Ser Devid Frederik Attenboro (ing. Sir David Frederick Attenborough; 8 may 1926[2][3][…]) — ingilis teleaparıcı və təbiətşünas. 1960-lar və 1970-lər arasında BBC baş menecerlərdən biri olmuş.
Ser Devid Attenboro | |
---|---|
ing. Sir David Attenborough | |
| |
Doğum tarixi | |
Doğum yeri |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }},İngiltərə, Middlseks, İslevors |
Vətəndaşlığı |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Həyat yoldaşı | Ceyn Elizabet Ebsuort Oriel |
Uşaqları |
Robert Attenboro Syuzan Attenboro |
Atası | Frederik Attenboro |
Təhsili |
Kembric Universiteti (təbiət elmləri) London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (sosial antropologiya) |
Fəaliyyəti |
təbiətşünas teleaparıcı rejissor ssenari müəllifi yazıçı |
Fəaliyyət illəri | 1952-günümüz |
Üzvlüyü |
|
web.archive.org/web/2020… | |
Vikianbarda əlaqəli mediafayllar |
Aktyor və rejissor Riçard Attenboronun qardaşıdır.[4]
Devid Attenboro 1926-cı ilin mayın 8-də Midlseks qraflığının İslevors şəhərində anadan olub.[5][6] O, atası Frederik direktoru olan Lester Universitetinin kampusunda yerləşən Kolec Hausunda böyüyüb.[7] Onun böyük qardaşı Riçard aktoyor, rejissor və iş adamı idi. Kiçik qardaşı Con isə Alfa Romeo şirkətinə işləyirdi.[8] Bundan əlavə, İkinci Dünya Müharibəsi zamanı onun valideynləri könüllü şəkildə Qaçqın Uşaqlar Hərəkətinə qoşularaq, Almaniyadan iki yəhudi qıza qəyyumluq edirdilər.[9]
Uşaqlığında Attenboro qalıqları, daşları və təbii nümunələri yığırdı.[10] Bu kolleksiyanı cavan Caketta Houks tərifləyəndə, o bundan heyranlanmışdı.[11] O vaxtını universitetin ərazilərində keçirirdi. Yaşı 11 olanda, Devid eşidib ki, zoologiya şöhbəsinə tritonlar lazımdır və atası vasitəsi ilə bir tritonu üç pens qiymətinə təchiz etməyə təklif etmişdi. O, o zaman tritonların mənbəsinin şöhbəsinin lap yanında yerləşdiyi gölməçə olduğunu açıqlamamışdı.[12]
Attenboro 1952-ci ildə BBC-də səhnələşdirilməmiş proqramlarının müzakirə olunduğu "Talks" şöbəsində işə başladı. Attenboro ilə təbiət arasındakı məşhur əlaqə, London Zooparkında tanınmış təbiətşünas Julian Haksli ilə birgə çəkilən üç saatlıq "The Pattern of Animals" şousu ilə başladı (Attenboro şounun aparıcısı idi). Proqramda təbiətin kamuflyaj, aposematizm və cütləşmə rituallarından istifadəsi öyrənilirdi.
1954-cü ilin sentyabrında Attenboro, "Vəhşi Heyvanlarla Macəralar" serialına material çəkmək üçün Syerra-Leoneyə gedir. Proqramlar izləyicilərdə böyük maraq doğurdu və bir il sonra, 1955-ci ilin martında Attenboro komandası ilə yeni materiallar çəkmək üçün Cənubi Amerikaya yollandılar. 1956-cı ildə Komodo adasına, məşhur Komod varanlarının çəkilişi üçün növbəti ekspedisiya həyata keçirildi[13]. Sonra Avstraliya və Madaqaskara səyahətlər oldu[14]. Çəkilişlərlə yanaşı, bu ekspedisiyaların London zooparkı üçün ekzotik heyvanlar tutmaq kimi sırf elmi məqsədləri var idi.
1965–1969-cu illərdə Attenboro "BBC Two" İngilis televiziya kanalında nəzarətçi vəzifəsində çalışıb. 1967-ci ildə "BBC Two" İngiltərənin ilk rəngli televiziya kanalı oldu. 1969–1972-ci illərdə proqram direktoru vəzifəsini icra etmişdir ("BBC One" və "BBC Two" kanalları üçün məsuliyyət daşıyırdı).
1970-ci illərin sonlarında Devid Attenboro üç teleserial çəkməyə qərar verdi. O, lap əvvəldən "Üç E" layihəsi çərçivəsində elə üç serial çəkmək istədi: (Evolution) Təkamül, (Ecology) Ekologiya, (Ethology) Etologiya.
Attenboronun bu üç serialı izləyicini biologiyanın bütün əsas sualları ilə tanış etdi.
Onun bu gün "Həyat …" filminin seriyası olaraq tanınmış sonrakı seriyalları — ilk üç seriyada işıqlandırılmış mövzuları inkişaf etdirdi:
Bu, Devid Attenboronun yüksək dəqiqlikli televiziya standartında çəkilən ilk serialıdır.
"Həyat …" serialı çərçivəsində ümumilikdə 89 bölüm (seriya) yayımlanıb.
Bütün sadalanan seriyaların xüsusiyyəti ondan ibarətdir ki, Devid Attenboronun yalnız şəkili şərh etmir, eyni zamanda bir çox süjetdə kadrda fəal iştirak edir ki, bu da bu seriyaya xüsusi etibarlılıq verir.
1985-ci ildə cəngavər oldu. London Kral Cəmiyyətinin üzvüdür (Əsasnamə 12; 1983)[15]. Amerika İncəsənət və Elmlər Akademiyasının üzvüdür (1991). Moskva Təbiətçilər Cəmiyyətinin (2017)[16] və Britaniya Ekoloji Cəmiyyətinin fəxri üzvüdür.
Aberdin Universiteti (2008)[17] və Sent-Endryus Universitetinin (2011) fəxri doktoru[18].
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |