Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Eyvaz Babayev 1947-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhər 6 saylı C. Cabbarlı adına orta məktəbi medalla bitirmiş, daha sonra Moskva şəhərində Qubkin adına neft və qaz institutunda alı təhsil almışdır.
Əmək fəaliyyətinə Gəncə şəhəri Çini Qablar zavodunda mühəndis kimi başlamışdır. 1990–1994 və 1997–2000 illərdə həmin zavodun direktoru olmuş, əmək fəaliyyətini daha sonra 1994-cü ildən 1997-ci ilədək Gəncə şəhər İcra Hakimiyyətində icra başçısının müavini vəzifəsində davam etdirmişdir. Bundan sonra Eyvaz İlyas oğlu Babayev 27 iyul 2000-ci ildən 8 aprel 2003-cü il tarixinədək Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur.
Qeyd 1: 1804-cü il yanvarın 3-də Gəncə xanlığı işğal edildikdən sonra Gəncə şəhərinin çar I Aleksandrın həyat yoldaşı Yelizaveta Alekseyevnanın şərəfinə Yelizavetpol adlandırıldı. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra hökumətin 30 iyul 1918-ci il tarixli qərarı ilə Yelizavetpolun tarixi adı – "Gəncə" bərpa edildi. 1935-ci ildə Gəncə şəhərinin adı dəyişdirilərək inqilabçı Sergey Kirovun adı ilə Kirovabad adlandırıldı. 1989-cu ildə Gəncənin tarixi adı bir daha bərpa edildi. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.