Codename: Sailor V (コードネームはセーラーV,Kōdo Nēmu wa Sērā Bui?) — Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Manqa seriyası sehirli güclərə malik olduğunu və Yeri qorumalı olduğunu öyrənən deyib-gülən məktəbli qız Minako Ayno haqqındadır. "Codename: Sailor V"Naoko Takeuçinin yazacağı "Seylor Mun" manqası üçün təməl rolunu oynamışdır.
Codename: Sailor V
Üzərində Seylor Vi və Artemisin təsvirləri olan üzlük.
コードネームはセーラーV (Kōdo Nēmu wa Sērā Bui) azərb. Kod adı: Seylor Vi
Minako Ayno 13 yaşlı orta məktəb şagirdi, əylənməyi sevən, gələcəkdə öz sevgisini tapmağı arzulayan qızdır. Bir gün Minako alnında ağ aypara işarəsi olan, danışa bilən Artemis adlı ağ pişiklə rastlaşır. Artemis ona başa salır ki, o, sehirli güclərə malikdir və bu güclərlə daha güclü və gözəl şəxsə çevrilə bilər.
Artemis onun Seylor Venera olduğunu və Yer planeti Venera planetinin adından qorumalı olduğunu deyir. Artemis ona kömək etmək üçün iki əşya verir: aypara formalı kompakt və sehirli qələm. Sehirli qələmin köməyi ilə Minako istədiyi zaman Ədalət döyüşçüsü Seylor Viyə çevrilə bilir.
Minako tezliklə Danburitin başçılıq etdiyi Qaranlıq Agentliyə qarşı mübarizə aparmağa başlayır. Danburitin vəzifəsi bacarıqlı müğənnilərdən istifadə edərək cəmiyyəti kölələşdirməkdir.
Minako Ayno Seylor Vi kimi bir çox macəralar yaşayır, polislərin heyranlığını və qısqanclığını qazanır. Minako Saycyo Acedən kömək almağa başlayır.
Sonda Minako missiyasının düşündüyündən daha vacib olduğunu və Seylor Venera kimi əsl şəxsiyyətini öyrənir. Bu andan etibarən Minako digər Seylor döyüşçülərinin və Ay şahzadəsinin axtarışına çıxır.
"Codename: Sailor V" ilk dəfə olaraq 3 avqust1991-ci ildə "RunRun" jurnalının yay tətili buraxılışında yomikiri kimi nəşr olunmuşdur.[1][2] Daha sonra manqa seriyasına çevrilmiş və bu jurnalda 3 iyul1997-ci ilə kimi nəşr olunmuşdur.[1]Kodansha manqanın 15 fəslini 3 tankobon cilddə toplamış və onları 18 dekabr1993-cü ildən 6 noyabr1997-ci ilə kimi çap etdirmişdir.[3][4]2004-cü ildə manqanın stili və dialoqları yenidən gözdən keçirilərək iki şinsoban cildində yenidən nəşr olunmuşdur.[5][6]2014-cü ildə ildə iki kanzenban cildi şəklində buraxılmışdır.[7][8]
Manqa əsasında OVA seriyalarının çəkilməsi planlaşdırılsa da, bu heç vaxt həyata keçirilməmiş, əvəzində "Seylor Mun"un anime adaptasiyası çəkilmişdir.[18]
I cild: "Seylor Vi doğulur!" (セーラーV誕生!,"Sērā Bi Tanjō!"?)
II cild: "Minako 'Tac Oyun Mərkəzində'" (美奈子in「ゲームセンタークラウン」,"Minako in 'Gēmu Sentā Kuraun'"?)
III cild: "Seylor Vi peyda olur! Channel 44 / Pandora hekayəsi" (セーラーV初登場--「チャンネル44」パンドラの野望編,"Sērā Bi Hatsu Tōjo! -- 'Chaneru 44' Pandora no Yabō Hen"?)
IV cild: "Balaca Pandora hekayəsi" (プチ・パンドラの野望編,"Pechi Pandora no Yabō Hen"?)
V cild: "Qaranlıq Agentlik hekayəsi" (ダーク・エージェンツーの院謀編,"Dāku Eejentsū no In Bō Hen"?)
VI cild: "Hesablaşma! Seylor Vi elektronik döyüşçü qız Luqaya qarşı" (対決!セーラーV vs. 電脳少女闘士ルゥガ,"Taiketsu! Sērā Bi vs. Dennō Shōjo Toshi Rūga"?)
I cild: "Seylor Vi doğulur!" (セーラーV誕生!,"Sērā Bi Tanjō!"?)
II cild: "Minako 'Tac Oyun Mərkəzində'" (美奈子in「ゲームセンタークラウン」,"Minako in 'Gēmu Sentā Kuraun'"?)
III cild: "Seylor Vi peyda olur! Channel 44 / Pandora hekayəsi" (セーラーV初登場--「チャンネル44」パンドラの野望編,"Sērā Bi Hatsu Toujō! -- 'Chaneru 44' Pandora no Yabō Hen"?)
IV cild: "Balaca Pandora hekayəsi" (プチ・パンドラの野望編,"Pechi Pandora no Yabō Hen"?)
V cild: "Qaranlıq Agentlik hekayəsi" (ダーク・エージェンツーの院謀編,"Dāku Eejentsū no In Bō Hen"?)
VI cild: "Hesablaşma! Seylor Vi elektronik döyüşçü qız Luqaya qarşı" (対決!セーラーV vs. 電脳少女闘士ルゥガ,"Taiketsu! Sērā Bi vs. Dennō Shōjo Toshi Rūga"?)
VII cild: "Seylor Vinin tətili / Havay hekayəsi!" (セーラーVバカンス編--ハワイヘの野望!,"Sērā Bi Bakansu Hen -- Hawai e no Yabō!"?)
VIII cild: "Üç zolaqlı yolda sevgi" (並木道の恋--ターボ全開バリバリ!編,"Namiki Michi no Koi -- Tābo Zenkai BariBari! Hen"?)
11 sentyabr2011-ci ildən 17 sentyabr2011-ci ilə kimi "Codename: Sailor V""New York Times" qəzetinin "ən yaxşı satan manqalar" siyahısında "Seylor Mun"un birinci cildindən sonra ikinci yerdə dayanırdı.[22][23] Növbəti həftədə də manqa "Seylor Mun"un birinci cildindən sonra gəlirdi.[24][25] Bir həftə sonra 3-cü yerə düşmüşdür.[26][27]9 oktyabrdan15 oktyabra qədər 8-ci yerdə, növbəti həftə 9-cu yerdə qərarlaşırdı.[28][29][30][31]6-12 noyabr2011-ci ildə manqanın birinci cildi ilk dəfə "Seylor Mun"dan yuxarıda — 2-ci yerdə idi.[32][33] Bir həftə sonra "Codename: Sailor V" manqasının 2-ci cildi 2-ci yerə yüksəlmiş, 1-ci cild siyahıya düşməmişdir.[34][35]20-26 noyabrda ikinci cild 3-cü yerə düşmüşdür.[36][37]BookScan-ın 2011-ci ilin noyabrının top-20 qrafik romanı siyahısında ikinci cild 3-cü, birinci cild 13-cü yerdə idi.[38]
MTV Geek-in əməkdaşı Briqid Elverson "Codename: Sailor V" manqasının "Seylor Mun"un ilkin qaralama forması təəssürratı bağışladığını demişdir.[39]Comics Worth Reading-dən Ed Sayzmora görə "Codename: Sailor V" manqasında personajlar "Seylor Mun"dakına nisbətən zəif işlənilmişdir, lakin bu qüsur deyil.[40]Manga Bookshelf-dən Şon Qiffni Usaqidən fərqli olaraq Minakonun tək döyüşdüyünü və manqanın tonunun "döyüş-komediya" olduğunu qeyd etmişdir.[41]Anime News Network-un əməkdaşı Rebekka Silvermana görə manqanın böyük hissəsi epizodikdir, amma Minakonun şəxsiyyətinə verilən uzaqgörənliyə və manqanın "Seylor Mun" üçün bünövrə rolunu oynamasına görə oxumağa dəyərlidir.[42]Manga Critic-in yazıçısı Ketrin Deysiyə görə yetkin şəxs manqada "darıxdırıcılıq, hokkey, yaxşı çəkilməmiş rəsmlər", uşaqlar isə "pis insanları məğlub etmək üçün adi qızın yeni, güclü şəxsiyyəti qəbul etməsindən bəhs edən cazibədar fentezi" görə bilərlər. Deysi "Codename: Sailor V" manqasının gücünü Minakonun qızğın şəxsiyyətində görür.[43]
↑ 12Takeuchi, Naoko. Pretty Guardian Sailor Moon ~Ten Years of Love and Miracles~ // Pretty Guardian Sailor Moon: Short Stories. 2. New York: Kodansha Comics USA. 2013. 196–200. ISBN978-1-612-62010-7.