Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Rəşad Sadıqov (16 iyun 1982[2][3], Bakı) — azərbaycanlı keçmiş futbolçu, məşqçi. "Zirə" klubunun baş məşqçisidir. 2000–2001-ci illərdə Azərbaycanın "Turan Tovuz", 2001–2002, 2003–2005, 2006–2008-ci illərdə "Neftçi Bakı", 2009–2010-cu illərdə "Qarabağ", 2002–2003-cü illərdə İranın "Fulad Xuzistan" və 2005–2006-cı illərdə Türkiyənin "Kayserispor", 2008–2009-cu illərdə "Kocaelispor", 2010–2011-ci illərdə Əskişəhərspor, 2011–2020-ci illərdə Qarabağ klublarının heyətində çıxış edib.
Rəşad Sadıqov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Rəşad Fərhad oğlu Sadıqov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | Terminator[1] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 183 sm | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 77 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Müdafiəçi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Zirə | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəzifəsi | baş məşqçi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Rəşad Sadıqov dörd dəfə Azərbaycanda ilin futbolçusu seçilib. Beş dəfə Azərbaycan Premyer Liqasının, üç dəfə isə Azərbaycan Kubokunun qalibi olub. Sadıqov 2001–2017-ci illərdə Azərbaycan milli futbol komandasında çıxış edib. Milli komandada 111 oyun keçirib və 5 qol vurub. Azərbaycan milli komandasının heyətində ən çox oyun keçirən oyunçudur.
Bir müddət basketbolla məşğul olub.
Rəşad Sadıqov 16 iyun 1982-ci ildə Bakıda anadan olub. Əslən Kəlbəcər rayonundandır.[4] Təhsilinə 1989-cu ildə Bakı şəhəri Suraxanı rayonu 226 saylı tam orta məktəbdə başlayıb. 1 il sonra 34 nömrəli məktəbə keçib, qalan 10 ili orada oxuyub.[5] Rəşad Sadıqov futbola 1992-ci ildə 10 yaşında məktəb illərində Tofiq Bəhramov adına futbol məktəbinə məşqlərə gedib.[5] Müəllimi Vaqif Paşayev olub. O, həmçinin Bakıda "Şərur", "Hava qüvvələri" komandası, "Real Bakı" komandalarında futbol oynayıb.[6]
Rəşad Sadıqov 2000–2001-ci illərdə "Turan"ın heyətində çıxış edib. Burada cəmi 9 oyun keçirib[7] və qol vurmayıb. Rəşad 2001-ci ildə "Neftçi"nin heyətinə qoşulub. Burada 2001–2002 mövsümündə 23 oyun keçirib və 1 qol vurub. 2002-ci ildə klubdan ayrılıb. Rəşad Sadıqov 2002–2003-cü illərdə İranın "Fulad" klubunun heyətində çıxış edib. Burada 20 oyun keçirib, qol vurmayıb.
2003-cü ildə yenidən "Neftçi"nin heyətinə qayıdıb. 2003–2004-cü illər mövsümündə Neftçinin heyətində 10 oyun keçirib, qol vurmayıb. 2004–2005 mövsümündə 21 oyunda meydana çıxıb və 1 dəfə fərqlənib. Sadıqov 2005-ci ilin avqustunda "Neftçi"nin UEFA Çempionlar Liqasında mübarizəni dayandırdıqdan, Belçikanın "Anderlext" klubuna Bakıda 1:0 hesabı ilə qalib gəldiyi cavab görüşündən sonra klubdan ayrılıb. Sadıqov 2005–2006 mövsümündə 13 oyun keçirib və qol vurmayıb. Rəşad 2003–2005-ci illərdə "Neftçi"nin heyətində ümumilikdə 44 oyun keçirib və cəmi 1 dəfə fərqlənib.
Neftçidən ayrıldıqdan sonra Rəşad karyerasını baş məşqçi Ərtoğrul Sağlamın istəyi ilə Türkiyənin "Kayserispor" klubunda davam etdirdi. 20 avqust 2005-ci ildə "Dənizlispor"la oyunda debüt edib, oyunu əvəzolunmadan keçirib.[8] Transfer olunduğu ilk vaxtlarda Rəşadın işləri yaxşı gedirdi. Ancaq qış fasiləsinə yaxın Rəşad zədələnəndi və heyətdən kənarda qaldı. Zədəsi sağaldıqdan sonra Neftçiyə 6 aylığa icarəyə verildi. "Kayserispor" mövsümü bürünc medalla başa vurdu. Mövsüm bitəndən sonra Rəşad kluba qayıtdı və UEFA İntertoto Kuboku oyunlarında iştirak etdi. Macarıstanın "Sopron" klubu ilə ikinci təsnifat mərhələsinin oyunlarında meydana çıxdı. "Kayserispor" iki oyunun nəticəsinə görə növbəti mərhələyə vəsiqə qazandı. Üçüncü təsnifat mərhələsində Yunanıstanın "Larissa" klubu ilə oyunlarda da Rəşad "Kayserispor"un heyətində meydana çıxıb. "Kayserispor" bu klubu da mübarizədən kənarlaşdıraraq kubokun qaliblərindən biri olub.[9]
Ərtoğrul Sağlamın adət etdiyi mövqedə, müdafiənin mərkəzində yox sağında oynadırdı. Bu, Rəşadı qane etmədiyi üçün klubdan getməyi qərara aldı.[10][11] Sadıqovun "Kayserispor"da son oyunu 5 avqust 2006-cı ildə "Trabzonspor"a qarşı olub. Son oyununu Rəşad əvəzolunmadan keçirib.[12] Rəşad 2005–2006-cı illərdə bu klubun şərəfini qoruyub. Futbolçu bu komanda ilə UEFA İntertoto Kubokunda da oynayıb. Bu klubda 10 oyun keçirib. Ailə məsələlərinə görə bu klubdan ayrılıb.[13]
Rəşad Sadıqov[14]
Futbolçu 2006-cı ildə üçüncü dəfə "Neftçi" ilə müqavilə bağlayıb. 21 iyun 2008-ci ildə Slovakiyanın "Nitra" klubu ilə UEFA İntertoto Kubokunun birinci təsnifat mərhələsinin ilk oyununda 7-ci dəqiqədə hesabı açıb. Bu, Sadıqovun qitəmiqyaslı yarışlarda ilk qolu idi.[15] 58 oyuna 7 qol vurub. Rəşad Sadıqov Azərbaycan Premyer Liqasında üç dəfə çıxış etdiyi "Neftçi"nin heyətində ümumilikdə 135 oyun keçirib,[7] 9 qol vurub. 2008-ci ildə "Neftçi" klubunun baş məşqçisi Hans Yurgen Gede tərəfindən əvəzedici komandaya göndərdi. Sadıqov fiziki formasını qorumaq üçün bir müddət əvəzedici heyətlə məşq edib.[16] Daha sonra orada qalmayan müdafiəçi karyerasının böyük hissəsini keçirdiyi Neftçidən gedəsi oldu.[10][17][18]
"Neftçi"dən qovulduqdan sonra İspaniyanın "Valyadolid" komandasının ikinci heyətində bir müddət məşq edib.[19] Futbolçunun daha sonra "Boluspor"la müqavilə bağlayacağı gözlənilirdi.[20] Bu transfer baş tutmadıqdan sonra Sadıqov "Kocaelispor" klubunun düşərgəsinə yollanıb.[21] Müqavilə ilə "Neftçi"yə məxsus olduğundan Rəşadın "Kocaelispor"la müqavilə imzalamağında problemlər olmuşdu. "Neftçi" klubu transfer haqqı tələb edirdi.[22] Problemlər yoluna qoyulduqdan sonra Rəşad klub ilə 6 aylıq müqavilə bağlayıb.[23][24] Rəşad bu klubda 1 nömrə altındakı formada çıxış edib.[23] Rəşad Sadıqov 2008–2009-cu illərdə "Kocaelispor"un heyətində olub.[25]
Rəşad "Kocaelispor"da çıxış edərkən uğurlu oyunlarına görə Türkiyə mətbuatı ona "Terminator" ləqəbi vermişdi.[26]
Kocaelispordan ayrıldıqdan sonra Rəşad "Qarabağ" klubunun heyətinə qoşulub. Aftandil Hacıyevin zədəli olmasına görə UEFA Avropa Liqası oyunlarında 2 oyunluq Qarabağa kömək etmək üçün klubla razılığa gəlib.[27] 16 iyul 2009-cu ildə Norveçin VRusenborq" klubu ilə səfər oyununda Qarabağın heyətində debüt edib.[28] Bir müddət sonra 2009-cu ilin yayında Rəşad bu klubla 1 illik müqavilə imzalayıb.[29] "Qarabağ"ın heyətində ilk qolunu UEFA Avropa Liqası 2009/2010 mövsümünün ikinci təsnifat mərhələsinin cavab oyununda Norveçin "Rusenborq" komandasına vurub.[30] Bu qol Qarabağı UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə çıxarıb. Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda 81-ci dəqiqədə cərimə zərbəsindən Finlandiyanın "Honka" klubunun qapısına qol vuraraq hesabı 2–1 edib və "Qarabağ"a qələbə qazandırıb.[31] "Qarabağ" klubunun heyətində isə Azərbaycan Premyer Liqasında ilk oyununu 23 sentyabr 2009-cu ildə Ağdamda "Qəbələ" ilə II turdan təxirə salınmış oyunda keçirib.[7]
2010-cu ildə "Qarabağ" klubu ilə 1 illik müqavilə imzalayıb. "Qarabağ" rəhbərliyi Rəşada xarici klublardan təklif gələcəyi halda, problem yaratmayacağını bildirib.[32] Rəşada bir neçə klub müqavilə təklif etdi. UEFA Avropa Liqasının 2010/2011 mövsümünün ilk təsnifat mərhələsində Makedoniyanın "Metallurq" Skopye komandası ilə ev oyununda oyunun 26-cı dəqiqəsində 11 metrlik cərimə zərbəsindən hesabı açıb. Oyun 4–1 hesabı ilə başa çatıb.[33] Rusiyanın "Alaniya" klubu Rəşadı öz heyətində görmək istəyirdi.[34] Amma Rəşad Sadıqov Türkiyə variantını üstün tutdu. "Qarabağ"ın heyətində Almaniyanın "Borussiya Dortmund" klubuna 0:1 hesabı ilə uduzduqları cavab oyunundan sonra Rəşad "Əskişəhərspor"un dəvətini qəbul etdi.
Rəşad "Əskişəhərspor"la iki illik müqavilə imzaladı.[35] Ancaq yeni komandasını debütünün reallaşmaq üçün onu transfer edən baş məşqçi Rza Çalımbayın istefasını gözləmək lazım gəldi. Onu bu postda əvəzləyən Bülənt Uyğun Sadıqovun əsas heyətə yolunu açsa da, tezliklə gedişinin də əsas səbəbkarı oldu. Gənc çalışdırıcı qalib heyəti dəyişməməyi üstün tutaraq, millimizin kapitanına zədəsini sağaldan sonra yalnız bir oyunda şans verdi. Bu da daha çox məcburiyyətdən, yəni digər mərkəz müdafiəçisi Nadareviçin cəzalı olması ilə bağlı idi.[10] Rəşad bu klubda 41 nömrəli futbolkada çıxış edib.[36] Rəşad Sadıqov bu klubda ilk oyununu 17 oktyabr 2010-cu ildə "İstanbul Böyükşəhər Bələdiyyəsi" komandasına qarşı keçirib.[37][38] Bu oyunda Sadıqov 90 dəqiqə meydanda olub.[39] Rəşadın bu klubda karyerası qısa və uğursuz oldu. Əsas heyətdə möhkəmlənə bilmədi.[13] Cəmi 5 oyunda meydana çıxdı. 450 dəqiqə meydanda oldu və 1 sarı vərəqə aldı.[10] Buna görə 2011-ci ilin əvvəlində Rəşad "Əskişəhərspor" klubundan ayrılıb.[40]
Rəşad Sadıqov[41]
2011-ci ilin yanvarında "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl Rəşad Sadıqovun yenidən komandaya gətirilməsini istəyib.[42] Rəşad Sadıqov həmin ilin fevral ayında Əskişəhərspor klubundan ayrılaraq yenidən "Qarabağ"ın heyətinə qoşulub.[40] Fevralın 15-də mətbuat konfransı keçirilib, Rəşad klubla 6 aylıq müqavilə imzalayıb.[13][43] "Qarabağ" klubunun heyətində ölkə çempionatında ilk qolu 19 avqust 2012-ci ildə "Sumqayıt" klubunun qapısına vurub.[44] Rəşad 2012–2013 mövsümünün sonlarında zədələnərək mövsümü vaxtından tez başa vurub, sonuncu "Simurq" klubu ilə oyuna çıxa bilməyib.[45]
Rəşad Sadıqov 2013–2014 mövsümünün sonunda "Qarabağ" komandası ilə ilk dəfə Azərbaycan çempionut titulunu qazanıb.[46] Bu, Sadıqovun ümumilikdə üçüncü Azərbaycan çempionluğu idi.
2014-cü ilin iyun ayında Rəşad "Qarabağ" klubu ilə müqaviləsini 3 il — 2017-ci ilədək uzadıb.[47] UEFA Çempionlar Liqasının ilk oyunlarını zədə səbəbindən buraxan Rəşad Sadıqov 30 iyul 2014-cü ildə III təsnifat mərhələsində "Zalsburq" komandası ilə ilk oyunun 57-ci dəqiqəsində komanda yoldaşı Leroy Corcu əvəz edərək "Qarabağ"ın heyətində bu turnirdə debüt edib.[48] Bu oyun onun Avrokuboklarda keçirdiyi 50-ci oyun idi.[49] Bir həftə sonra 6 avqust 2014-cü il tarixində "Zalsburq" komandası ilə cavab qarşılaşmasını Rəşad əvəzolunmadan keçirib, "Qarabağ" bu mərhələdə mübarizəni dayandırıb və UEFA Avropa Liqasının pley-off mərhələsində oynamaq hüququ əldə edib.[50] Rəşad pley-off mərhələsində "Tvente" ilə hər iki oyunda əsas heyətdə meydanda olub.[51] İki oyunun nəticəsinə görə "Qarabağ" tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.[52] Rəşad "Qarabağ"ın Avroliqanın qrup mərhələsindəki bütün oyunlarında əsas heyətdə meydana çıxıb.[53][54][55][56][57][58] "Qarabağ" qrupu üçüncü yerdə başa vuraraq mübarizəni dayandırıb. Rəşadın 19 dekabrda "Xəzər-Lənkəran" komandasına qarşı keçirdiyi oyun onun Azərbaycan çempionatları tarixindəki 250-ci oyunu olub.[59]
Rəşad komanda yoldaşı Qara Qarayevin qalib gəldiyi Futbol+ qəzetinin keçirdiyi ilin futbolçusu səsverməsində 124 səslə üçüncü olub.[60]
2015–2016-cı il mövsümündə də Rəşad "Qarabağ"ın heyətində həm Azərbaycan Premyer Liqası, həm də Azərbaycan Kuboku uğrunda görüşlərdə meydana çıxdı. Rəşad "Qarabağ"la birlikdə ilk dəfə eyni ildə həm kubokun, həm də liqanın qalibi oldu. Bu, Rəşadın karyerasında ikinci belə uğuru idi. "Qarabağ"ın heyətində UEFA Çempionlar Liqasında həm "Rudar"[61][62], həm də "Seltik"lə[63][64] oyunlarda 90 dəqiqə meydanda olub. Mübarizəni Avropa Liqasında davam etdirən "Qarabağ"ın bu mərhələdəki rəqibi "Yanq Boyz"la oyunlarda da Rəşad görüşləri əvəzedilmədən keçirib. "Qarabağ" ardıcıl ikinci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.[65][66] Rəşad qrup mərhələsindəki bütün oyunlarda əsas heyətdə meydana çıxıb və əvəz olunmayıb.[67] O, həmin mövsüm Azərbaycan Premyer Liqasının çempion titulunu 5-ci dəfə qazanıb.[68]
Mənbələr:[69][70][71]
Son yeniləmə: 21 dekabr 2015
Klub | Çempionat | Mövsüm | Liqa | Kubok | Avropa | Cəmi | ||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | |||
Turan Tovuz | Azərbaycan Çempionatı | 2000–01 | ? | ? | ? | ? | 0 | 0 | 26 | 4 |
Cəmi | ? | ? | ? | ? | 0 | 0 | 26 | 4 | ||
Neftçi Bakı | Azərbaycan Çempionatı | 2001–02 | ? | ? | ? | ? | 0 | 0 | 23 | 1 |
Cəmi | ? | ? | ? | ? | 0 | 0 | 23 | 1 | ||
Fulad Xuzistan | İran Çempionatı | 2002–03 | ? | ? | ? | ? | 0 | 0 | 20 | 0 |
Cəmi | ? | ? | ? | ? | 0 | 0 | 20 | 0 | ||
Neftçi Bakı | Azərbaycan Çempionatı | 2003–04 | ? | ? | ? | ? | ? | ? | 10 | 0 |
2004–05 | ? | ? | ? | ? | ? | ? | 21 | 1 | ||
2005–06 | ? | ? | ? | ? | 4 | 0 | 13 | 0 | ||
Cəmi | ? | ? | ? | ? | ? | ? | 44 | 1 | ||
Kayserispor | Türkiyə Çempionatı | 2005–06 | 9 | 0 | 1 | 0 | 0 | 0 | 10 | 0 |
2006–07 | 1 | 0 | 0 | 0 | 5 | 0 | 6 | 0 | ||
Cəmi | 10 | 0 | 1 | 0 | 0 | 0 | 16 | 0 | ||
Neftçi Bakı | Azərbaycan Çempionatı | 2006–07 | ? | ? | ? | ? | 0 | 0 | 12 | 2 |
2007–08 | ? | ? | ? | ? | 0 | 0 | 19 | 5 | ||
Cəmi | ? | ? | ? | ? | 0 | 0 | 31 | 7 | ||
Kocaelispor | Türkiyə Çempionatı | 2008–09 | 16 | 0 | 0 | 0 | 0 | 0 | 16 | 0 |
Cəmi | 16 | 0 | 0 | 0 | 0 | 0 | 16 | 0 | ||
Qarabağ | Azərbaycan Çempionatı | 2009–10 | 23 | 1 | 2 | 1 | 4 | 2 | 29 | 4 |
2010–11 | 2 | 0 | 0 | 0 | 0 | 0 | 2 | 0 | ||
Cəmi | 25 | 1 | 2 | 1 | 4 | 2 | 31 | 4 | ||
Əskişəhərspor | Türkiyə Çempionatı | 2010–11 | 5 | 0 | 0 | 0 | 0 | 0 | 5 | 0 |
Cəmi | 5 | 0 | 0 | 0 | 0 | 0 | 5 | 0 | ||
Qarabağ | Azərbaycan Çempionatı | 2010–11 | 12 | 0 | 0 | 0 | 8 | 1 | 20 | 1 |
2011–12 | 27 | 2 | 4 | 0 | 6 | 0 | 37 | 2 | ||
2012–13 | 27 | 3 | 5 | 0 | 0 | 0 | 32 | 3 | ||
2013–14 | 25 | 0 | 1 | 0 | 8 | 0 | 34 | 0 | ||
2014–15 | 22 | 0 | 5 | 0 | 10 | 0 | 37 | 0 | ||
2015–16 | 6 | 0 | 0 | 0 | 12 | 0 | 18 | 0 | ||
Cəmi | 119 | 5 | 15 | 0 | 44 | 1 | 183 | 6 | ||
Cəmi | Azərbaycan | ? | ? | ? | ? | 67 | 5 | 311 | 22 | |
İran | ? | ? | ? | ? | 0 | 0 | 20 | 0 | ||
Türkiyə | ? | ? | ? | ? | 5 | 0 | 37 | 0 | ||
Karyera cəmi | ? | ? | ? | ? | 71 | 5 | 418 | 22 |
2001-ci ildən milli komandaya dəvət olunur. İlk oyununu 6 oktyabr 2001-ci ildə FİFA Dünya Kuboku 2002-nin seçmə oyunları çərçivəsində İsveç yığmasına qarşı keçirmişdir. Yığmada ilk qolunu 28 mart 2004-cü ildə yoldaşlıq görüşündə Qazaxıstan milli futbol komandasına vurmuşdur.
Rəşad Sadıqov milli komandanın heyətində UEFA Avropa Kuboku 2004-ün seçmə mərhələsində 7 oyun keçirib.
4 sentyabr 2004-cü ildə FİFA Dünya Kuboku 2006-nın seçmə mərhələ oyunlarında Uelslə qarşılaşmada 55-ci dəqiqədə cərimə zərbəsindən qol vuraraq hesabı 1–1 edib, komandasını məğlubiyyətdən xilas edib.[72] 9 oktyabr 2004-cü ildə Şimali İrlandiya ilə seçmə mərhələ oyununda millinin heyətində ilk dəfə kapitan kimi meydana çıxıb.[73] Bu seçmə mərhələdə Rəşad 9 oyunda millinin heyətində meydana çıxıb.
12 aprel 2006-cı ildə Türkiyə yığması ilə Bakıda keçirilən yoldaşlıq görüşündə 65-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən qol vuraraq hesabı açıb, oyun 1–1 hesabı ilə başa çatıb.[74] 2006-cı il avqustun 15-də səfərdə Ukraynaya qarşı yoldaşlıq görüşündən (0:6) sonra Şahin Diniyev Sadıqova heç nə demədən komandadan uzaqlaşdırıb və nəticədə müdafiəçi 1 il 3 ay yığmadan kənarda qalıb.[75] 2007-ci ildə Şahin Diniyevin yığmadan göndərilməsindən sonra baş məşqçi funksiyasını yerinə yetirən Coko Haciyevski Rəşad Sadıqovu yenidən milli komandaya çağırıb.[76] Avro 2008-in seçmə mərhələsinin son iki oyununda millinin heyətində meydana çıxıb.
15 oktyabr 2008-ci ildə Azərbaycan milli komandasının Bəhreynlə yoldaşlıq qarşılaşması Rəşad Sadıqovun millidə yubiley — 50-ci oyununu olub.[77] 2 iyun 2009-cu ildə Türkiyə ilə yoldaşlıq görüşündə Rəşad 52-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydançanı tərk edib.[78]
2010-cu il dünya çempionatının seçmə mərhələsində millinin heyətində 6 oyuna çıxıb. 28 mart 2009-cu ildə Lujniki stadionunda Rusiya komandası ilə görüşdə 70.000 tamaşaçı qarşısında oynayıb.[79]
29 may 2010-cu ildə Makedoniya ilə yoldaşlıq görüşündə 66-cı dəqiqədə topu öz komandasının qapısından keçirib.[80] UEFA Avropa Kuboku 2012-nin seçmə mərhələsində Azərbaycan millisinin heyətində oyunlara çıxıb. 7 sentyabr 2010-cu ildə Almaniya ilə səfər oyununda 53-cü dəqiqədə avtoqola imza ataraq hesabı 4–0 edib. Oyun 6–1 hesabı ilə Azərbaycan yığmasının məğlubiyyəti ilə yekunlaşıb.[81] 7 oktyabr 2011-ci ildə Avstriya ilə oyunda 75-ci dəfə meydana çıxmaqla yığmada ən çox oyun keçirən oyunçu statusuna yiyələnib.[82] 12 oktyabr 2012-ci ildə Türkiyə komandası ilə Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda 38-ci dəqiqədə hesabı açıb və Azərbaycana qələbə qazandırıb.[83] Avro 2012-nin seçmə mərhələsində 10 oyunda meydana çıxıb.
FİFA Dünya Kuboku 2014-ün seçmə mərhələsində 8 oyunda millinin heyətində meydana çıxıb. Rəşad Avropa Çempionatı 2016-nın oyunlarında millinin heyətində çıxış edir. 13 oktyabr 2014-cü ildə Xorvatiyayla oyunun 61-ci dəqiqəsində Rəşad avtoqol vuraraq hesabı 6–0 edib.[84] Seçmə mərhələnin son ev oyunu Rəşad üçün əlamətdar olub. 10 oktyabr 2015-ci ildə Bakı Olimpiya Stadionunda keçirilən İtaliyaya qarşı ilk rəsmi futbol qarşılaşmasında Rəşad 100-cü dəfə millinin heyətində meydana çıxıb. Buna görə ona UEFA tərəfindən təsis olunan xüsusi mükafat verilib. Rəşad Azərbaycan yığmasında 100 oyun həddinə çatan ilk oyunçu olub.[85][86]
İndiyə qədər milli komandada 101 oyun keçirib və 4 qol vurub.
Son yeniləmə: 7 sentyabr 2015.[87][88]
Azərbaycan milli futbol komandası | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
İl | Yoldaşlıq | Dünya K. | Dünya K. s/m | Avropa K. | Avropa K. s/m | Başqa | Cəmi | |||||||
Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | |
2001 | 0 | 0 | 0 | 0 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 1 | 0 |
2002 | 8 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 3 | 0 | 0 | 0 | 11 | 0 |
2003 | 2 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 4 | 0 | 0 | 0 | 6 | 0 |
2004 | 6 | 1 | 0 | 0 | 4 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 10 | 2 |
2005 | 3 | 0 | 0 | 0 | 5 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 8 | 0 |
2006 | 3 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 3 | 1 |
2007 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 2 | 0 | 0 | 0 | 2 | 0 |
2008 | 7 | 0 | 0 | 0 | 3 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 10 | 0 |
2009 | 2 | 0 | 0 | 0 | 3 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 5 | 0 |
2010 | 6 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 3 | 1 | 0 | 0 | 9 | 1 |
2011 | 3 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 7 | 0 | 0 | 0 | 10 | 0 |
2012 | 4 | 0 | 0 | 0 | 2 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 6 | 0 |
2013 | 2 | 0 | 0 | 0 | 6 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 8 | 0 |
2014 | 3 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 4 | 0 | 0 | 0 | 7 | 0 |
2015 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 6 | 0 | 0 | 0 | 8 | 0 |
Cəmi | 50 | 2 | 0 | 0 | 22 | 1 | 0 | 0 | 29 | 1 | 0 | 0 | 101 | 4 |
# | Tarix | Yer | Rəqib | Hesab | Nəticə | Yarış |
---|---|---|---|---|---|---|
1. | 28 mart 2004 | Almatı Mərkəzi Stadionu, Almatı, Qazaxıstan | Qazaxıstan | 3-2 | 3–2 | Yoldaşlıq oyunu |
2. | 4 sentyabr 2004 | Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan | Uels | 1-1 | 1–1 | DÇ 2006 seçmə mərhələ |
3. | 12 mart 2006 | Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan | Türkiyə | 1-1 | 1–1 | Yoldaşlıq oyunu |
4. | 12 oktyabr 2010 | Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan | Türkiyə | 1-0 | 1–0 | Avro 2012 seçmə mərhələ |
Şahin Diniyevin Rəşad Sadıqovu 2006-cı ildə millidən uzaqlaşdırılması ilə bağlı müxtəlif iddialar var. Bəzi mənbələr iddia edir ki, Rəşad Sadıqov Şahin Diniyevi söydüyündən mütəxəssis belə bir addım atmağa məcbur olub. Başqa bir versiyada bildirilir ki, Rəşad millidə heyətin qurulmasında iştirak etmək istədiyindən mütəxəssis onu cəzalandırıb.[4] Rəşad Sadıqovun 2008-ci ildə Şahin Diniyev barəsində etdiyi açıqlamadan sitat:"Onun heç vaxt halallığını verməyəcəyəm. Gərək, Diniyev mənimlə söhbətləşib, hər şeyi dəqiqləşdirəydi"[89] 2013-cü ildə Azərbaycan Premyer Liqasının Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən "Qarabağ" – "Rəvan" oyunundan sonra "Qarabağ"ın kapitanı Rəşad Sadıqovla "Rəvan"ın baş məşqçisi Şahin Diniyev matçdan sonra görüşüblər.[90]
27 sentyabr 2015-ci ildə Azərbaycan Premyer Liqasının beşinci turunda "Neftçi" ilə qarşılaşmanın fasiləsində Rəşad Sadıqovla "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin arasında münaqişə yaşandığı iddia olunub.[91]
|
|
2010-cu ildə Rəşad Sadıqovun şəkli Azərbaycan Premyer Liqasının təbliği ilə bağlı Unibankın hazırladığı bilbordlarda əks olunmuşdu.[99] 2013-cü ildə "Məktəbli uşaqlar arasında sağlam həyat tərzi mövzusunda komikslərinə/əyləncəli tədris vasitələrinin nəşri və yayılması" adlanan layihədə çərçivəsində komikslərdədə verilən mesajların daha təsirli olması üçün "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun şəkillərindən istifadə olunub, bu məqsədlə "Qarabağ" ilə saziş imzalanıb.[100]
Rəşad 2006-cı ildə Türkiyənin Kayserispor klubundan Bakının "Neftçi" komandasına qayıtmaq istəyirdi. Ancaq yay "transfer pəncərəsi"nin sonunda ona AFFA tərəfindən əngəl yaradıldı.[101] Nəticədə Sadıqov yerli NTD Servis Devon basketbol klubunda müdafiəçi kimi oynamağa başladı.[102] Bu klubda ilk oyununu Xəzər-BDU komandasına qarşı keçirib, bu oyunda komandası 105–53 hesabı ilə qələbə qazanıb. Rəşad bu oyunda 13 xal toplayıb.[103]