Sultan Əsədulla oğlu Qafarzadə (1908, Bakı – 1955, Bakı) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üçüncü katibi, Azərbaycan SSR Ali Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Azərbaycan Kommunist Partiyası Kirovabad Şəhər Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin üçüncü katibi, Azərbaycan Kommunist Partiyası Oktyabr Rayon Komitəsinin birinci katibi.
Sultan Qafarzadə | |
---|---|
6 iyun 1946 – 5 fevral 1955 | |
Birinci katib | Mircəfər Bağırov (1933-1953) Mir Teymur Yaqubov (1953-1954) İmam Mustafayev (1954-1959) |
6 mart 1944 – 23 mart 1947 | |
Əvvəlki | Yusif Yusifov |
Sonrakı | Əziz Əliyev |
3 yanvar 1941 – 5 mart 1944 | |
Birinci katib | Mircəfər Bağırov |
4 dekabr 1940 – 27 mart 1941 | |
5 yanvar 1939 – 2 dekabr 1940 | |
Birinci katib | Mircəfər Bağırov |
Yanvar 1939 – 1940 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1908 |
Doğum yeri | |
Vəfat tarixi | 1955 |
Vəfat yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
Sultan Qafarzadə 1908-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Əmək fəaliyyətinə Pionerlər Evinin rəhbəri kimi başlamışdır.[1]
Sultan Qafarzadə aktiv şəkildə Komsomolda fəaliyyət göstərmişdir. O, 1925–1931-ci illərdə Komsomol təşkilatlarında rəhbər vəzifələrdə çalışmışdır. Bakı, Şamaxı, Quba qəza komsomol komitələrində katib, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Dağıstan Vilayət Komitəsinin katibi vəzifələrində çalışmışdır.[1]
Sultan Qafarzadə 1927-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.[2]
Sultan Qafarzadə bir müddət Zaqatala MTS-nin siyasi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Sultan Qafarzadə daha sonra Azərbaycan Kommunist Partiyası Zaqatala, Qax, Qaryagin, Kürdəmir və Xaçmaz rayon komitələrində katib, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışmışdır. O, 1939-cu ildən Azərbaycan Kommunist Partiyası Oktyabr Rayon Komitəsinin birinci katibi,[2] Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin üçüncü katibi, 1940-cı ildən Azərbaycan Kommunist Partiyası Kirovabad Şəhər Komitəsinin birinci katibi, 1941-ci ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində kadrlar üzrə katib, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, 1944-cü ildən isə Azərbaycan SSR Ali Sovetinin sədri vəzifəsində çalışmışdır.[1]
Sultan Qafarzadə II çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur. O, 513 nömrəli Təzəkənd seçki dairəsi üzrə III çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir.[1]
Sultan Qafarzadə 27 aprel 1940-cı il tarixində "Lenin" ordeni ilə təltif olunmuşdur.[3]