Dasit[1] – narın dələnli, turş tərkibli riolit və orta tərkibli andezitin arasında keçid tipli maqmatik süxur.[2] Adı qədim Roma Dakiyasından (Dacia) götürülüb.[3]
Növləri: pürüzlərin tərkibinə görə: avgitli, biotitli, hiperstenli, hornblendli, tridimitli, enstatitli; teksturuna görə: porfir, afir; quruluşuna görə: hioladasit; yaşına görə: neodasit, paleodasit; yaatma şəraitinə görə: intruziv, effuziv; dəyişilməsinə görə: kaynotip, paleotip.
Dasit lava axınlarında, lava gümbəzlərində, daykalarda, sillərdə və piroklastik tullanıtlarda rast gəlinir. O adətən subduksiya zonasından yuxarıda qitə plitəsinin üstündə, nisbətən cavan okean plitəsinin əridiyi yerdə tapılır.[2]
Riolit və andezit arasında mövqe tutduğuna görə dasitin andezitə nisbətən daha çox kvarsı, riolitə nisbətən isə daha çox plagioklazı olur.Afir quruşlu, açıq boz, yaşılımtıl boz vulkanik süxurdur. Plagioklaz feldşpatlar tez-tez oliqoklaz, andezin və labradoritlər olur.[3] Dasit qranodioritin narın dənəli effuziv ekvivalenti (analoqu) hesab olunur.[4]
Plagioklaz bir çox dasitdə ən bol mineralır. Dasitin tərkibindən bundan başqa kvars, biotit, hornblend, avgit və enstatit də rast gəlinir. Daha çox plagioklaz və kvarsdan ibarət olan dasit adətən açıq rəngli, tez-tez ağdan açıq boza qədər rənglərdə olur. Hornblend və biotitlə zəngin dasit açıq bozdan açıq qəhvəyiyə qədər rənglərdə ola bilər. Tutqun rəngli dasitlər adətən avgit və enstatidən ibarət olur.[2]
Dasit maqması subduksiya zonasında nisbətən cavan okean plitəsinin qitə plitəsinin altına gömüldüyü yerdə inkişaf edir. Okean plitəsi mantiyanın içinə daxil olanda sərbəst suyun təsirindən hissəli əriməyə məzur qalaraq ətraf süxurları da əridir.[3]
Qədimdə insanlar onu kəsici alət kimi istifadə edirdi.[2]
dasit