Cevdət Sunay

Əhməd Cövdət Sunay (türk. Cevdet Sunay, 10 fevral 1899, Trabzon22 may 1982, İstanbul) — Türk hərbi və dövlət xadimi, Türkiyə Silahlı Qüvvələrinin 12-ci Baş Qərargah rəisi, Türkiyə Respublikasının 5-ci prezidenti.

Cövdət Sunay
türk. Cevdet Sunay
28 mart 1966 – 28 mart 1973
Baş nazirSüleyman Dəmirəl (1965-1971)
Nihat Erim (1971-1972)
Fərid Melən (1972-1973)
ƏvvəlkiCamal Gürsəl
SonrakıFəxri Korutürk
Respublika senatoru
28 mart 1973 – 12 sentyabr 1980
4 avqust 1960 – 16 mart 1966
ƏvvəlkiRaqib Gümüşpala
SonrakıCəmal Tural
3 iyun 1960 – 2 avqust 1960
ƏvvəlkiCamal Gürsəl
SonrakıMüzəffər Alanquş
15 dekabr 1957 – 3 iyun 1960
ƏvvəlkiSalih Coşqun
SonrakıSeyfi Turaqay
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Trabzon, Osmanlı İmperiyası
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri İstanbul, Türkiyə
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Partiya
Təhsili Quləli Hərbi Liseyi
Türkiyə Quru Qoşunları Hərbi Məktəbi
Quru Qoşunları Hərb İnstitutu
İxtisası hərbi xadim
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Həyat yoldaşı Atifət Sunay
Uşağı 3
Dini İslam
Hərbi xidmət
Xidmət illəri 1917-1966
Mənsubiyyəti  Osmanlı imperiyası (1917-1920)
 Türkiyə (1921-1966)
Qoşun növü topçu
Rəhbərlik edib
Döyüşlər Birinci Dünya müharibəsi
Türkiyə İstiqlaliyyət müharibəsi
Rütbəsi ordu generalı

Təltifləri Hərb medalı
"İstiqlal" medalı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hərbi həyatı

[redaktə | mənbəni redaktə et]

Cövdət Sunay 1899-cu il fevralın 10-da Ərzurumda anadan olub. Bəzi mənbələrdə onun doğulduğu yer Ataköy kimi qeyd edilir. Atası Hacı-İslamoğullarından Alay müftisi İslam Səbri Əfəndi, anası Məhəmmədoğullarından Xədicə xanımdır. İbtidai və orta təhsilini Ərzurum, Kərkük, Ədirnə və Kuleli Hərbi Liseylərində almışdır. Birinci Dünya müharibəsi illərində 1917-ci ildə zabit namizədi kimi təlim düşərgəsinə qatılır. Həmin il Sinay və Fələstin cəbhəsində iştirak edir. 1918-ci ildə ingilislər tərəfindən əsir götürülən sunay Misirə aparılır. Əsirlikdən qayıtdıqdan sonra Türkiyə İstiqlaliyyət müharibəsində iştirak edərək, Cənub cəbhəsində xidmət göstərir. Daha sonra Qərb cəbhəsində xidmətini davam etdirir. 1927-ci ildə Hərbi məktəbi bitirir. 1930-cu ildə Hərbi Akademiyadakı təhsilini tamamlayır. Türkiyə Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə çalışıb. O, 1949-cu ildə briqada generalı rütbəsinə yüksəlir.

Briqada generalı rütbəsi ilə 3-cü zirehli briqada komandiri və Baş Qərargahın Əməliyyat İdarəsinin rəisi vəzifələrində çalışıb. 1952-ci ildə general-mayor rütbəsinə yüksəlir. General-mayor rütbəsi ilə Baş Qərargahın Əməliyyat İdarəsinin rəisi və 33-cü diviziyanın komandiri vəzifələrində çalışıb. O, 1955-ci ildə general-leytenant rütbəsinə yüksəlib. General-leytenant rütbəsi ilə 9-cu Korpus komandanlığı, Baş Qərargah Əməliyyatı Rəhbərliyi və Türkiyə Respublikası Silahlı Qüvvələrinin II Baş Qərargahı rəisi vəzifələrində çalışıb. 1958-ci ildə ordu generalı rütbəsinə yüksəlir. Ordu generalı rütbəsi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin II Baş Qərargahı rəisi, Türkiyə Quru Qoşunları komandiri vəzifələrində çalışıb. 2 avqust 1960-cı ildə Baş Qərargah rəisi təyin edilir. 15 mart 1966-cı ildə könüllü olaraq təqaüdə çıxır və elə həmin ildə ehtiyat senatoru seçilir.

Prezidentliyi (1966–1973)

[redaktə | mənbəni redaktə et]
Cövdət Sunay

28 mart 1966-cı ildə Camal Gürsəl xəstəliyi səbəbindən tutduğu vəzifəsindən getdikdən sonra Cövdət Sunay Türkiyə Böyük Millət Məclisi tərəfindən Türkiyənin beşinci prezidenti seçildi. 1973-cü il martın 28-nə qədər davam edən Prezidentlik dövründə zaman-zaman narahat anlar yaşandı. Süleyman Dəmirəl, Nihat Ərim və Fərid Melenin hökumət qurduqları bu dövrdə ən uzun müddət (27.10.1965–19.03.1971) hökumətə rəhbərlik edən Süleyman Dəmirəl olmuşdur. Dəmirəl, Sunayın ölümündən sonra bu dövr üçün: "Biz prezident Sunay ilə 5 il rahat işlədik. Biz bir-birimizi başa düşdük. Çankaya ilə hökumət arasındakı bu harmoniya Türkiyəyə çox şeylər bəxş etdi." deyə bildirmişdir.

Prezident Sunay ve Kral I İdris Liviyada iki kızın hədiyyəsini qəbul edir, 1968-ci il

Türkiyədə sol hərəkatın sürətlənməsi, CXP-nin "Mərkəzin Solu" şüarı ilə Ecevitin adının səslənməyə başlanması, tələbələr arasında sağ-sol mübahisəsi, Yassıda məhkəmə proseslərində mühakimə olunaraq həbs cəzasına məhkum edilən və Kayseri qapalı həbsxanasında saxlanılan Cəlal Bayar başda olmaqla Demokrat Partiyasının millət vəkillərinin əfv ilə siyasi hüquqların verilməsi məsələsində o günlərin partiyaları arasında gedən mübarizə, Suat Hayri Ürgüplünün baş nazir təyin edilməsi (29 aprel 1972) və onun qurduğu hökumətin əvvəlcə Sunay tərəfindən bəyənilib, sonra isə rədd edilməsi, vaxtaşırı universitetlərdə axtarışların aparılması, hətta bəzən onların bağlanması, İsmət İnönünün mürtəce və Nurçuluq sözlərini tez-tez təkrarlaması, 1967-ci il Kipr hadisələri, ABŞ Prezidenti Consonun məktubu, Kassasiya məhkəməsi sədri İmran Öktəmin (1969) dəfn mərasimindəki hadisələr və ondan sonrakı nümayişlər, Birinci Boğaz körpüsü, İstanbulAnkarada bəzi rəsmi binaların bombalanması Baş Qərargah rəisi Camal Turalın Hərbi Şuraya aparılması və General Memduh Tağmaçın Baş Qərargah rəisi olması(12 mart 1969), Milli Nizam Partiyasının qurulması (26 yanvar 1970), İsrailin baş konsulunun qaçırılması və sonradan öldürülməsi, üç britaniyalı texniki işçinin qaçırılaraq öldürülməsi, Boğaziçi sərnişin təyyarəsinin Bolqarıstana qaçırılması, Dəniz Gəzmiş və iki dostunun edam edilməsi, İsmət İnönünün əvvəlcə CXP rəhbərliyindən, sonra isə CXP-dən və millət vəkili vəzifəsindən istefası, birinci və ikinci Nihad Erim hökumətləri (1971–1972), daha sonra Fərid Melənin baş nazirliyi və buna bənzər hadisələr və məşhur 12 Mart Muhtırası Cövdet Sunayın başçılığı dövründə reallaşmış hadisələr idi.[2]

O, 1973-cü il martın 28-də yeddi illik səlahiyyət müddətini başa vurdu və prezidentlikdən getdi. O, həmin gün Respublika Senatının senatoru kimi vəzifəsinin icrasına başlayıb və vəzifəsini 12 sentyabr çevrilişinə qədər davam etdirib.

1929-cu ildə Atifət xanımla ailə həyatı quran və 3 övladı olan Cövdet Sunay 1982-ci il mayın 22-də 83 yaşında vəfat edib.[3] Onun cənazəsi 28 may 1982-ci ildə mərasimlə Ankara Cebeci Əsri qəbiristanlığında dəfn edilib. 6 il sonra, 30 avqust 1988-ci ildə Böyük Qələbənin 66-cı ildönümü münasibətilə Dövlət qəbiristanlığına köçürülərək, dəfn edilir.[4]

Xəlil Falyalının iddiaları

[redaktə | mənbəni redaktə et]

Sedat Pekərin irəli sürdüyü narkotik iddiaları ilə gündəmə gələn kiprli iş adamı Xəlil Falyalı 15 oktyabr 2021-ci ildə həbs edilərək məhkəməyə göndərilib. Məhkəmədə mal varlığı haqqında məlumat verən Falyalı, Cövdət Sunay haqqında; "Mən Kiprdə Fly Oil adlı üçüncü ən böyük neft şirkətinin sahibiyəm. Bu neft şirkəti Cövdət Sunaya məxsusdur və 1974-cü ildən fəaliyyət göstərir. 25–30 il əvvəl onu satın almışam." -deyə açıqlamalar verir.[5]

Milli mükafatları
  •  Türkiyə : Qırmızı lentli Müstəqillik medalı ilə təltif edilmişdir.
Xarici mükafatları
  • İran İran şahlığı :İran imperiyasının yaranmasının 2500 illiyinə həsr olunmuş xatirə medalı (14/10/1971).[6]
  • Böyük Britaniya : Qüdrətli Hamam ordeninin Cəngavər komandiri
  1. "Arxivlənmiş surət". 2021-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. "Arxivlənmiş surət". 2012-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-01. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. "O gün bugün | 5. Cumhurbaşkanı Cevdet Sunay oldu". Milliyet (türk). 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-19. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  4. "Arxivlənmiş surət". 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-01. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  5. "Arxivlənmiş surət" (Türkçe). 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-01. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  6. Badraie Arxiv surəti 5 mart 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib mart 5, 2016, at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]