Ekoloji tədqiqat metodları

Ekoloji tədqiqat metodları

[redaktə | mənbəni redaktə et]
  • Rastlaşma (qarşılaşma) metodubiosenozda növ fərdlərinin tapılması (rast gəlinməsi) tezliyinin təyin olunması. Çoxlu miqdarda təsadüfi təcrübə sahələrində növlərin hesaba alınması.
  • Dama (kletka) metodu — mal-qara otarılan otlaqlarda məhsuldarlığın təyini. Bu, bir-birinə ağac və ya metalla bərkidilmiş və üzərində torlar çəkilmiş çərçivələrlə müvəqqəti və ya daimi kiçik sahələrin çəpərlənməsi ilə yerinə yetirilir. Məhsuldarlığın (ot) hesablanması həm otlaqda, həm də damalarda (kletkalarda) aparılır.
  • Klinsekt metodu — yerüstü fiotkütlənin quruluşu, kütləsi və həmçinin, yarpaqlarının səthinin, ən çox rast gəlinən populyasiyaların sayının, növlərinin rastlaşma dərəcəsinin xüsusi çərçivənin (Bıkov, 1970) köməyi ilə maili (45) səthdə (Klinsektdə) ölçmə, kəsişmə yolu ilə öyrənilməsi.
  • Tipik sahə ("açar", test sahəsi) seçmə metodu — hər hansı bir ərazidə xüsusi seçilmiş tipik (açar) sahədə bitki örtüyünün xüsusiyyətlərinin tədqiq olunması, adətən, belə sahələr xəritələşdirilir.
  • Xətti kəsişmə metodu — dartılmış ip və ya məftil boyu düz xətt üzrə müntəzəm (ardıcıl) ölçmə işi apararaq bitkilərin və onların proyektiv örtmə dərəcəsinin təyini.
  • Nişanlanmış atomlar metoduekologiyadageobotanikada qruplaşmaların quruluşunun tədqiqi üçün istifadə olunur: kök sisteminin yerləşməsi, ayrı-ayrı klonların yerləşməsi, alaqlarla mübarizədə fıtofaqlarm axtarılması, fitokütlənin hesablanması və s. tədqiqatlarda bu metoddan istifadə edilir.
  • Vegetasiya qabları metodu — ciddi nəzarət altında torpaqsu şəraitində (borulu metal və ya şüşə qablarda) bitkinin yetişdirilməsi.
  • Geobotaniki stasionar tədqiqat metodları- eyni nöqtələrdə bitki örtüyünün eyni əlamətlərinin hesablanması dəfələrlə təkrar olunma yolu ilə aparılır. Stasionar tədqiqatlar vaxtına görə müxtəlif ola bilər (bir neçə gündən 10 illərə qədər). Bu tədqiqatlar bitkilər üzərində vizual müşahidələr aparmaqla və ya bir sıra mürəkkəb cihazlarla yerinə yetirilir.
  • Goebotaniki marşrut tədqiqat metodu- marşrut yolu ilə tədqiqat bir dəfə yerinə yetirilir. Marşrut tədqiqatlar müxtəlif miqyasda (kiçik sahəni və geniş əyaləti əhatə edə bilər) və müxtəlif dəqiqliklə aparıla bilər. Bu zaman tədqiqat bitki qruplaşmasında növün roluna vizual qiymət vermək yolu ilə və ya dəqiq metodlarla aparılır. Marşrut tədqiqatı vaxtı xüsusi cihazlarla mühit şəraitini və bitkinin vəziyyətinin ekoloji-fizioloji parametrlərini bir dəfə və ya qısa müddət ərzində ölçülməsi işi də aparıla bilər. Marşrut tədqiqatları nəticəsində bitki örtüyünün təsnifatı, geobotaniki indiqasiya, geobotaniki xəritələşdirmə, fitosenozların quruluşunun təsviri və s. haqqında məlumatlar toplana bilər.
  • Geobotaniki eksperimental tədqiqat metodları- müşahidə apanlan bitki örtüyü və mühitə aktiv təsir göstərmək yolu ilə yerinə yetirilir. Eksperimental tədqiqatlar sırasında gübrələrin və digər mühit amillərinin bitki örtüyünə təsirini öyrənmək, süni fitosenozlar yaratmaq, təbii bitki qruplaşmasına yeni komponentlər daxil etmək (və ya kənar etmək), rəqabəti zəiflətmək məqsədilə ağacların köklərini kəsmək və s. daxildir. Eksperimental metodlara həmçinin metodiki eksperimental və fitosenotik sistemlərin modelləşdirməsini də aid etmək olar.
  • Model metodu (ekologiyada)- populyasiya, biogeosenoz, biosenozun seçilmiş tipik nümunələrində öyrənilməsi. Model olaraq ayrıca fərd (model ağacı), populyasiya, onun qrupu, biosenoz və ya onun ayrıca (model) sahəsi, bütünlüklə biogeosenoz (ekosistem) götürülə bilər. Bioloji modelləri laboratoriyada süni yetişdirilən canlı orqanizmlərlə də yaratmaq olar. Bir çox hadisələr riyazi modellərlə, yəni təbiətdə tapılan proseslər və qanunauyğunluqlar düsturlar sisteminin köməyi ilə də tədqiq edilir.
  • Ovlama metodu — müxtəlif tələlərlə ovlama yolu ilə heyvanların sayım müəyyənləşdirmək. Bəzən ovlama bir neçə müddətdə aparıldıqdan sonra heyvanların sayı müəyyənləşdirilir.
  • Plansekt metodubitki örtüyünün yerüstü və yeraltı yaruslarınm və biohorizontlarm qatlarının quruluşu, onların sıxlığı və biokütləsinin öyrənilməsi horizontal (havatorpaq) həcmə görə — plansektlərlə yerinə yetirilir. Proyeksiyaların cəminə əsasən ümumi (yerüstü və yeraltı) örtmə dərəcəsi (sıxlıq) təyin olunur. Bu metod əlverişli və əyani olub yaxşı müqayisəli nəticələr verir.
  • Ardıcıllıq (sıralar) metodu — rastlaşma (qarşılaşma) metodunun təkmilləşdirilmişi olub onun köməyi ilə növün dominantlığının rastlaşma dərəcəsi nəzərə almır. Bu zaman kiçik sahələrdən istifadə edilir, müəyyən növün rastlaşması (%-lə, RF) həmçinin onun sahədə fıtokütləyə görə (və ya örtmə dərəcəsinə görə — DF) dominantlıq etməklə rastlaşması qeydə alınır. Sonra dominantlıq ardıcıllığı (sırası) təyin olunur: D=100. Hər bir sahə üçün ardıcıllıq təyin edildikdə dominantlıq edən növlər müəyyənləşdirilir (fitosenozda), bununla da bitki qruplaşmasının ümumi məhsuldarlığından onun müxtəlif qiymətlərinin sıxlıq dərəcəsi təyin olunur. Beləliklə, bu metod ən məhsuldar növlərin ardıcıllığını tədqiq etməyə imkan yaradır.
  • Torpaq modeli və monoliti metodu — torpaq kəsimindən strukturu pozulmamış şəkildə düzbucaqlı (şaquli) paralepiped formalı torpağın kəsilib götürülməsi və onun laboratoriyada tədqiq edilməsi.
  • Torpaq profili metodu - torpağın açılmış profilində (xəndəkdə) tədqiq edilməsi. Bu zaman torpaq genetik qatlara ayrılır və təsvir olunur, hər qatdan laboratoriyada analiz etmək üçün nümunələr götürülür.
  • Ölçü metodu — fitosenozda bitkinin rastlaşma və paylanmasını öyrənən üsul. Bir neçə modifıkasiyası vardır. Onlardan əsasları aşağıdakılardır: A-bir-birinə yaxın yerləşən iki bitkinin arasındakı məsafə ölçülür, bu bitkilərdən biri həmişə təsadüfi seçilir, digəri isə ondan 180 bucaqdan kənarda qalmalıdır (təsadüfi seçilən cüt bitki metodu). B-həmçinin, lakin məsafələr yaxınlıqdakı dörd bitkiyə qədər ölçülür, hər bitki ayrı kvadratda yerləşir (kvadrantlar kompasla müəyyən edilir); C- həmçinin təsadüfi seçilən nöqtədən (mərkəz qəbul edilən nöqtə); Ç-l kvadrantda (təsadüfi seçilən nöqtədən yaxınlıqdakı bitkiyə qədər məsafə ölçülür) yenə də 1 kvadrantda və i.a. (azan nöqtələr metodu). Əldə edilən rəqəmlər riyazi hesablanır. Bir növdən olan bitkilərin orta məsafəsinə görə yalnız onun yayılma xarakterini deyil, həm də vahid sahədə fərdlərin sayını (miqdarını) müəyyənləşdirmək olar.
  • Qazıntı (qazma) metodu - torpaqda yaşayan və adi gözlə yaxşı seçilən (görünən) onurğasız heyvanların uçota alınması üsulu.
  • Başdan-başa hesablama metodu — biosenozun böyük bir sahədə tərkibi, quruluşu və məhsuldarlığının tədqiq olunması. Əsasən meşə biosenologiyasında tətbiq olunur.
  • Transekt metodu — bitki qruplaşmasını, onun kompleksini və sərhədini transektin — uzun düzbucaqlı sahələrin (məs: 1x250 və ya 0,1–100 m) köməyi ilə öyrənilməsi. Belə sahələrdə bitkinin sayı, yerləşməsi, proyektiv örtüyü, populyasiyanın məhsuldarlığı, bioloji kütləsi və hər senozun sərhədində bu parametrlərin dəyişilməsi tədqiq edilir. Bəzən transektlər bir- birindən aralı yerləşdirilir.
  • Biçmə metodu (bitkini) — ot və ya yarımkol bitki qruplaşmasının məhsuldarlığının təyin edilməsi. Statistik yolla təyin olunması üçün lazım olan təkrarda qoyulmuş təcrübə sahələrində ot örtüyü biçilir, təsnifata ayrılır və orta bioloji kütlə hesablanır.
  • Fitometr metodu — kompleks bitmə şəraiti amillərinin bitki və ya bitki qruplaşmasının köməyi ilə (böyüməsi ilə) öyrənilməsi. Bu zaman bitki digər yerdə və ya vegetativ qablarda basdırılır, yaxud fitosenozun kiçicik sahəsi (çox vaxt bitki örtüyü çim və torpaqla qarışıq) digər ekotop şəraitində köçürülür.
  • Ekoloji cərgələr (sıralar) metodu — dar uzun transektlərdə (bəzən bir neçə kilometr uzunluğunda) bitki qruplaşmasının mühit qradiyentləri üzrə tədricən dəyişilməsi öyrənilir və ya müxtəlif növlərin fərdlərinin miqdarının dəyişilməsi və yerləşmə xarakteri tədqiq edilir:bitmə şəraitinin hər hansı bir qradiyentinin (torpağın mexaniki və kimyəvi tərkibi, xüsusən onun duzluluğu, humusluluq dərəcəsi, rütubətliyi, həmçinin dəniz səthindən hündürlük) dəyişilməsi ilə əlaqədar fitosenozların dəyişilməsi öyrənilir.
  • Bitki mühafizə metodları — aşağıdakı metodlardan istifadə olunur: — bioloji metodlar- ziyanverici və xəstəlik törədiciləri, həmçinin alaq otlarını təmizləyən (yaxud məhv edən) bioloji nizamlayıcılardan istifadə edilir. Bu məqsədlə digər orqanizmlərdən (entomofaqlardan, antoqonistlərdən, xəstəlik törədənlərdən) və ya onların hasil etdiyi bioloji aktiv maddələrdən (antibiotiklər, hormonlar, attraktantlar) istifadə olunur:
  • Genetik metodlar — ziyanverici növlərin trofik xassələrinin süni seçmə yolu ilə dəyişdirilməsi və ya onların erkəklərinin dölsüzləşdirilməsi;
  • Kimyəvi metodlar — ziyanlı orqanizmlərə qarşı toksik (zəhərli) maddələrdən, müxtəlif kimyəvi tərkibli pestisid və gerbisidlərdən istifadə olunması. Bu metoddan istifadə edildikdə ətraf mühitin çirklənməsi müşahidə olunur, odur ki, ona ciddi nəzarət olunmalıdır;
  • Aqrotexniki metodlar- məsələn, becərilən bitkinin sayının optimallaşdırılması, toxumun təmizlənməsi və s.;
  • İnteqral metodlar- bütün mübarizə arsenalından istifadə olunması: yırtıcı və parazitlərin, həmçinin, ziyanvericilərin özlərində xəstəlik törədən virus və bakteriyaların tətbiqi, toxumaların kimyəvi və radiasiya sterilizasiyası, feromonlarm, az davamlı kimyəvi insektisidlərin (üzvibitki mənşəli fosfor), həmçinin davamlı bitkilərin seleksiyası, müxtəlif səpin dövriyyəsi, gətirilən ziyanvericilərin karantininin tətbiqi.
  • Heyvanların qidasının tərkibini öyrənmə metodu — bu məqsədlə birbaşa müşahidə, heyvanların mədələrini yoxlamaqla, nişanlanmış atomlar metodu və seroloji metoddan istifadə olunur.
  • Təcrübə sahəsi metodu — biosenozun miqdarı, rastlaşma dərəcəsi, yerləşməsi, proyektiv örtüyü, boyu, bitki və heyvanat aləminin kütləsi bir neçə çoxlu təsadüfi və ya müəyyən sistemlə qoyulmuş təcrübə sahələrində tədqiq edilir. Təcrübə sahələri əvvəlcədən müəyyən edilmiş formada (kvadrat, düzbucaqlı, dairəvi) və böyüklükdə (1 dm 2-dan 100 m²-a qədər) ola bilər.
  • Bitki örtüyü dinamikasının öyrənilməsi metodları — bilavasitəli və vasitəli metodlara bölünür.
  • Bilavasitəli metodlar- daimi kvadratlarda aparılan müşahidələr, müxtəlif illərdə çəkilən geobotaniki xəritələrin və aerofotoşəkillərin müqayisəsi, arxiv materiallarının öyrənilməsi, spor-toz analizi, qazıntı qalıqlarının öyrənilməsi;
  • Vasitəli (dolayı) metodlar- fitosenotik reliktlər və inisial növlər metodu, populyasiyanın yaş tərkibinin öyrənilməsi, kəsilmş ağacın oduncağının artım gedişinin öyrənilməsi, torpaq profilinin öyrənilməsi, mikrorelyefdə reliktlik hadisəsinin öyrənilməsi, riyazi modelləşdirmə, vasitəli metodun əsas hissəsini təşkil edir. Vasitəli metodların əlverişli olmasına baxmayaraq, onlar bilavasitəli metodlara nisbətən az məlumatlıdır. Həm bilavasitəli, həm də vasitəli metodlar bitki örtüyünün suksessiya mərhələlərinin təsnifatına əsaslanır.
  • Bitki örtüyünün torpaq altı hissəsini öyrənmə metodları — kök sisteminin biokütləsinin keyfiyyətcə uçotu və torpaqda kökün yayılması xarakterinin öyrənilməsi metodları. Bu metodlar olduqca çoxdur, lakin təbii və süni bitki örtüyünün öyrənilməsində ən çox tranşey metodu (tranşeyin şaquli divarında kök sisteminin paylanmasının şəklini çəkmək), horizontal qazma metodu (torpağın üst qatlarını götürmək yolu ilə kök sistemini tədricən açmaq) və monolit metodundan (ayrı-ayrı torpaq qatlarında kök sisteminin suda yuyulması) istifadə olunur.
  • Həmçinin ən mürəkkəb eksperimental metodlardan da istifadə edilir: nişanlanmış atomlar metodu, şüşə divarların yanında hava və su mühitində və s. bitkinin becərilməsi.
  • Dendroxronometrik metod - suksessiya vaxtlarının ağacların yaşına görə təyin edilməsi.