Ələsgər Əlizadə

Ələsgər İsmayıl oğlu Əlizadə (29 noyabr 1929, Gəncə, Gəncə dairəsi23 oktyabr 2016) — Azərbaycan sovet partiya və dövlət xadimi, Kirovabad (Gəncə) Şəhər Partiya Komitəsinin birinci katibi (1966–1970), Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatı.[1]

Ələsgər Əlizadə
1966 – 1970
ƏvvəlkiTofiq Bağırov
SonrakıƏbdürrəhman Vəzirov
Gəncə Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
1962 – 1966
Şəxsi məlumatlar
Doğum tarixi 29 noyabr 1929(1929-11-29)
Doğum yeri
Vəfat tarixi 23 oktyabr 2016(2016-10-23) (86 yaşında)
Fəaliyyəti dövlət xadimi, siyasətçi, bürokrat, universitet müəllimi[d]

1929-cu il noyabrın 29-da Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1948-ci ildə Gəncədə orta məktəbi bitirdikdən sonra Ələsgər Əlizadə Azərbaycan Dövlət Univcrsitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1952-ci ildə, hələ Universitetin 4-cü kursunda oxuyarkən, o, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Caparidze Rayon Komitəsinin 2-ci katibi, sonra isə 1-ci katibi seçilir. 1954-cü ildən komsomolun Bakı Komitəsinin katibi vəzifəsində çalışır, 1955-ci ildə Moskvaya Mərkəzi Komsomol məktəbinə oxumağa göndərilir, həmin ilin dekabrında isə Azorbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin katibi seçilir.

1957-ci ildə Ələsgər Əlizadə VII Ümumidünya Gənclər festivalında Azərbaycan nümayəndələrinin rəhbəri kimi iştirak etmişdir. 1960-cı ilin yanvarında Ələsgər Əlizadə Azərbaycan Kommunist Partiyasının Kirovabad (Gəncə) Şəhər Komitəsinin 2-ci katibi seçilir. 1962–1966-cı illərdə o Kirovabad Şəhər İcraiyyə Komitəsinin sədri, 1966–1970-ci illərdə isə şəhər Partiya Komitəsinin 1-ci katibi vəzifəsində çalışır.

1960–1970-ci illərdə Ələsgər Əlizadənin rəhbərliyi altında Gəncədə geniş quruculuq və abadlıq işləri aparıhr, yeni parklar, meydanlar və küçələr salınır, bir çox yaşayış və məişət binaları tikilir, şəhər partiya və icraiyyə komitəsinin binası, Gəncə mehmanxanası tikilib istifadəyə verilir.

  1. "Ушел из жизни легендарный глава Гянджи". Haqqin.az (rus). 2016-12-02. 2016-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-27.
  • Əhməd İsayev. Gəncə və gəncəlilər. Tarix. İnsanlar. Talelər. Bakı: Regionların İnkişafı İctimai Birliyi. 2008. ISBN 976-9952-27-093-8.
  • Ələsgər Əli-zadə, Akif Əliyev (Əli-zadə). XX əsr Gəncənin görkəmli elm, mədəniyyət, partiya və dövlət xadimləri. Bakı. 2008. ISBN 5-86874-129-3.
  • Elxan Əlizadə, Elcan Oruclu. Günəş təbəssümlü insan. Bakı. 2018.
  • Elcan Oruclu. Gəncə. Katiblər və icra başçıları. Bakı. 2020.