Erkən Xristianlıq

Erkən Xristianlıq — Xristianlığın yaranmasından (I yüzilliyin 30-cu illərindən) Nikea Ekumen məclisinə qədər (325 il) davam edən dövr.

Erkən xristianlıq
Yunandilli apologetika:

Yustin  • Tatian  • Afinoqor  • Teofil

Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:

Arianlıq  • Donatizm

Latın qərbində Kilsə Ataları

Boesius  • Kassiodor  • Avqustin Avrelius
İyeronim Stridonlu  • İlarius Piktaviyalı

Xristian rahibliyi  • İsihazm

Xristianlığın yaranması, yayılması və dövlət dininə çevrilməsi

[redaktə | mənbəni redaktə et]

Xristian dünyagörüşü və mədəniyyətinin yaranması dünya tarixində olan ən önəmli hadisələrdən biri olmuşdur. Fələstin torpaqlarında yaranan bu dinin ilk azsaylı ardıcılları, qədim yəhudi ənənəsi çərçivəsində, yeni təfəkkürün əsas müddəalarını ifadə etdilər. Gələcəkdə bu təlim, bir neçə əsr ərzində Roma imperiyasının böyük xalq kütlələrini əhatə edərək, rəsmi dövlət dini statusunu almışdır. Roma mühitində inkişaf etmiş xristian dünyagörüşü, təkcə yəhudi ənənələri ilə məhdudlaşmayıb, müxtəlif dini-fəlsəfi təlimlərin təsiri altında düşmüşdü. Xristian dininin rəsmi doktrinası bir neçə əsr ərzində tədricən, mürəkkəb tarixi hadisələr şəraitində formalaşmışdı. Lakin bundan sonra daxili ziddiyətlərin kəskinləşməsi nəticəsində orada müxtəlif dini təriqətlər və cərəyanlar fəaliyyət göstərmişdir. Sonda, bu ziddiyətlər Xristianlığın parçalanması ilə nəticələnmişdir. Lakin, bütün bu ziddiyətli məqamlara baxmayaraq bu din dünya dininə çevrilmişdir.

İxtus (balıq). İlk xristianların simvolu

Yeni dinin yayılması ilk olaraq Roma hakimiyyəti tərəfindən birmənalı qarşılanmamışdır. İmperatorlar xristianlarda öz hakimiyyəti üçün təhlükə görürdülər. Bu səbəbdən də ilk xristianlar təqib edilirdilər. Ona görə də xristian xadimləri Xristianlığı müdafiə edən və onun ziyanlı təriqət olmadığını sübut edən apologetik əsərlər yazmışdırlar. Apologetik ədəbiyyat həm də rəsmi Xristianlıqla rəqabət aparan başqa məsihi təriqətlərə və dinlərə qarşı da yazılırdı. Ancaq sonra hakimiyyət dairələri bu dindən istifadə edib öz hakimiyyətlərini möhkəmlətməyə çalışmışdırlar. Sonda Xristianlıq dövlət dininə çevrilmiş və bütün başqa inanclar qadağan edilmişdir.

Xristianlığın ilk çağlarında hələ rəsmi kilsə olmamışdır. İsanın peyğəmbərliyindən sonra onun həvariləri və onların ardıcılları Roma imperiyasında yeni dinin təbliğatını aparmağa başlamışdırlar. Təbliğat əsasən kölələrə və yoxsul təbəqə arasında çox yayılmışdır. Çünki o zaman Roma imperiyası dərin böhran keçirmiş, sosial münasibətlər gərginləşmişdir. İlk xristianların təliminin əsasında İsanın dünyaya yenidən gəlib insanları xilas etməsi ideyası durmuşdur.

İlk Xristianlığın vahid təlimi də olmamışdır. Müxtəlif icmaların dinə və İsanın mahiyyətinə öz baxışları olmuşdur. Bu pərakəndəliyə rəsmi Xristian kilsəsini formalaşması son qoydu. Kilsənin formalaşması dövründə rəsmi keşişlər başqa təriqətlə qarşı mübarizə arapmışdırlar.

Erkən Xristianlığa başqa dinlərin və fəlsəfi təlimlərin də təsiri olmuşdur. İlk olaraq xristian icmalarına yəhudi təriqətləri kimi baxırdılar. Ancaq sonra Xristianlıq Yəhudilikdən tamam ayrılmış və müstəqil din kimi çıxış etmişdir. Bundan başqa Xristianlığa qnostiklərin, mitraçıların, maniçilərin və başqa dini təlimlərin təsiri olmuşdur. Xristian ilahiyyatı isə antik fəlsəfi irsin təsiri altında formalaşmışdır.

Xristianlığın dünya fəlsəfəsinin, mədəniyyətin, incəsənətin inkişafında müstəsna rolu olmuşdur. Bu dindən ilhamlanan alimlər, incəsənət xadimləri ən parlaq fəlsəfi əsərləri və incəsənət incilərini yaratmışdırlar. Avropa mədəniyyətinin inkişaf etməsindən və dünyada aparıcı rol oynamağa başlamasından sonra isə xristian dünyagörüşü bu və ya digər dərəcədə demək olar ki, bütün dunya xalqlarının mədəniyyətlərinə və ənənələrinə təsir etmiş və bu günə qədər də öz təsirini saxlamaqdadır.

  • Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (ilk çağlar) (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. ISBN 5-87459-013-7. 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.