Adil xan Əbülfət ağa oğlu Ziyadxanov (d., 25 sentyabr (7 oktyabr) 1870, Yelizavetpol – 14 dekabr 1957, İstanbul) — Gəncə xanı Cavad xanın və Qacar vəliəhd-şahzadəsi Abbas Mirzənin soyundan gələn Azərbaycanın görkəmli dövlət xadimi, alimi və diplomatı.[2] AXC Xarici İşlər Nazirliyində I müavin və AXC-nin İrandakı səfiri kimi vəzifələrdə çalışmışdır.[3]
Adil xan Ziyadxanov | |
---|---|
30 oktyabr 1918[1] – 7 dekabr 1918 | |
1 avqust 1919 – 22 iyun 1921 (de-yure) | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 sentyabr (7 oktyabr) 1870 |
Doğum yeri | |
Vəfat tarixi | 14 dekabr 1957 (87 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | vəkil, diplomat, universitet müəllimi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Əbülfət ağanın üçüncü oğlu Adil xan 25 sentyabr (7 oktyabr) 1870-ci ildə Gəncə şəhərində anadan olub.[4][5] Gəncə xanı Cavad xan Ziyadoğlu-Qacarın nəticəsidir. Anası Azər Humayun xanım naibüssəltənə Abbas Mirzə Qacarın nəvəsi, şahzadə Bəhmən Mirzənin qızıdır. Şahverdi xan və İsmayıl xan adlı iki böyük qardaşı olmuşdur.[6]
Adil xan Ziyadxanov 1957-ci ildə İstanbulda vəfat etmişdir.
Orta təhsilimi Gəncə Kişi Gimnaziyasında almışdır. 1894-cü ilin 1 iyununda ali təhsilini Moskva Universitetinin hüquq fakültəsində bitirmişdir.[5]
Avropa və Şərq dillərini əla bilib. 1905-ci ildən Bakıda Ə. B. Topçuboşovun (1865–1934) redaktorluğu altında çıxan "Kaspi" qəzetiylə əməkdaşlıq edib, orada maarifçi məqalələrlə çıxış edib. Həmin ildə Azərbaycan türkləri adından çar II Nikolaya göndərilmiş petisiyanı o da imzalamışdı. 1906-da Tiflisdə canişinin rəhbərliyi altında təşkil olunmuş erməni-müsəlman münaqişəsini nizamlayan çoxgünlük yığıncaqlarda da Adil xan da iştirak etmişdir.
1908-də Şərqi və Qərbi Avropa ölkələrinə səyahət edib və gördüklərini "Avropada üç aylıq bir səyahətim" adıyla Gəncədə nəşr etdirib (1909).
O, 1917-ci ildə Gəncə Müsəlman İcraiyyə Şurasının seçilmiş 7 daimi üzvündən biri olmuşdur.
Şamaxı bölgəsində bolşeviklərlə birləşmiş erməni və malakan silahlı dəstələri müsəlmanları kütləvi surətdə qıranda oraya Gəncədən göndərilən silahlı könüllülərin təşkilatçıları sırasında Adil xan Ziyadxanov da olmuşdur.[2]
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin XİN rəhbəri olan Əlimərdan bəy Topubaşovun müavini təyin edilmişdir. Topçubaşov İstanbulda olduğuna görə, Adil xan Ziyadxanov faktiki olaraq nazir vəzifəsini yerinə yetirmişdir.
16 noyabr 1918-də Bakıya gələn İngiltərə hərbi qüvvələrinin komandanı, general V. Tomsonu Azərbaycan hökuməti adından Adil xan qarşılayıb və onunla danışıqlar aparıb.[7] Az sonra baş nazir və xarici işlər naziri təyin edilmiş Fətəli xan Xoyskinin müavini olan Adil xan gənc dövlətin xarici siyasətinin formalaşmasında mühüm işlər görüb. Onun yazdığı, ana dilimizdə və fransızca nəşr edilmiş "Azərbaycan" kitabının 2 min nüsxəsi 1919-da Parisə – Versal sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Ə. B. Topçubaşova göndərilərək Avropa ölkələrində, ABŞ və Kanadada yayılıb. Bu orqanda çalışan zaman əsasən Azərbaycanın Paris Sülh Konfransında tanınması və Ermənistandakı azərbaycanlıların vəziyyəti olmuşdur.[8][9][10]
Adil xan 1919-cu ilin martında İrana göndərilən nümayəndə heyətinin rəhbəri olmuşdur. Bu səfər zamanı müxtəlif dostluq və ticarət müqavilələri imzalamışdır. O, bu səfər zamanı Azərbaycanın İran tərəfindən de-yure tanınmasına nail ola bilmişdir.[11]
Azərbaycan Xalq Cümhuriyyətinin Tehranda səfirliyi, Təbriz və Rəştdə konsulluuğu, Məşhəddə vitse-konsulluğu, Xoy və Əhərdə konsul-agentlikləri yaradıldı.
Azərbaycan hökumətinin 1 avqust 1919-cu il tarixli qərarına əsasən Azərbaycanın Tehranda diplomatik nümayəndəliyi təsis edilmiş və xarici işlər nazirinin müavini Adil xan Ziyadxanov Azərbaycan Xalq Cümhuriyyətinin İrandakı diplomatik nümayəndəsi vəzifəsinə edildi.[12] Oktyabr ayında bu vəzifəyə təyin edilsə də, İran torpaqlarına yalnız 1920-ci ilin 15 yanvarında gedib çıxa bildi.[13]
O, İranda olarkən özünün ana dilimizdəki "Azərbaycan: tarixi, ədəbiyyatı və siyasəti" adlı kitabını yerli soydaşlarımız arasında pulsuz payladıb, "Qələmin uçuşu" adlı iki hissəlik kitabınısa fars dilində nəşr etdirmişdir. Bu kitablar Şeyx Məhəmməd Xiyabaninin azadlıq hərəkatına (4 oktyabr 1920) səfirin çox incə töhfəsiydi.
Cümhuriyyət süquta uğradıqdan sonra Bakıya qayıtmayaraq Tehranda qalıb. 22 iyun 1921-də Sovet hökuməti onun diplomatik fəaliyyətini dayandırıb. Bundan sonra Tehran bələdiyyə idarəsində Sosial Təminat Nazirliyində, Təbrizdə dəmiryolu və gəmiçilik idarəsində müxtəlif vəzifələrdə çalışıb.[14]
1934-də İstanbula köçüb və ömrünün qalan hissəsini Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib.
AXC-nin İrandakı səfirliyi 28 aprel 1920-ci ilə qədər fəaliyyət göstərmişdir. Vəzifəsindən kənarlaşan Adil xan Ziyadxanov İran dövlətindən siyasi sığınacaq alaraq orada vəkillik peşəsi ilə məşğul olmağa başladı. Adil xan başa düşürdü ki, Azərbaycana geri dönəcəyi halda qardaşı İsmayıl xan Ziyadxanov kimi güllələnmə ehtimalı yüksəkdir.[15]
Bu məsələlərlə əlaqədar bu dövrdə yazdığı Qələmin uçuşu adlı əsərində yazmışdır:[15]
22 iyun 1921-ci ildə Şahənşahlıq yanında rəsmiyyətimi itirdim. Çünki ali dövlət bütün Sovet respublikaları tərəfindən İran Şahənşahlıq hökuməti yanında təyin olunmuş təkcə bir nəfər nümayəndəni rəsmi surətdə qəbul etmişdi |
İranda yaşadığı müddətdə Tehran bələdiyyə idarəsində, İctimai Təminat Nazirliyinin kənd təsərrüfatı şöbəsində işləmişdir. Sonradan Təbrizə — Azərbaycan dəmiryolları və gəmiçilik işlərində işə göndərilmiş, bir il burada işlədikdən sonra tehrana geri dönmüşdür.
Bir müddət sonra Türkiyəyə köçmüşdür.
Türkiyəyə köçdükdən sonra buradakı azərbaycanlı mühacirlərlə yaxın münasibətdə olmuşdur. Burada yaşayarkən Azərbaycan haqqında əsər yazmışdır. Bu əsər 1993-cü ildə Vilayət Quliyevin ön sözü ilə "Şuşa" nəşriyyatı tərəfindən "Azərbaycan" adı ilə nəşr edilmişdir.[15]
Həyatının Türkiyə dövründə İstanbul Universitetində hüquq fənnini tədris etmişdir.
Vəfatına qədər Türkiyədə yaşamışdır.
Adil xan Reyhanət xanım Həsən ağa qızı Bakıxanova ilə həyat qurmuşdu. Mahrux bəyim adlı qızı vardı.[16]