Eldar Xeyrulla oğlu İskəndərzadə (5 oktyabr 1964, Rvarud, Lerik rayonu) — Azərbaycan şairi, dramaturqu, ssenari müəllifi, kino redaktoru. "Qızıl qələm" və "Həsən bəy Zərdabi" mükafatı laureatı. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü.
Eldar İskəndərzadə 5 oktyabr 1964-cü ildə Lerik rayonunun Rvarud kəndində anadan olub. 1981-ci ildə Lerik qəsəbə orta məktəbini bitirib. 1990-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə, eyni zamanda sözügedən institutun nəzdində fəaliyyət göstərən İctimai peşə fakültəsinin Jurnalistika şöbəsini bitirib.
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində Baş redaktor müavini, "Azad Azərbaycan Teleradio Yayım şirkəti"ndə və "CBC Telekanalı"nda "Televiziya Filmləri Studiyası"nın yaradıcısı və baş redaktoru olub. 2016-cı ilin iyun ayından "İctimai Televiziya və Radio Verilişləri Yayım Şirkəti"nin "Carçı-film" Yaradıcılıq Birliyinin direktor müavini, 2019-cu ildən 2023-cü ilə qədər redaktor vəzifələrində çalışıb. 2023-cü ilin oktyabr ayından Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyir.
Evlidir, 3 övladı var.
1987-ci ildən şerləri ilə Respublika mətbuatında çıxış edir. İlk şeirləri Bakı qəzetində çap olunub. "O gözlərin sirri" adlı şerlər kitabı 1995-ci ildə "Gənclik" nəşriyyatında və "Mənəm, sənsən bir də o" adlı şerlər kitabı 2011-ci ildə "Konstant empere" nəşriyyatında işıq üzü görüb.
ATV və CBC telekanallarında Sənədli Filmlər Studiyasının yaradıcısı və bu kanallarda, eləcə də, "İdman Azərbaycan" telekanalında çəkilən ilk sənədli filmlərin ssenari müəllifidir.
1996-cı ildə "Qalxın, məhkəmə gəlir" adlı iki hissəli pyesi N. B. Vəzirov adına Lənkəran Dövlət Dram teatrında tamaşaya qoyulub.
"CBCfilm"in istehsalı olan və onun ssenarisi əsasında çəkilən Günəşin batdığı yer adlı bədii-sənədli televiziya filmi Almaniyada keçirilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində nümayiş etdirilmişdir.
Digər ssenarisi əsasında Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan "Liderlər Lider haqqında" adlı sənədli televiziya filmi Almaniyada Ulu Öndərin 90 illik yubileyinə həsr olunmuş dövlət tədbirində nümayiş etdirilib.
Ssenari müəllfi olduğu "Milli qürur meydanı" adlı sənədli televiziya filminin bir nüsxəsi Azərbaycan Respublikası Prezident Kitabxanasına daxil edilmişdir.
"CBCfilm"in istehsalı olan və onun ssenariləri əsasında lentə alınan "Qaranlıq dünyanın nuru" və "Fransız qadının gündəliyi" filmləri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi "Azərbaycan ailəsi" adlı Beynəlxalq Kinofestivalında 5 mükafatdan ikisini qazanmışdır.
"CBCfilm"in istehsalı olan "Ürəyiniz istəyən kimi yaşayın..." sənədli televiziya filmi Hollandiyanın Amsderdam şəhərində keçirilən Beynəlxalq Festivalda mükafata və "festivalın laureatı" fəxri adına layiq görülüb.
Digər bir ssenarisi əsasında çəkilən "Şəhər içində şəhər" adlı sənədli televiziya filmi 2013-cü ilin noyabr ayının 20-dən 24-nə kimi keçirilən I Bakı Beynəlxalq Turizm Filmləri Festivalında iki mükafat qazanmışdır. Belə ki, film "TV filmlər" nominasiyasında 2-ci yeri tutaraq gümüş və "Milli kino" nominasiyasında yeganə olan qızıl mükafatı qazanmışdır. Film Azərbaycandan qızıl mükafat qazanan yeganə filmdir.[1]
"CBCfilm"in istehsalı olan və onun ssenariləriylə çəkilən "Şəxsiyyətin böyüklüyü … Ümummilli lider Heydər Əliyev" və "İvanovka" adlı filmləri Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ənənəvi olaraq keçirdiyi "Azərbaycan ailəsi" adlı Beynəlxalq Kinofestivalında xüsusi fərqlənməyə görə mükafat qazanmışdır.
Ssenariləriylə iki bədii, 150-dən çox sənədli televiziya filmi çəkilib.
2014-cü ildə onun rəhbərliyi və ssenarisi əsasında akademik Xoşbəxt Yusifzadənin 85 illik yubileyinə həsr olunan Fədakar adlı 2 hissəli bədii-sənədli film çəkilib. Fİlmin istehsalından sonra ssenarist kimi, SOCAR-ın fəxri fərmanı ilə təltif edilib. Daha sonra Fədakar 2 hissəli bədii-sənədli filmi 2016-cı il üçün Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatına təqdim olunub.[2][3][4][5][6][7]
2015-ci ildə "Sərkərdə ləyaqəti... General Əliağa Şıxlinski"[8] filminə görə Respublika Veteranlar Təşkilatının qərarı ilə "General Əliağa Şıxlinski" yubiley medalı ilə təltif edilib.
- O gözlərin sirri. Bakı: Gənclik, 1995.
- Qalxın, məhkəmə gəlir (II hissəli pyes) (N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1996-cı ildə tamaşaya qoyulub).
- Poeziya günü. AYB-nin ədəbi almanaxı. Bakı:
- Qan borcu. 20 yanvar faciəsi haqqında şerlər toplusu. Bakı:
- XX və XXI əsrin yaradıcı və ziyalı insanları. Ensiklopedik toplu. Bakı:
- Xəbərin rəngi. Görkəmli jurnalist Nəsir İmanquliyev haqqında xatirə və ona həsr olunan şeir; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı: 2010.
- Lerik ünvanlı duyğular. Leriki vəsf edən şeirlər. Bakı: 2011.
- Lerikin söz ətri. Ədəbi almanax. Bakı: 2011.
- Mənəm, sənsən, bir də o... Bakı: Konstant empere, 2011.
- Tarixə yazılan imza.Akademik Nərgiz Paşayevanın Oksford fəaliyyəti haqqında düşüncələr. Azərtac,Bakı: 2022. [1]
Əbədi dostluq [2]}}
Mənim Nəsir əmim [3]}}
Unudulmaz müəllim...Professor Nəsir İmanquliyev [4]}}
Azərbaycan neftçisinin rəmzi [5]}}
Alicənab insan, nurlu şəxsiyyət. Nəsir imanquliyev. [6]}}
Nəsir müəllimi xatırlarkən... [7]}}
Yaranışın yeni formolu: Şərq hikməti və mühəndislik fəlsəfəsi. [8]}}
Elm və Həyat.Akademik Nərgiz Paşayeva haqqında. Modern.az,Bakı: 2023.[9]}}
Zəfər günü (klip-şeir)[10]}}.[11]}}
- Fədakar ömrün portreti. Xalq qəzeti, Bakı:16.11.2023.[12]}}
- Dövlət müakatına təqdim edilib. [13]}} [14]}}
- Yeni mənzillə təmin ediliən jurnalistlər [15]}}
- Ekologiyaya aid ekran əsəri [16]}}
- Fədakar filmi mətbuatda [17]}}
- Fədakar filmi [18]}}
- Xoşbəxt Yusifzadə haqqında çəkilmiş "Fədakar" filmi [19]}}
- Məşhur akademikə həsr olunmuş “Fədakar” filmi. [20]}}.
- Əsl Xoşbəxt haqqında film/ [21]}}
- Xoşbəxti xoşbəxt kimi göstərməyə nail olan film/ [22]}}
- Görkəmli neftçi-alim Xoşbəxt Yusifzadə haqqında çəkilmiş “Fədakar” filmi təqdim olunub/ [23]}}
- Azərbaycanın tanınmış akademikinə film həsr olundu. [24]}}
- Azərbaycanın neft dahisi haqqında film təqdim olundu/ [25]}}
- Xocalı haqqında filmin Xəzər Universitetində nümayişi[26]}}
- Xudu Məmmədov haqqında film. [27]}}
- Eldar İsgəndərzadə [28]}}
- İki xalqın oğlu (film-2004) [29]}}
- Maqsud Şeyxzadə haqqənda film. [30]}}
- Ev alan jurnalistlərin minnətdarlıq hissləri [31]}}.[32]}}
- Lerik abidələri haqqında film [33]}}
- Sözün ucalığına doğru... Eldar İskəndərzadənin 60 illiyinə... [34]}}
- Alilikdə sadəlik... Heydər Əliyev (film, 2018) AR QHT Şurası;[9]
- AİDA İMANQULİYEVA (film, 2018) İTV Carçı-film YB;[10]
- Abşeron incisi (film, 2012) ATV İnternational
- Alban abidələri (film, 2019) İTV Carçı-film YB;[11]
- Alman yadigarları... (film, 2012) CBCfilm
- Ana duasından başlanan yol (film, 2001) "Azərbaycantelefilm" YB, AzTV;
- Ana qaz (film, 2005) "Azərbaycantelefilm" YB, AzTV;
- Aşıq Pənah (film, 2007) "Azərbaycantelefilm" YB, AzTV;[12]
- Atəşgah (film, 2013) CBCfilm
- Atəşgah (film, 2017) İTV Carçı-film YB
- Aysel (film, 1998) "Azərbaycantelefilm" YB, AzTV;
- Azərbaycan neftçisinin rəmzi... akademik Xoşbəxt Yusifzadə (film, 2020);[13]
- Azərbaycan çayı (film, 2003) "Azərbaycantelefilm" YB, AzTV;
- Azərbaycan üzümü (film, 2002) "Azərbaycantelefilm" YB, AzTV;
- Azərbaycan-ABŞ 21 il(film, 2013) CBCfilm
- Azərbaycanda rus icmaları (film, 2006) "Azərbaycantelefilm" YB, AzTV;
- Azərbaycan milli qadın geyimləri (film, 2019 İTV Carçı-film YB; [14]
- Azerspace (film, 2013) CBCfilm
- Bakı Bulvarı (film, 2013) CBCfilm
- Balaban (film, 2011) ATV İnternational
- Basqal (film, 2002) "Azərbaycantelefilm" YB, AzTV;
- Bayraq qədər uca... İlham Əliyev(film, 2011) ATV İnternational
- Bayraq qədər uca Fateh... Zəfər tariximizin məğrur sərkərdəsi... Prezident İlham Əliyev(film, 2021) MUZ TV Azərbaycan kanalının ilk sənədli filmi.[15]
- Bədr olmamış hilal... M.Müşviq (film, 2010) "Azərbaycantelefilm" YB, AzTV;
- Beşikdaş (film, 2000) "Azərbaycantelefilm" YB, AzTV;
- Bəstəkar Şəfiqə Axundova (film, 2012) ATV İnternational
- Bəstəkar Səid Rüstəmov (film, 2010) "Azərbaycantelefilm" YB, AzTV;
- Bəxtimə düşən sənət... Nazim Ağayev (film, 2008) "Azərbaycantelefilm" YB, AzTV;
- Beynəlxalq səfir... Akademik Əhəd Canəhmədov (film, 2016)[16]
- Bir bayraq altında (film, 2012) CBCfilm
- Bir rəqibəm bu dünyada... Oleq Krapivin (film, 2010) "İdman Azərbaycan" TV kanalı;
- Biz də təbiətin bir parçasıyıq... (film, 2009)
- Bunu öz gözlərinlə görməlisən... Xocalı (film, 2013) CBCfilm
- Cumhuriyyəti Şərqə gətirənlər... (2 hissəli film, I film; 2018) İTV Carçı-film YB
- Cumhuriyyəti Şərqə gətirənlər... (2 hissəli film, II film; 2018) İTV Carçı-film YB
- Çayın nağılı (film, 2012) ATV İnternational
- Çayrud (film, 2005) "Azərbaycantelefilm" YB, AzTV;[17]
- Çəltik nəğməsi (film, 2008) "Azərbaycantelefilm" YB, AzTV;
- Çildağ (film, 2011) ATV İnternational
- Daim xalqla... Heydər Əliyev (film, 2019) İTV Carçı-film YB
- Daş yaddaşı... Lerik abidələri (film, 2006)"Azərbaycantelefilm" YB, AzTV;
- Daşları dindirən alim (film, 2001) "Azərbaycantelefilm" YB, AzTV;
- Daşların sirdaşı... AMEA-nın müxbir üzvü Məşədixanım Nemət (film, 2012) ATV İnternational
- Dədə Qorqud axtarışında (film, 2000) "Azərbaycantelefilm" YB, AzTV;
- Didərgin atlar (film, 2012) ATV İnternational
- Diribaba (film, 2012) ATV İnternational
- Dostluq forumu 21-ci il (film, 2013) CBCfilm
- Dünyaya örnək...Örnək dünyası:AZƏRBAYCAN (film, 2023) "Milli inkişaf Layihəsi" İB, QHT;
- Dünya vətəndaşı... Xudu Məmmədov (film, 2008) "Azərbaycantelefilm" YB, AzTV;
- Dünyanın şah damarı-ŞAHDƏNİZ (film, 2018) İTV Carçı-film YB;
- Dünyanı titrədən partlayış- ÇERNOPOL (film, 2013) CBCfilm
- Ədibin evi... Mir Cəlal (film, 2017) İTV Carçı-film YB
- Edilli şahidi (film, 2022) "Azərbaycantelefilm" YB, AzTV;
- Ehtiram ünvanı... Akademik Mir-Məmməd Cavadzadə (film, 2017) İTV Carçı-film YB
- El adamı. Əyyub İsgəndərov (film, 2009) "Azərbaycantelefilm" YB, AzTV;[18]
- El yolunda... Aşıq Şakir (film, 2008) "Azərbaycantelefilm" YB,AzTV;[19]
- Əbədilər içində əbədi... Xalq rəssamı Ömər Eldarov (film, 2017) İTV Carçı-film YB
- Əli Vəliyev (film, 2011) "Azərbaycantelefilm" YB, AzTV;[20]
- Əllərin sehri (film, 2007) "Azərbaycantelefilm" YB, AzTV;
- Ərənlərin oyunu... Çövkən (film, 2010) "İdman Azərbaycan" TV kanalı;
- Əsrin müqaviləsi... 20 il sonra (film, 2014) CBCfilm;
- Fədakar (2 hissəli bədii-sənədli film, Ihissə; 2015) "SOCAR-MEDİA" İctimai Birliyi;[21]
- Fədakar (2 hissəli bədii-sənədli film, IIhissə; 2015) "SOCAR-MEDİA" İctimai Birliyi;[22]
- Fransız qadının gündəliyi (film, 2011) ATV İnternational
- Gələcəyin sorağında (film, 2010)
- Gəncədən gəlirəm sözə bənd olub (sənədli film, 2017) Carçı-film YB;İTV;[23]
- Güllələnmiş qərənfillər... 20 yanvar. (film, 2012) ATV İnternational
- Günəşə doğru... şair Kələntər Kələntərli (film, 2009) "Azərbaycantelefilm" YB, AzTV;
- Günəşin batdığı yer. Xocalı (film, 2012) "ATV İnternational"
- Hakim mərkəzi göstərir... Tofiq Bəhramov (film, 2009) ("İdman Azərbaycan" kanalının ilk sənədli filmi)
- Halay (film, 2011) Azad Azərbaycan Televiziyasının ilk səndli televiziya filmi. ATV İnternational
- Hər şey məhəbbətdən başlanır... Rza Diqqəti (film, 2013) CBCfilm
- Heydər Əliyev 100... Akademik X. Yusifzadənin xatirələri(film-etüd, 2023) İTV;
- Horadiz əməliyyatı (film, 2019) "Carçı-filmfilm" YB, İTV;
- İdmanda tapılan xoşbəxtlik (film, 2009) "İdman Azərbaycan" TV kanalı;
- İki xalqın oğlu... Maqsud Şeyxzadə (film, 2004) "Azərbaycantelefilm" YB, AzTV;
- İlk neft quyusu (film, 2017) İTV Carçı-film YB;
- İMAMZADƏ TÜRBƏSİ (film, 2018) İTV Carçı-film YB; [24]
- İmamverdi Əbilov (film, 2001) "Azərbaycantelefilm" YB, AzTV;
- İsmayıl Osmanlı – (film, 2018) İTV Carçı-film YB;[25]
- İslam həmrəyliyi. Dünyaya mesaj – (film, 2018) İTV Carçı-film YB
- İşıqlı ilmələr. Lətif Kərimov (film, 2007)]] "Azərbaycantelefilm" YB, AzTV;
- İvanovka (film, 2012)]] CBCfilm;
- İvanovkada bir gün (film, 2013)]] CBCfilm;
- Kəramət sahibi. Mir Mövsum Ağa – (film, 2017)]] İTV Carçı-film YB;[26]
- Körpə-ocağı-ana qucağı... K.Fərəcova adına ET Pediatriya İnstitutu 90 – (film, 2017)]] İTV Carçı-film YB
- Laylalar (film, 2006)]] "Azərbaycantelefilm" YB, AzTV;
- Ləzgi həngi əfsanəsi (film, 2010)]]
- Liderlər Lider haqqında. Heydər Əliyev (film, 2012)]] CBCfilm;
- Limon (film, 2008)]] "Azərbaycantelefilm" YB, AzTV;
- Martın son günü 1918 … (film, 2012) I hissə ATV İnternational;
- Martın son günü 1918 … (film, 2012) II hissə ATV international;
- Mən nigaran deyiləm... Aprel şəhidi Sənan Axundov (film, 2018) İTV Carçı-film YB;[27]
- Mən Hüseyn Arifəm... (film, 2010) "Azərbaycantelefilm" YB, AzTV;
- Mən səni araram... Fikrət Əmirov (film, 2006) "Azərbaycantelefilm" YB, AzTV;[28]
- Mənalı ömrün anları... Akademik Vasim Məmmədəliyev (film, 2013) CBCfilm;[29]
- Meşə sakini... (film, 2012) ATV İnternational
- Milli İftixar meydanı (film, 2013) CBCfilm
- Milli ruhun bahadırları... Zorxana (film, 2010) "İdman Azərbaycan" TV kanalı;
- Milli teatr (film, 2015) CBCfilm
- Min bir rəngin çaları (film, 2010) "Azərbaycantelefilm" YB, AzTV;
- Mingəçevir. Birinci film (film, 2001) "Azərbaycantelefilm" YB, AzTV;
- Mingəçevir. İkinci film (film, 2001) "Azərbaycantelefilm" YB, AzTV;
- Miras: Kitabi Dədə Qorqud. (film, 2019) İTV
- Muğam (film, 2001) "Azərbaycantelefilm" YB, AzTV;
- Muğanın Sarvanı (film, 2002) "Azərbaycantelefilm" YB, AzTV;
- Müqəddəs Məkan (film, 2008) AzTV;
- Müsafir (film, 2001) "Azərbaycantelefilm" YB, AzTV;
- Naftalan (film, 2003) "Azərbaycantelefilm" YB, AzTV;
- Naftalan möcüzəsi (film, 2012) ATV İnternational;
- Nəyim varsa sazımdadır (film, 2008) "Azərbaycantelefilm" YB, AzTV;
- Növbəti stansiya... (film, 2011) ATV İnternational;
- Novruz mücdəsi... (film, 2012) ATV İnternational;
- Ömrün anları... Heydər Əliyev (film, 2012) CBCfilm;
- Ömür Yolu. Abdulla Babayev (film) "Azərbaycantelefilm" YB, AzTV;
- On ilin salnaməsi – SOCAR (film, 2013) CBCfilm
- Onu xatırlarkən... H.Ə.Əliyev (film, 2013) CBCfilm
- Ovqat çiçəyi... Çay (film, 2016) İTV Carçı-film YB
- Özü də işıq, sözü də...Qoşqar Əhmədov (film, 2009) "Azərbaycantelefilm" YB, AzTV;
- Paralimpiya-Həyata dönüş (film, 2017) İTV Carçı-film YB
- Prezident. İlham Əliyev (film, 2007) AzTV;
- Qala altında şəhər (film, 2012) ATV İnternational
- Qarabağnamə (3 film,5 hissə, 2016–2017) (bədii serial) I film, I hissə. İTV Carçı-film YB.[30]
- Qarabağnamə (3 film,5 hissə, 2016–2017) (bədii serial) I film, II hissə. İTV Carçı-film YB.[31]
- Qarabağnamə (3 film,5 hissə, 2016–2017) (bədii serial) II film, I hissə. İTV Carçı-film YB.[32]
- Qarabağnamə (3 film,5 hissə, 2016–2017) (bədii serial) II film, II hissə. İTV Carçı-film YB.[33]
- Qarabağnamə (3 film,5 hissə, 2016–2017) (bədii serial) III film, İTV Carçı-film YB.[34]
- Qaranlıq dünyanın nuru (film, 2012) ATV İnternational
- Qədimlərdən gələn səda (film, 2011) ATV İnternational
- Quba etüdləri (film, 2013) CBCfilm
- Quba nağılı, Çiçi naxışı (film, 2013) CBCfilm
- Qumlu cizgilər... - (film, 2017) İTV Carçı-film YB
- Qrasiya... Azərbaycan gimnastları - (film, 2019) İTV Carçı-film YB; [35]
- Rəqs mənim ömrümdür Böyükağa Məmmədov (film, 2011) "Azərbaycantelefilm" YB, AzTV;
- Rəşid bəy Əfəndiyev (film, 2007) "Azərbaycantelefilm" YB, AzTV;
- Sabaha inamla. III film İlham Əliyev (film, 2002) AzTV;
- Şahmat nağılı (film, 2001) "Azərbaycantelefilm" YB, AzTV;
- Şamaxı etüdləri (film, 2014) CBCfilm
- Şəhər içində şəhər... (film, 2012) ATV İnternational
- Şəhərlər gözəli... BAKI (film, 2017) İTV Carçı-film YB
- Şəki. Olduğu kimi (film, 2011) ATV İnternational
- Sənət məbədi... Xoreoqrafiya məktəbi (film, 2010) "Azərbaycantelefilm" YB, AzTV;
- Sərkərdə ləyaqəti... General Əliağa Şıxlinski (film, 2011) "Azərbaycantelefilm" YB, AzTV;
- Səsin Məcnunu (film, 2002) "Azərbaycantelefilm" YB, AzTV;
- Şəxsiyyətin qüdrəti... H.Ə.Əliyev (film, 2013) CBCfilm
- Şirvanşahlar sarayı... - (film, 2017) İTV Carçı-film YB;[36]
- Sonrakı peşimançılıq (film, 2002)
- Söz körpüsü... Akademik Həmid Araslı (film, 2010) "Azərbaycantelefilm" YB, AzTV;
- Su talehi, Samux... (film, 2007) "Azərbaycantelefilm" YB, AzTV;
- Tarixin şahidləri... Lənkəran abidələri (film, 2016) İTV Carçı-film YB
- Tarixin soyqırım kabusu... (film, 2018) İTV Carçı-film YB
- Təklik (film, 2007) "Azərbaycantelefilm" YB, AzTV;
- Tofiq Bakıxanov (film, 2000) "Azərbaycantelefilm" YB, AzTV;
- Torpaq, hava, od... (film, 2013) CBCfilm
- Ulduzların sirri (film, 2014) CBCfilm
- Ümid çıraqları (film, 1998) "Azərbaycantelefilm" YB, AzTV;
- Ustad nəfəsi. Aşıq İsfəndiyar (film, 2007) "Azərbaycantelefilm" YB, AzTV;
- Vətənə verilən can... Mikayıl Vahabzadə (film, 2019) İTV Carçı-film YB
- Xilaskar. I film. Heydər Əliyev (film, 2003) AzTV;
- Yaşıl Teatr (film, 2008) AzTV;
- Yaxşı bax kitabıma... Aləmzər Əlizadə (film, 2009) "Azərbaycantelefilm" YB, AzTV;
- Zirvəyə aparan yol... SOCAR (film, 2013)]] CBCfilm