Eramızın əzəlində sui-qəsd (roman)

"Eramızın əzəlində sui-qəsd"Çingiz Abdullayev tərəfindən yazılmış roman. Tərcümənin redaktoru Munisə Dadaşqızıdır.

Eramızın əzəlində sui-qəsd
rus. Заговор в начале эры
Müəllif Çingiz Abdullayev
Janr Bədii ədəbiyyat
Orijinalın dili Rus dili
Tərcüməçi Təbəssüm Muxtarova
Tərtibat Emil Muxtarov
Nəşriyyat Zərdabi LTD
Nəşr 2013
Səhifə 368
Növ kitab
Tiraj 1000

Məzmun[redaktə | mənbəni redaktə et]

Sezarın adı antik tarixdən az-çox məlumatlı hər kəsə məlumdur. Əsrlər boyu sabit və demokratik quruluşlu respublikanın əsaslarını laxladan bu şəxs qüdrətli bir imperiyanın rəhbərliyini ələ almışdı. Nəhəng məmləkəti idarə etməyə özündə qüvvə tapan Sezar tarixdə görkəmli yer tuta bilmişdi. Lakin qədim kübar sülaləsinə mənsub olmasına rəğmən, adi Roma vətəndaşı olan bu insan həmin mərtəbəyə necə yüksəlməyi bacarmışdı? Oxucuların görüşünə, adətən detektiv əsərləri ilə gələn məşhur yazıçı Çingiz Abdullayev ilk iri həcmli tarixi romanında qədim dünyanın bir çox görkəmli şəxsiyyətlərini, bir sıra hadisələri canlandırmaqla bu suala cavab tapmağa çalışıb. Romanda cərəyan edən vaqiələrin bu günkü cəmiyyətimizdə gedən proseslərlə oxşarlığı yazıçı tərəfindən qabarıq təsvir və dərin təhlil edilib. Tarix təkrarlanır və insanların borcu keçmişdən ibrət dərsləri götürməkdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]