Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu və ya qısa şəkildə Еlmi-Tədqiqat İnstitutu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə.[1]
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 2006 |
Elmi-tədqiqat institutu (ETİ) — elmi-tədqiqat işlərinin təşkili və aparılması üçün yaradılmış müəssisə.
Elmi-Tədqiqat Institutu Azərbaycan Respublikası Prezidentinin 27.09.2006-cı il tarixli, 462 nömrəli Fərmanı əsasında yaradılmışdır.[2]
Müdafiə və ikili təyinatlı məmulatların yaradılması, əsaslı təmiri və təkmilləşdirilməsi məqsədilə təcrübi-konstruktor işlərinin aparılması və nazirliyin tabeli müəssisələrində həmin məhsulların istehsalının mənimsənilməsinin təşkili;
Mülki və ikili təyinatlı məhsulların yaradılması və təkmilləşdirilməsi barədə təkliflər vermək, işlər aparmaq;
Qeyri-ənənəvi enerji mənbələrinin yaradılması məqsədilə elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin aparılması;
Azərbaycan Respublikasının və xarici ölkələrin ali məktəblərinin bazasında elmi kadrların hazırlanmasının təşkili.[3]