Sultan Xatun

Sultan Xatun (1408, Ədirnə - 1444) — 5. Osmanlı sultanı Çələbi Mehmedin qızı.[1][2][3]

Sultan Xatun
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ədirnə, Osmanlı imperiyası
Vəfat tarixi
Atası Çələbi Mehmed
Həyat yoldaşı Candaroğlu Qasım bəy
Uşaqları Candaroğlu Qaya bəy
... xanım Sultan

Sultan Xatun 1408-ci ildə Ədirnədə dünyaya gəldi. Anasının kim olduğu məlum deyil. 1425-ci ildə Candaroğlu İsfəndiyar bəylə bağlanan sülhə əsasən, bəyin kiçik oğlu Çanqırı sancaqbəyi Qasım bəylə evləndirildi. Eyni mərasimlə, bacısı Səlcuq Xatun bəyin böyük oğlu İbrahim bəylə, qardaşı Sultan Murad isə yenə Candaroğullarından Xədicə Xatunla nigahlandı.

Bu nigahdan 2 övladı dünyaya gəldi. 1444-cü ildə vəfat edən Sultan Xatun haqqında başqa bir məlumat yoxdur.

  • Candaroğlu Sultanzadə Qaya bəy (d. 1424 - ö. 1472) — 1440-cı ildə dayısı Sultan Muradın qızı Hafsa Sultanla evlənmişdir. Eyni mərasimdə əmisi İbrahim bəyin oğlu İsmayıl bəy də sultanın digər qızı Xədicə Sultanla (d. 1425) evləndirildi.
  • ... xanım Sultan
  • Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6
  1. Yavuz Bahadıroğlu, Resimli Osmanlı Tarihi, Nesil Yayınları (Ottoman History with Illustrations, Nesil Publications), 15th Ed., 2009, ISBN 978-975-269-299-2 (Hardcover).
  2. Uluçay 2011, p. 50
  3. Beiträge-Institut za istoriju Sarajevo, 1978, p. 80