Ruslan Abışov

Ruslan İbrahim oğlu Abışov (10 oktyabr 1987[1][2][…], Bakı) — "Neftçi" Bakı klubunun və Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisidir. 2017-ci ilin yanvar ayından etibarən Azərbaycanın ""Neftçi"" klubunda çıxış edir. "Neftçi Bakı" və "Xəzər-Lənkəran" klublarının heyətində çıxış edib. 2011, 2012-ci illərdə Azərbaycan çempionu olub, 2012-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib.

Ruslan Abışov
2011-ci il üçün Azərbaycanın ən yaxşı yarımmüdafiəçisi
2011-ci il üçün Azərbaycanın ən yaxşı yarımmüdafiəçisi
Ümumi məlumatlar
Tam adı Ruslan İbrahim oğlu Abışov
Doğum tarixi 10 oktyabr 1987(1987-10-10)[1][2][…] (37 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 187 sm
Mövqeyi Yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub Azərbaycan Neftçi
Nömrəsi 15
Karyerası
Gənclik karyerası
????—???? Azərbaycan Neftçi Bakı ? (?)
Klub karyerası[* 1]
2006—2012 Azərbaycan Neftçi Bakı 153 (18)
2012—2013 Azərbaycan Xəzər-Lənkəran 15 (2)
2013—h.h. Rusiya Rubin Kazan 12 (0)
2014—h.h.  Azərbaycan Qəbələ 13 (1)
2015—2016 Azərbaycan Qəbələ 31 (5)
2016—2017 Azərbaycan İnter 13 (5)
2017— Azərbaycan Neftçi 8 (0)
Milli yığma[* 2]
2005—2007 Azərbaycan Azərbaycan U-19 3 (0)
2007—2009 Azərbaycan Azərbaycan U-21 8 (1)
2009—h.h. Azərbaycan Azərbaycan 49 (4)
2017 Azərbaycan Azərbaycan U-23 5 (1)
İslam Həmrəyliyi Oyunları
Qızıl 2017 Bakı Komanda

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 15 iyun 2017 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 15 iyun 2017 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ruslan Abışov Bakıda anadan olub. 6 yaşında Uşaq Gənclər Futbol Məktəbinə üz tutub. Abışovun ilk məşqçisi Əli Məmmədov olub. Ruslan daha sonra İsmayıl Əliyev, İbrahim Dadaşov və Rüstəm Rəhimovun rəhbərliyi altında futbolun sirlərinə yiyələnib. Onun futbolçu kimi püxtələşməsində İslam Kərimovun da böyük rolu olub.[3] Ruslan Abışov orta təhsilinə paytaxtın 246 saylı məktəbində yiyələnib. Ali təhsilini isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb.[3]

Ruslan Abışov "Zirə"də məşq zamanı

15 yaşında ikən Ruslan Abışov Türkiyəyə yollanıb. 6 ay müddətində Dənizlispor klubunun əvəzedici komandasında çıxış edib, lakin Türkiyə vətəndaşlığına malik olmadığı üçün geri qayıtmaq məcburiyyətində qalıb.[3] Vətənə qayıdıb 1 il Neftçinin əvəzedici komandasında çıxış edən Ruslan 2006-cı ildən əsas komandaya cəlb olunub və 18 yaşında ilk peşəkar müqaviləsini imzalayıb. Bir neçə dəfə xarici klublara keçidi gündəmə gəlsə də, transferi baş tutmayıb. 2012-ci ildə çoxlarının gözləmədiyi halda Neftçinin əzəli rəqibi Xəzər Lənkəranın heyətinə keçib.[3] Xəzər-Lənkəranda Ruslan 15 nömrəli formada çıxış edib.[4] Burada 22 oyunda 2 qol vurub. 2013-cü ilin fevral ayında Rusiyanın Rubin Kazan klubuna transfer olunub. Bu klubla 2.5 illik müqavilə imzalayıb.[5]

Ruslan Abışov Malta ilə oyunda cərimə zərbəsi yerinə yetirir, 2013

Milli komanda karyerası

[redaktə | mənbəni redaktə et]

Əsas milliyə çağırılmazdan əvvəl Azərbaycanın U-21, U-19, U-17 və U-15 komandalarında forma geymişdir. 2009-cu ilin avqust ayında Finlandiya və Almaniya millisi ilə keçirilən oyunlarda Azərbaycan milli futbol komandasının tərkibində çıxış etmişdir. 2012-ci ildə Futbol üzrə dünya çempionatı 2014-ün seçmə mərhələsində Şimali İrlandiyaya qarşı keçirilən oyunda millinin kapitanı olub.[6]

Abışov IV İslam Həmrəyliyi oyunlarının çempionu və qızıl medalçısı kimi.

Milli komandada oyunlar

[redaktə | mənbəni redaktə et]
Abışov IV İslam Həmrəyliyi oyunlarının çempionu və qızıl medalçısı kimi.

Mənbə:[7]
Son yeniləmə:15 noyabr 2013

Azərbaycan Azərbaycan milli futbol komandası
İl Yoldaşlıq Dünya K. Dünya K. s/m Avropa K. Avropa K. s/m Başqa Cəmi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
2009 0 0 0 0 3 0 0 0 0 0 2 1 5 1
2010 6 0 0 0 0 0 0 0 1 0 0 0 7 0
2011 2 0 0 0 0 0 0 0 7 1 0 0 9 1
2012 4 0 0 0 4 1 0 0 0 0 1 0 9 1
2013 3 0 0 0 5 1 0 0 0 0 0 0 8 1
Cəmi 15 0 0 0 12 2 0 0 8 1 3 0 38 4

Milli komandada qollar

[redaktə | mənbəni redaktə et]

Mənbə:[7]
Son yeniləmə:15 noyabr 2013

Ruslan Abışov: Beynəlxalq qollar
# Tarix Yer Rəqib Hesab Nəticə Yarış
1. 18 noyabr 2009 Tahnun bin Məhəmməd Stadionu, Əl Əin, Birləşmiş Ərəb Əmirlikləri Çexiya Çexiya 2–0 2–0 Yoldaşlıq görüşü
2. 29 mart 2011 Kral Baudin Stadionu, Brüssel, Belçika Belçika Belçika 1–1 4–1 UEFA Avropa Kuboku 2012 seçmə mərhələ
3. 7 sentyabr 2012 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan İsrail İsrail 1–1 1–1 Futbol üzrə dünya çempionatı 2014 seçmə mərhələ
4. 7 iyun 2013 Bakcell Arena, Bakı, Azərbaycan Lüksemburq Lüksemburq 1–0 1–1 Futbol üzrə dünya çempionatı 2014 seçmə mərhələ
Ruslan Abışov Azərbaycan Premyer Liqası 2010/2011 mövsümünün ən yaxşı müdafiəçisi seçilib

Klub karyerası

[redaktə | mənbəni redaktə et]
Azərbaycan Neftçi Bakı

Şəxsi uğurları

[redaktə | mənbəni redaktə et]

Digər fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

2011-ci ildə Ruslan Abışov müğənni Sevda Yəhyayevanın "Gecdir daha"[10] mahnısının klipində çəkilib.[11]

  1. 1 2 Ruslan Abishov // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Ruslan Abışov // FBref (çd.).
  3. 1 2 3 4 "Ruslan Abışov-26 yaş". 2021-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-21.
  4. "Ruslan Abışovun "Xəzər Lənkəran"da geyinəcəyi nömrə məlum oldu". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-21.
  5. "Ruslan Abışov rəsmən "Rubin"də". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-21.
  6. "Kapitan Ruslan Abışov olacaq". 2013-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-21.
  7. 1 2 "Arxivlənmiş surət". 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-02.
  8. "Ruslan Abışov rəsmən "Xəzər Lənkəran"da". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-21.
  9. "İlin ən yaxşı futbolçularının adları açıqlandı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-21.
  10. "Ruslan Abışovu mən məşhur etdim"[ölü keçid]
  11. Ruslan Abışov klipə çəkildi[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]