Qanlı zəmi (film, 1985)

Qanlı zəmi filmi rejissorlar Həsənağa TurabovƏbdül Mahmudov tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. Kəskin süjetli filmdə xalq qisasçısı, əfsanəvi qəhrəman Qaçaq Nəbidən, onun dəstəsinin göstərdiyi igidliklərdən söhbət açılır. Film aktyor Həsənağa Turabovun quruluşçu rejissor kimi kinoda ilk işidir. Film 1-ci kateqoriyaya layiq görülüb. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Həsənağa Turabov, Mömünat Qurbanova, Gümrah Rəhimov, Ənvər Həsənov, Ömür Nağıyev, Eldəniz Quliyev, Rasim Balayev, Ramiz Əzizbəyli, Şahmar Ələkbərov ifa edirlər.[1]

Qanlı zəmi
Fayl:Qanlı zəmi (film, 1985).jpg
Janr tarixi
döyüş
macəra
bioqrafik
Rejissorlar Əbdül Mahmudov
Həsənağa Turabov
Ssenari müəllifləri Süleyman Rüstəm
Əhmədağa Muğanlı
Baş rollarda Həsənağa Turabov
Mömünat Qurbanova
Gümrah Rəhimov
Ənvər Həsənov
Ömür Nağıyev
Eldəniz Quliyev
Rasim Balayev
Ramiz Əzizbəyli
Şahmar Ələkbərov
Operator Kənan Məmmədov
Bəstəkar Emin Sabitoğlu
Rəssam Kamil Nəcəfzadə
İstehsalçı "Azərbaycanfilm" kinostudiyası
İlk baxış tarixi 25 avqust 1984
Filmin digər adları Qaçaq Nəbi
Atları yəhərləyin
Filmin növü tammetrajlı bədii film
Müddət 82 dəq.
Ölkə Azərbaycan Azərbaycan SSR
Dil azərbaycanca
İl 1985
Texniki məlumatlar 9 hissə
2404 metr
genişekranlı
35 mm
"Svema" kinolenti
Şostka kimya kombinatı
Rəng rəngli
IMDb ID0263880

XIX əsrin sonlarında Azərbaycanın torpaqlarında çar canişinlərinin hakimiyyətinə, xalqın hesabına varlanan feodal əyanlarına və tacirlərinə qarşı silahlı kəndli dəstələri yaranırdı. Həmin dəstələrdən birinə xalq qəhrəmanı Qaçaq Nəbi başçılıq edirdi. Onun arvadı qorxmaz Həcər də əri ilə birgə həmin dəstədə vuruşurdu.[2]

  • O vaxtlar vəzifə sahibi olan ermənilər filmin istehsalata buraxılmasına əngəl törətməyə başlamışdılar. Səbəb olaraq Qaçaq Nəbinin vaxtilə ermənilərə divan tutmasını göstərmişdilər. Lakin onlar Qaçaq Nəbiylə başqa bir qəhrəman olan Qara Nəbini qarışdırmışdılar. Uzun çək çevirdən sonra ermənilər məqsədlərinə çata bilmədilər. Yalnız filmin adının dəyişdirilməsinə nail ola bildilər. İstehsalı uzun çəksə də nəhayət 1985-ci ildə film çəkildi və çox böyük uğurla nümayiş etdirildi.

Festivallar və mükafatlar

[redaktə | mənbəni redaktə et]

1986-cı ildə ssenari müəllifi Əhmədağa Qurbanova, quruluşçu rejissorlar Əbdül MahmudovHəsənağa Turabova, quruluşçu operator Kənan Məmmədova, quruluşçu rəssam Kamil Nəcəfzadəyə, geyim rəssamı Kazım Kazımzadəyə, bəstəkar Emin Sabitoğluna, aktyor Gümrah Rəhimova və aktyor Rasim Balayevə Azərbaycan SSR Dövlət Mükafatı verilmişdir.[3]

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Əbdül Mahmudov, Həsənağa Turabov
Ssenari müəllifi: Süleyman Rüstəm, Əhmədağa Muğanlı
Operator: Kənan Məmmədov
Rəssam:Kamil Nəcəfzadə
Bəstəkar: Emin Sabitoğlu
Həsənağa Turabov — Nəbi
Mömünat Qurbanova — Həcər[4]
Gümrah Rəhimov — Tunc Vəli
Ənvər Həsənov — Sirac
Ömür Nağıyev — Kalış
Eldəniz Quliyev — Mirzə
Rasim Balayev — Səlim bəy
Ramiz Əzizbəyli — Koxa
Şahmar Ələkbərov — İbiş
Zilli Namazov — Mehdi
Kazım Abdullayev — Qurd Kərim
Təvəkkül İsmayılov — qaçaq
Nizami Musayev — tacir
Vəliəhd Vəliyev — pristav İvan Petroviç
Olqa Bityukova — həkim
Muxtar Maniyev — qubernator
Nikolay Barmin — general
Məmmədrza Şeyxzamanov — kəndli qoca
Leyla Bədirbəyli — kəndli qarı
Əhməd Əhmədov — araba sürən
Firəngiz Mütəllimova — Səlminaz
Tofiq Tağızadə — şikayətçi kəndli
Dadaş Kazımov — şikayətçi kəndli
İsi Məlikzadə — tacir
Ceyhun Mirzəyev — tacir
İ.Əhmədov
Muxtar Avşarov — İranlı zabiti
Əliqulu Səmədov — İran zabiti
Həsən Əbluc — kəndxuda
Məmmədkamal Kazımov — kəndli
Sadıq Hüseynov — kəndli
Gəray Əlibəyov (titrlərdə yoxdur)

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Əminə Yusifqızı — Həcər (Mömünat Qurbanova) (titrlərdə yoxdur)
Həsən Məmmədov — qubernator (Muxtar Maniyev) (titrlərdə yoxdur)
Əliağa Ağayev — tacir (İsi Məlikzadə) (titrlərdə yoxdur)
Muxtar Maniyev — tacir (titrlərdə yoxdur)
Rafiq Əzimov — tacir (titrlərdə yoxdur)
Səməndər Rzayev — araba sürən (Əhməd Əhmədov) (titrlərdə yoxdur)
Hamlet Xanızadə — general (Nikolay Barmin) (titrlərdə yoxdur)
Yaşar Nuri — dustaqxana gözətçisi (titrlərdə yoxdur)
Kamal Xudaverdiyev — Tunc Vəli (Gümrah Rəhimov) (titrlərdə yoxdur)
Eldəniz Rəsulov — Mirzə (Eldəniz Quliyev) (titrlərdə yoxdur)
Nəcibə Hüseynova — həkim (Olqa Bityukova) (titrlərdə yoxdur)
Əliabbas Qədirov — Sirac (Ənvər Həsənov) (titrlərdə yoxdur)
  1. Başıbəlalı "Qaçaq Nəbi" filmi: [filmin çəkilişləri haqqında kinorejissor Əbdül Mahmudovun fikirləri] //Azadlıq. — 2014.- 14 iyul.- S.13.
  2. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276–277.
  3. Uğur. Azərbaycan kinosunun dünyəvilik qayğıları: [kinoşünas Aydın Kazımzadənin söylədikləri] //Xalq cəbhəsi.- 2012.- 27 yanvar.- S. 11.
  4. Qurbanlı, R. Sevgilisi üçün aktrisa da oldu, muzey işçisi də… Qaçaq Nəbinin Həcəri, Ənvər Həsənovun Möminatı: [Ənvər Həsənovun həyat yoldaşı Möminat Qurbanova haqqında] //Ədalət.- 2012.- 26 dekabr.- S.8.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 16.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 302–305.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
  • "Başıbəlalı "Qaçaq Nəbi" filmi". //Azadlıq.-2014.- 14 iyul.- səh. 13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]