Niyazi Bayramov (tam adı: Niyazi Müzəffər oğlu Bayramov; 26 mart 1956, Bakı) — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı (2018-ci ildən).[1]
Niyazi Bayramov | |
---|---|
Vəzifədədir | |
28 avqust 2018-ci ildən | |
Əvvəlki | Elmar Vəliyev |
14 aprel 2012 – 28 avqust 2018 | |
Əvvəlki | Mübariz Ağayev |
Sonrakı | İlham İsmayılov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 mart 1956 (68 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Rütbəsi | Polkovnik |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olmuşdur.
1980-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirmişdir.[2]
1980–1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib.
1986–1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992–1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini, 1995–1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997–2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin müavini, 2009–2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi, 2012–2018-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.[3][4]
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.[5]
Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibəsi iştirakçısıdır. Polkovnikdir.
Ailəlidir, 2 övladı var.