Cavad xan metrostansiyası

Memar Əcəmi-2[1]Bakı metrosunun Bənövşəyi xəttinin stansiyası.

Memar Əcəmi-2 metrostansiyası

3-cü xətt
Bakı metrosu
Xəritə
Açılış tarixi 19 aprel 2016
Platformaların sayı 1
Stansiyadakı keçidlər Memar Əcəmi (Yaşıl xətt)
Qonşu stansiyalar Avtovağzal, 8 Noyabr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Memar Əcəmi-2 metrostansiyasının inşasına 2009-cu ildə başlanılmışdır. Bu stansiya Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşir və bu xətt gələcəkdə Bakıxanova kimi uzadılacaq. Stansiyanın 2015-ci ildə istifadəyə verilməsi planlaşdırılsa da, bu mümkün olmamışdır.

Stansiya 2016-cı il 19 apreldə isitfadəyə verilmişdir.

"Avtovağzal"–"Memar Əcəmi" mənzil tunellərinin və "Memar Əcəmi" stansiyasının layihə işləri dünyanın aparıcı şirkətləri tərəfindən həyata keçirilib. Tunellərin inşası üçün hazırlıq işlərinə 2011-ci ilin fevralında, tikintisinə isə həmin ilin sentyabrında başlanılıb. Podratçı təşkilat tərəfindən tunellərin tikintisi ilə yanaşı, tunellərarası 8 təxliyə keçidi və 2 havalandırma şaxtası inşa edilib. "Memar Əcəmi" stansiya kompleksinin ümumi uzunluğu 168,5 metrdir. Burada üç çıxış yaradılıb. Ümumi sahəsi 12 min kvadratmetrə yaxın olan stansiyada və çıxışlarda 17 eskalator quraşdırılıb. Burada, həmçinin fiziki imkanları məhdud insanlar üçün liftlər var.

  1. "Bu il Bakıda 2 metro stansiyası açılacaq". Lent.az. 2016-01-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]