Ceyhun Məmmədov (rektor)

Ceyhun Valeh oğlu Məmmədov (28 yanvar 1975, Şükürbəyli, Cəbrayıl rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VIVII çağırış deputatı (2020-ci ildən), ilahiyyat üzrə fəlsəfə doktoru.

Ceyhun Məmmədov
Vəzifədədir
10 mart 2020-ci ildən
Seçki dairəsiVIVII çağırış — 120 saylı Cəbrayıl–Qubadlı
Şəxsi məlumatlar
Doğum tarixi 28 yanvar 1975(1975-01-28) (49 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti alim, siyasətçi
Elmi fəaliyyəti
Elm sahəsi teologiya
Elmi dərəcəsi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı

Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. 1991–1994-cü illərdə Suriya Ərəb Respublikasındakı Əbu Nur İslam Kompleksində, Dəvət və İrşad İnstitutunda təhsil almışdır. 1994–1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq üzrə bakalavr təhsili almışdır. 2000–2002-ci illərdə Xəzər Universitetində Ərəb dili üzrə magistr dərəcəsinə yiyələnmişdir.

1998–2001-ci illərdə İrşad İslam Araşdırmaları mərkəzində tərcüməçi, 2001–2002-ci illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Qarabağ bölgəsi üzrə baş mütəxəsis kimi çalışmışdır. 2002–2012-ci illərdə Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhsil şöbəsinin müdiri olmuş, həmçinin "Dövlət və Din" ictimai fikir toplusunun redaktoru olmuşdur. 2012–2013-cü illərdə Avrasiya Tərcümə Mərkəzində tərcüməçi kimi çalışmışdır. 2013–2014-cü illərdə AMEA-nın Şərqşünaslıq institutunda Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi olmuşdur. 2015–2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır. 2017-ci ildən Azərbaycan Dillər Universitetində müəllim kimi çalışır 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunda müəllim kimi çalışır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda dissertant olmuşdur. Fəlsəfə doktoru dissertasiyasını AMEA-da Dinşünaslıq ixtisası üzrə "Şəmsəddin əs-Səxavi və onun "Richanul-kəffəti fi bəyəni nubzətin min əxbəri əhlis-suffə əsərinin islamda yeri" mövzusunda müdafiə etmişdir.[1]

Siyasi-ictimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan İlahiyyat İnsititutu 2018-ci il fevral ayının 9-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı əsasında yaradılmışdır. 2018-ci ilin may ayının 31-də Prezident İlham Əliyev tərəfindən verilən sərəncamla isə Ceyhun Məmmədov bu insitituta rektor təyin olunmuşdur[2]. Milli Məclis Deputatı seçildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 mart 2020 tarixli sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad olunmuşdur.

2024-cü il oktyabrın 8-də Azərbaycan - Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[3]

  1. "Rektor təyin edilən Ceyhun Məmmədov kimdir?". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-01.
  2. "Prezidentin rektor təyin etdiyi Ceyhun Məmmədov kimdir?". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-01.
  3. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.