Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı — İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayılmışdır. Bu ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. Bu bölgədə mövcud olan dini abidələr haqqında İrəvanda olmuş səyyahların əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür. Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir
Sərdar məscidi (1510–1918) — Sovet Ermənistanı dövründə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir. — Tamamən dağıdılmışdır.