Ceyhun Valeh oğlu Məmmədov (28 yanvar 1975, Şükürbəyli, Cəbrayıl rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı (2020-ci ildən), ilahiyyat üzrə fəlsəfə doktoru.
Ceyhun Məmmədov | |
---|---|
Vəzifədədir | |
10 mart 2020-ci ildən | |
Seçki dairəsi | VI və VII çağırış — 120 saylı Cəbrayıl–Qubadlı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 yanvar 1975 (49 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | alim, siyasətçi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | teologiya |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. 1991–1994-cü illərdə Suriya Ərəb Respublikasındakı Əbu Nur İslam Kompleksində, Dəvət və İrşad İnstitutunda təhsil almışdır. 1994–1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq üzrə bakalavr təhsili almışdır. 2000–2002-ci illərdə Xəzər Universitetində Ərəb dili üzrə magistr dərəcəsinə yiyələnmişdir.
1998–2001-ci illərdə İrşad İslam Araşdırmaları mərkəzində tərcüməçi, 2001–2002-ci illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Qarabağ bölgəsi üzrə baş mütəxəsis kimi çalışmışdır. 2002–2012-ci illərdə Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhsil şöbəsinin müdiri olmuş, həmçinin "Dövlət və Din" ictimai fikir toplusunun redaktoru olmuşdur. 2012–2013-cü illərdə Avrasiya Tərcümə Mərkəzində tərcüməçi kimi çalışmışdır. 2013–2014-cü illərdə AMEA-nın Şərqşünaslıq institutunda Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi olmuşdur. 2015–2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır. 2017-ci ildən Azərbaycan Dillər Universitetində müəllim kimi çalışır 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunda müəllim kimi çalışır.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda dissertant olmuşdur. Fəlsəfə doktoru dissertasiyasını AMEA-da Dinşünaslıq ixtisası üzrə "Şəmsəddin əs-Səxavi və onun "Richanul-kəffəti fi bəyəni nubzətin min əxbəri əhlis-suffə əsərinin islamda yeri" mövzusunda müdafiə etmişdir.[1]
Azərbaycan İlahiyyat İnsititutu 2018-ci il fevral ayının 9-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı əsasında yaradılmışdır. 2018-ci ilin may ayının 31-də Prezident İlham Əliyev tərəfindən verilən sərəncamla isə Ceyhun Məmmədov bu insitituta rektor təyin olunmuşdur[2]. Milli Məclis Deputatı seçildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 mart 2020 tarixli sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad olunmuşdur.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |