini bir daha təkrarlamamasını xahiş edir. Bu vaxtda artıq polislər binaya daxil olurlar. Polis Ceyk otağa girən zaman Frenki tapa bilmir. Bu zaman Ceyk Frenki səsləməyə başlayır.
Ad | Rol |
---|---|
Dolf Lundqren | Frenk Kastl |
Luis Qossett-kiçik | Ceyk Berkoviç |
Lani Con Tupu | Lakkoun |