Dövlət Gəray (krımtat. Devlet Geray)(v. 13 noyabr 1631) — Krım nurəddini Şaqay Mübarək Gərayın oğlu, Krım kalqayı.[1][2]
Dövlət Gəray | |
---|---|
1610 – 1623 | |
Əvvəlki | Canıbəy Gəray |
Sonrakı | Şahin Gəray |
21 iyun 1628 – 13 noyabr 1631 | |
Əvvəlki | Şahin Gəray |
Sonrakı | Əzəmət Gəray |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 13 noyabr 1631 |
Atası | Şaqay Mübarək Gəray (nurəddin) |
Anası | Durbikə Xatun |
Ailəsi | Gəraylar |
Hərbi xidmət | |
Döyüşlər |
Doğum tarixi bilinmir. Atası Krım xanı I Dövlət Gərayın oğlu nurəddin Şaqay Mübarək Gəray, anası isə çərkəz bəylərindən birinin qızı Durbikə Xatundur. Əmisi II Qazi Gərayın hakimiyyətə gəlişinin ardından atası bütün ailəsiylə birlikdə Şimali Qafqaza qaçdı və burada vəfat etdi. Atasının vəfatının ardından qardaşı Canıbəy Gərayla birlikdə əmiləri Fateh Gəray və Səlamət Gərayın himayəsində böyüdüldü. 1609-cu ildə kalqay Mehmed Gəray və nurəddin olan qardaşı Şahin Gəray (II Səadət Gərayın oğlanları) ayaqlandılar və bu səbəblə vəzifədən alındılar. Onların yerinə qardaşı Canıbəy Gəray kalqay, Dövlət Gəray isə nurəddin təyin edildilər. Bu vəzifədə ikən Moskva knyazlığı üzərinə tərtiblənən səfərlərdə iştirak etdilər.
1610-cu ildə əmisi Səlamət Gərayın vəfatıyla qardaşı Canıbəy taxta çıxdı. Kiçik qardaşı Dövlət Gərayı kalqay, mərhum əmisinin oğlu Əzəmət Gərayı isə nurəddin təyin etdi. 1617-ci ilin avqustunda Osmanlı sultanı I Əhmədin əmriylə qardaşı Canıbəy Gəray 10 min nəfərlik ordusuyla davam edən Osmanlı-Səfəvi müharibəsinə qatıldı. O əsnada qardaşı kalqay Dövlət Gəray Bağçasarayda qalaraq xanlığı mühafizəsiylə vəzifələndirildi. Bu əsnada əmrindəki kiçik tatar birlikləriylə Lehistan üzərinə basqınlar tərtibləyən Dövlət Gəray Bila Tserkva yaxınlığını darmadağın etdi. 1618, 1620, 1621-ci ildə tərtiblənən səfərlərdə iştirak edən Krım tatarları sonuncu səfərdə baş tutan Hotin döyüşündə məğlub oldular.
Ancaq 1623-cü ildə Osmanlı sultanı II Osmanın taxtdan endirilməsi və I Mustafanın yenidən hakimiyyətə gəlməsinin ardından qardaşı Canıbəy Gəray taxtdan endirildi və yerinə üsyankar III Mehmed Gəray xan elan edildi. Beləcə, kalqay ünvanı əlindən alınan Dövlət Gəray qardaşıyla birlikdə Ədirnəyə qaçdılar. Ancaq III Mehmed Gərayın Osmanlı əleyhdarlığı və Krımda tayfalararası mübarizəni qızışdırması nəticəsində Canıbəy Gəray 21 iyun 1628-ci ildə yenidən xan, qardaşı Dövlət Gəray isə kalqay təyin edildi. İkinci kalqaylıq dövründə kazakların dəstəyiylə xanlığa hücum edən Mehmed Gərayla mübarizə apardı. Ardından 1629-cu ilin payızında Lehistan üzərinə hücuma keçən Dövlət Gəray burada ağır məğlubiyyətə uğradı. Ordusunun böyük qismi həlak oldu və əsir alındı.
Çox keçmədən Dövlət Gəray 13 noyabr 1631-ci ildə geridə varis qoymadan vəfat etdi. Yerinə isə illərdir nurəddin olan əmisi oğlu Əzəmət Gəray kalqay təyin edildi.