Fərhad Eminov

Fərhad Bayram oğlu Eminov - (d.7 iyun 1953 Qaçağan kəndi, Marneuli rayonu, Gürcüstan SSR)Azərbaycan Respublikasının dövlət və ictimai-siyasi xadimi. 1993-cü ildə Baş nazirin müşaviri. Coğrafiya üzrə Fəlsəfə Doktoru. Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin dosenti.

Fərhad Eminov
Fərhad Bayram oğlu Eminov
5 fevrral 1993 – 30 iyun 1993
Şəxsi məlumatlar
Doğum tarixi (69 yaş)
Doğum yeri Qaçağan kəndi, Marneuli rayonu, Gürcüstan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ 1953-1991
Azərbaycan Azərbaycan 1991-dən
Təhsili
Atası Bayram Hüseyn oğlu Eminov
Dini İslam

Həyatı[redaktə | mənbəni redaktə et]

Fərhad Bayram oğlu Eminov 1953-cü il Gürcüstan SSR Marneuli rayonu Qaçağan kəndində dünyaya gəlib. Uşaqlığı Qaçağan kəndində keçib. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra Bakıya ali təhsil almağa gəlib və hal hazırda ailəsi ilə Bakıda yaşayır və Azərbaycan Respublikası vətəndaşıdır.

Soykökü[redaktə | mənbəni redaktə et]

Fərhad Eminov Qaçağan kəndində 18-ci əsrin ikinci yarısından məskunlaşmış Qıpçaq kökənli Qarapapapaq soyu olan Eminuşağı nəslinin nümayəndəsidir. Eminuşağı nəsli hal hazırda Qaçağan kəndinin 16-cı əsrdə məlum olan qədim Topçulu (Tofçulu) məhəlləsində yaşayır, torq sahəlri və mülkiyyətləri var. Eminuşağı nəslinin digər nümayəndələri hal hazırda Azərbaycan Respublikası Bakı şəhərində, Ukraynanın Xarkov şəhərində və digər yerlərdə yaşayırlar. Nəslin nümayəndələri Gürcüstan, Azərbaycan və Ukrayna vətəndaşlığı daşıyırlar.

Təhsili[redaktə | mənbəni redaktə et]

  • 1971-ci ildə Marneuli rayon Qaçağan orta məktəbini başa vurub.
  • 1976-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Coğrafiya fakultəsini Geologiya ixtisası üzrə bitirib.
  • 1987-ci ildə Azərbaycan SSR Elmələr Akademiyası Coğrafiya İnstitutunda elmi dissertasiya müdafiə edərək Coğrafiya üzrə Fəlsə Doktoru elьi adı alıb.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

5 fevral 1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin 1-ci müavini Əli Məsimli, hpkümət başçısı ranqında Azərbaycan Respublikası Baş nazirinin səlahiyyətlərini icara etməyə başlayanda, Fərhad Eminov Azərbaycan Respublikası Baş nazirinin müşaviri vəzifəsinə təyin edildi.

Fərhad Eminov 5 fevral - 28 aprel 1993-cü il tarixində Əli Məsimli hökumətində Baş nazirinin müşaviri və 28 aprel - 30 iyun 1993-cü il tarixində isə Pənah Hüseyn hökumətində Baş nazirin müşaviri vəzifəsində işləmişdir.

30 iyun 1993-cü ildə Azərbaycan Respublikası Baş naziri vəzifəsinə Surət Hüseynov təyin edildikdən sonra Nazirlər kabineti istefaya göndərildi.

30 iyun 1993-cü ildə Azərbaycan Respublikası iqtisadiyyat nazirliyində şöbə rəsinin müavini vəzisfəsinə təyin edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Eminov Fərhad Bayram oğlu (Bioqrafiya) - unec.edu.az". 2020-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-15.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]