Mürşüd Məmmədli

Mürşüd Əsəd oğlu Məmmədli (5 may 1939, Kirovabad24 dekabr 2006, Bakı) — ictimai-siyasi fəal, Milli Azadlıq Hərəkatının aparıcı üzvlərindən biri, Ali Sovetin deputatı, istiqlalçı millət vəkili, 1991–1995-ci illərdə Milli Məclisin üzvü, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı.[1][2]

Mürşüd Məmmədli
bayraq
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
bayraq2
4 iyul 1992 – 21 fevral 1993
ƏvvəlkiSəbuhi Abdinov
SonrakıElxan Qədimov
1991 – 1995
Şəxsi məlumatlar
Doğum tarixi 5 may 1939(1939-05-05)
Doğum yeri
Vəfat tarixi 24 dekabr 2006(2006-12-24) (67 yaşında)
Vəfat yeri
Partiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mürşüd Əsəd oğlu Məmmədli 5 may 1939-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1946–1956 ci illərdə Gəncə şəhər 2 saylı orta məktəbdə təhsil almışdır. 1956–1961-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Ədəbiyyat-tarix" fakültəsində təhsilini davam etdirmişdir. 1962–1964-cü illərdə hərbi xidmətdə olmuşdur. 1964–1973-cü illərdə Gəncə şəhər 18 saylı orta məktəbdə müəllim işləmişdir. 1972-ci ildə ailə həyatı qurmuş və bu izdivacından 3 övladı dünyaya gəlmişdir. 1973–1992-ci illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Universitetində müəllim, daha sonra dosent vəzifələrində çalışmışdır. 1981-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1988-ci ildə ölkəmizdə başlanan milli azadlıq hərəkatının öncüllərindən olmuşdur. Xüsusilə də bu hərəkatın əsas mərkəzlərindən biri olan Gəncədə Mürşüd Məmmədli milli müqavimətin rəhbərlərindən biri kimi fəallıq göstərmişdir. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinə keçirilən seçkilərdə böyük səs çoxluğu ilə deputat seçilmişdir. 1991–1995-ci illərdə Milli Məclisin üzvü olmuşdur. Mürşüd Məmmədli 1991-ci ilin martında SSRİ–nin saxlanmasına dair keçirilən referendumda respublikamızın iştirakının əleyhinə səs verən 43 millət vəkilindən biri olmuşdur. Həmin 43 deputat bu gün istiqlalçı millət vəkili kimi xatırlanır. 1992–1993-cü illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərmişdir. 1992-ci ildə Müsavat Partiyasının bərpaedicilərindən biri və ilk divanının üzvü olmuşdur. İki kitabın, iki elmi monoqrafiyanın, dövrü mətbuat və jurnallarda dərc olunan yüzlərlə elmi-publisistik məqalələrin müəllifi olmuşdur. Mürşüd Məmmədli 1995-ci ildə deputatlıq səlahiyyəti başa çatdıqdan sonra da ictimai-siyasi fəaliyyətini davam etdirmişdir. 2003-cü ildə yaradılan və bir neçə il fəaliyyət göstərən "Amal" Ziyalı Hərəkatının rəhbərlərindən biri olmuşdur. 24 dekabr 2006-cı ildə Bakı şəhərində vəfat etmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Mürşüd Məmmədli üç kitabın, iki elmi monoqrafiyanın, dövrü mətbuat və jurnallarda dərc olunan yüzlərlə elmi-publisistik məqalələrin müəllifi olmuşdur. Zamanında cəmiyyətin böyük diqqətini cəlb edən və bu gün də yaddaşlardan silinməyən publisistik məqalələr dərc etdirmişdir.

  • Azərbaycan poeziyasında müasirlik problemi. Bakı, Azərnəşr, 1984, 250 səh.
  • Sözün işığı. Bakı, "Qorqud" nəşriyyatı, 2004, 434 səh.
  • İstiqlal idealı və İstiqlal poeziyası (1970–1990-cı illər). Bakı, "Qanun" nəşriyyatı, 2015, 272 səh.
  • Ziyalı susanda
  • Yaltaqlığın anatomiyası
  • Anakonda
  • Şeyx Nəsrullah fenomeni
  • Qorxu sindromu
  • Melanxoliya
  • Fəxriyyə
  • Ölümsüz Yaşar
  • Cokonda
  • Saflığın poeziyası
  • Biganəlik
  • Gəncə harayı