Ceyms Ebbot Makneyl Vistler (ing. James Abbot McNeill Whistler; 10 iyul 1834[1], Louell[d], Massaçusets[2] – 17 iyul 1903[1][2], Çelsi, Böyük London və ya London[2]) — amerikalı rəssam və qrafik[4], portret, eləcə də ofort və litoqrafiya ustası, məşhur tonalistlərdən biri, impressionizm və simvolizm qabaqcılı. "İncəsənət sənət naminə" anlayışına sadiq qalmışdır. Fəxri Legion ordeni kavaleridir (1892).
Ceyms Vistler | |
---|---|
ing. James Whistler | |
Doğum adı | James Abbot McNeill Whistler |
Doğum tarixi | 10 iyul 1834[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 17 iyul 1903[1][2] (69 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | rəssam, işləmə ustası, illüstrasiyaçı[d], yazıçı, litoqraf, rəssam-qravürçü[d] |
Təhsili |
|
Janrlar | portret rəssamlığı[d][2], portret, tarix rəssamlığı[2], peyzaj[2], nü[2], Marina[2] |
Stil | Estetizm[3] |
Tanınmış işləri | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
O, Rusiya İmperiyasında və ABŞ-də təhsil alıb, lakin aktiv həyatının çox hissəsini İngiltərədə keçirib. O, daha çox müasirlərinin portretləri ilə tanınır. O, dostu Qustav Kurbenin simasında realistlərdən və yapon incəsənətindən təsirlənmişdir. Bir sıra yaradıcı üsullarda impressionizmə yaxın idi. Vistlerin ən məşhur əsərlərindən biri də anasının portretidir: Boz və qara rənglər əsasında çəkilmişdir. Avropa və ABŞ-də iki nəsil sənətçiyə təsir etdi. Dante Rossetti, Eduard Mane, Klod Mone, Obri Bördsley kimi məşhur rəssamlar, habelə şairlər Stefan Mallarme və Oskar Vayld ilə dost olmuşdur.