Con Qardner

Con Çamplin Qardner (21 iyul 1933, Nataviya (Nyu-York) — 14 sentyabr 1982, Pensilvaniya) — ABŞ yazıçısı.

Con Qardner
Doğum tarixi 21 iyul 1933(1933-07-21)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 14 sentyabr 1982(1982-09-14)[1][2][…] (49 yaşında)
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Dəfn yeri
Təhsili
Fəaliyyəti yazıçı, tərcüməçi, romançı, esseist, yazıçı-dokumentalist[d], ədəbiyyat tənqidçisi, uşaq ədəbiyyatı yazıçısı, jurnalist, bioqraf
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Çamplin Qardner (John Champlin Gardner, 1933–1982) XX əsr Amerika ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Yazıçı romanlarında insan problemi, onun mövcudluğu, mahiyyəti kimi problemlər qoyur. Məhz bu problemlərin qoyuluşu Qardnerin romanlarının müasir dünya ədəbi prosesinə qoşulmasına imkan verir. Yazıçının bədii metodu özündə realist, postmodernist, həmçinin ekzistensialist ənənələri birləşdirir.

Qardner yazıçı və tənqidçi kimi XX əsrin II yarısındakı Amerika ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Onun "Dirilmə"("The Resurrection") adlanan ilk romanı 1966-cı ildə nəşr olunmuş və artıq 10 il sonra Qardner ölkəsinin aparıcı nasirlərindən birinə çevrilmişdi. Qısa yaradıcılıq həyatına malik olmasına baxmayaraq (50 yaşına çatmamış Qardner motosikl qəzasında həlak olmuşdu), o, dünya ədəbiyyatına romanlar, hekayələr, operalara yazılmış librettolar, radiopyeslər və s. müəllifi kimi daxil olmuşdur. Qardner gözəl rəsmlər çəkən, ədəbiyyat tarixini və pedaqogikanı dərindən bilən çox istedadlı bir insan idi.

1955-ci ildə Vaşinqton universitetini "sənət üzrə bakalavr" dərəcəsi ilə bitirən Qardner, bir il sonra "sənət üzrə magistr" dərəcəsinə yiyələnir və nəhayət, 1958-ci ildə Ayova ştatında yerləşən universitetdə "fəlsəfə doktoru" elmi dərəcəsi adına layiq görülür.

Qardner ilk növbədə filoloq, pedaqoq və tərcüməçi (qədim ingilis dilindən) kimi məşhurdur. Artıq ilk işlərindən biz yazıçının mediivistikaya maraq göstərməsinin şahidi oluruq. Buna parlaq nümunə kimi yazıçının orta əsr ingilis misteriyalarından olan Veykfild Kitabları Silsiləsini (The Construction of the Wakefield Cycle, 1974), qədim ingilis xristian poeziyası nümunələrini (The Construction of Christian poetry in old English, 1975), "Çoserin poeziyası" (The Poetry of Chaucer, 1977) adlı monoqrafiyasını, orta əsr nəzm əsərlərindən müasir ingilis dilinə etdiyi tərcümələri (əsasən, "Arturun ölümü" poeması (The Alliterative Morte Arthure and Other Middle English Poems, 1971) və XIV əsrə aid anonim əsərlər, müəllifin adına yazılan "Ser Qaveyn və yaşıl cəngavər" poeması) qeyd etmək lazımdır.

Qardnerin adını uzun müddət Amerikanın bir çox universitetlərində haqqında seminarlar aparmış "Beovulf" eposu ilə əlaqələndirirlər.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 John Gardner // Encyclopædia Britannica (ing.).