Eduard Bulver-Litton (ing. Edward Bulwer-Lytton; 25 may 1803[1][2][…], London[1][3] – 18 yanvar 1873[1][2][…], Torki, Devon qraflığı[3][1]) — İngiltərə yazıçısı, siyasi xadimi.[4]
Eduard Bulver-Litton | |
---|---|
ing. Edward Bulwer-Lytton, 1. Baron Lytton | |
Doğum adı | Edward George Earle Lytton Bulwer-Lytton |
Təxəllüsü | Owen Meredith, Pisistratus Caxton |
Doğum tarixi | 25 may 1803[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 18 yanvar 1873[1][2][…] (69 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | dramaturq, yazıçı, siyasətçi, romançı, şair, ədəbiyyat tənqidçisi, fantastika yazıçısı[d], nasir |
Əsərlərinin dili | ingilis dili |
Janrlar | tarixi roman[d], qorxu ədəbiyyatı |
Tanınmış əsərləri | |
Üzvlüyü | |
Eduard Bulver-Litton Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Kembricdə Triniti-kollecdə oxumuşdur. 1831–41-ci illərdə viqlər və 1852-ci ildən Torilər partiyasından parlamentin üzvü; İngiltərə lordu, per (1866) olmuşdur. 1820-ci ildən Corc Bayronun təsiri ilə şeir yazmağa başlamışdır.[4]
"Folklend" adlı ilk romanı 1827-ci ildə çap edilmişdir. "Pelem, yaxud Centlmenin sərgüzəştləri" (1828) macəra-satirik romanı ilə şöhrət qazanmışdır. 30-a yaxın roman yazmışdır. "Yucin Eram" (1832) romanı və "Pompeyin son günləri" (1834), "Riensi, yaxud Sonuncu Roma tribunu" (1835), "Harold, yaxud Saksların sonuncu kralı" (1848) tarixi romanları daha məşhurdur. Elmi rasionalizmi (o cümlədən Çalz Darvinin nəzəriyyəsini) inkar etmiş, təxəyyülün gücünə və okkultizm təcrübəsinə inanmışdır ("Zanoni", 1842, "Qəribə əhvalat", 1862 romanları). Bulver-Litton detektiv janrının ("Pol Klifford", 1830), həmçinin roman-antiutopiyanın ("Gələcək irq", 1870) əsasını qoyanlardan biri olmuşdur. "Rişelye, yaxud Sui-qəsd" (1839), "Pul" (1840) və s. tarixi pyes və melodramların müəllifidir. Bulver-Littonun yaradıcılığının Çarlz Dikkens, U. Kollinz, E.Po, N. Qotorn və F.M. Dostoyevskiyə təsiri olmuşdur.[4]