Elxan Məmmədli

Elxan Hüseynqulu oğlu Məmmədli (1 yanvar 1946, Faxralı, Bolnisi rayonu) — filologiya elmləri namizədi, "Əməkdar mədəniyyət işçisi" (2008), Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin və Azərbaycan Jurnalistlər birliyinin üzvü.

Elxan Məmmədli
Doğum tarixi 1 yanvar 1946(1946-01-01) (78 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti şair, publisist, ədəbiyyatşünas
Üzvlüyü
Mükafatları Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi

Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə Borçalı mahalının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.[1]

1971-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə fəhləlikdən başlayan Elxan Məmmədli bir müddət pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra,

1976–1979-cu illərdə Pedaqoji Elmlər İnstitutunda elmi işçi işləmişdir.

1979-cu ildən etibarən müsabiqə yolu ilə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir.

1994-cü ilə kimi Ədəbiyyat İnstitutunun Folklor şöbəsində çalışan E. Məmmədli böyük elmi işçi kimi həmin ildən Folklor Elmi-Mədəni Mərkəzinə köçürülmüşdür.

1998-ci ildə "Azərbaycan aşıq yaradıcılığında təcnis" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və filolodiya elmləri namizədi alimlik dərəcəsi almışdır.[2]

1999-cu ildən AMEA-nın Folklor İnstitutunda "Aşıq yaradıcılığı" şöbəsinin müdiridir.

1969–2009-cu illər ərzində Azərbaycan radio və televiziyasında "Bulaq", "Ustadnamə", "Sazın-sözün sehrində", "Gözəlləmə" və "Sarıtel" verilişlərinin müəllifi və aparıcısı olmuşdur.

O, 1 monoqrafiya, 10-dan çox toplama-tərtib kitabını nəşr etdirmiş, 30-dan çox kitabın redaktoru, rəyçisi olmuşdur.

2008-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.

Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin və Azərbaycan Jurnalistlər birliyinin üzvüdür.

Elxan Məmmədlinin anadan olmasının 60 illiyi ilə əlaqədar Vüsal Abiyev "Elxan Məmmədli — 60" kitabını yazmışdır.

  • "Azərbaycan aşıq yaradıcılığında təcnis" (namizədlik dissertasiyası), 1998.
  • "Təcnis sənətkarlığı" (monoqrafiya), Bakı, "NaftA-Press", 1998. 150 səh.
  • "Bir dənəm" (şeirlər), Bakı-2006.
  • Məmmədli E. Şair Nəbi Borçalı: həyatı, mühiti, sənəti. Bakı, Nurlan, 2014, 144 s.
  1. Vüsal Abiyev, "Elxan Məmmədli — 60", Bakı, Nurlan, 2006.
  2. Mahmud Allahmanlı. "FOLKLORLAŞAN FOLKLORŞÜNAS" (PDF). "Ozan dünyası" (az.). azab.az. 2015. İstifadə tarixi: 2016-02-04.[ölü keçid]