Candaroğlu II İbrahim bəy (v. may 1443, Sinop) — 9. Candaroğulları bəyi.[1][2]
II İbrahim bəy | |
---|---|
Əvvəlki | İsfəndiyar bəy |
Sonrakı | İsmayıl bəy |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | may 1443 |
Vəfat yeri | |
Dəfn yeri | Candarlılar türbəsi, Sinop |
Atası | İsfəndiyar bəy |
Həyat yoldaşı | Səlcuq Xatun |
Uşaqları |
Xədicə Həlimə Xatun Yusif bəy İsmayıl bəy Qızıl Əhməd bəy |
Atası Candaroğlu İsfəndiyar bəydir. Hələ atasının sağlığında ikən qardaşları Xızır və Murad iqta torpaqları alaraq taxtdan uzaqlaşdırılmış, İbrahim bəy isə atası tərəfindən vəliəhd elan edilmişdi. 1424-cü ildə Osmanlı sultanı II Muradla bağlanan sülhə əsasən, qızı Xədicə Həlimə Xatun Osmanlı sultanıyla evləndirildi. Yenə bu sülhə əsasən, İbrahim bəy sultanın bacısı Səlcuq Xatunla, qardaşı Qasım bəy də digər bacısı Sultan Xatunla evləndirildi. Beləcə, gələcəkdə Osmanlı ilə sülh şəraitində hökmranlıq etməsi üçün şərait yaradılmış oldu.
Atasının ölümünün ardından 1440-cı ildə heç bir müqavimətlə qarşılaşmadan bəyliyi ələ aldı. Tacəddin ünvanıyla taxta çıxan İbrahim bəyin səltənətində hər hansı mühüm hadisə baş verməmişdir. Sultan Muradın həm qaynı, həm də qaynatası olan İbrahim bəy 1443-cü ilin mayında Sinopda vəfat etdi. Cənazəsi Sinopdakı İsfəndiyarlar türbəsinə dəfn eidlmişdir.