Cavid Teyrun oğlu Əbdul-Qədirov (1984, Bakı) — Oğuz Rayon İcra Hakimiyyətinin başçısı.
Cavid Əbdul-Qədirov | |
---|---|
Vəzifədədir | |
16 iyul 2024-cü ildən | |
Əvvəlki | Eyvaz Qurbanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1984 |
Doğum yeri |
1984-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
2008–2013-cü illərdə Səhiyyə Nazirliyi-HİV/AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Proqramın layihə Əlaqələndirmə Bürosunda maliyyə mütəxəssisi, direktor, 2013–2018-ci illərdə isə "RMDM" ASC-baş direktorun müavini, baş direktor vəzifələrində işləyib.
2018-ci ildə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2018–2020-ci illərdə Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi, 2020–2021-ci illərdə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.
2021–2024-cü ilə illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2024-cü il tarixli Sərəncamı ilə Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.[1]
Ailəlidir, iki övladı var.