Fars çayı

Fars (adıq Фарз) — Adıge RespublikasındaKrasnodar diyarında çay. Fars Laba çayının sol qolu olub Kuban hövzəsinə aiddir.

Fars
adıq Фарз
Ölkələr
Mənbəyi Pobeda qəsəbəsi
 • Yüksəkliyi 1010 m
Mənsəbi Laba
 • Yüksəkliyi 70 m
Uzunluğu 197 km
Hövzəsinin sahəsi 1450 km²
Fars çayı (Krasnodar diyarı)
mənbəyi
mənsəbi
Fars çayı Rusiya Krasnodar diyarının fiziki xəritəsində:
44°15′ şm. e. 40°21′ ş. u.HGYO
45°06′ şm. e. 40°07′ ş. u.HGYO
DSR[rus.] 06020000912108100004057
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xarakteriskası

[redaktə | mənbəni redaktə et]

Fars çayı öz başlanğıcını Qayalı silsiləsinin şimal yamacında yerləşən mağaradan çıxan bulaqdan götürür. Yaxınlıqda Ekvesopko dağı yerləşir. Mənbədən 4,3 km cənub-şərqdə Pobeda qəsəbəsi yerləşir.[1] Mənsəbinin hündürlüyü dəniz səviyyəsindən 70 metr yüksəklikdədir. Mənbənin hündürlüyü — dəniz səviyyəsindən 1010 metrdir.

Yuxarı axınlarda çay əhəng daşılı süxurlardan keçir və dərədən çıxdıqdan çay kənarında olan ilk yaşayış məntəqəsi olan Novosvobodnaya kəndindən keçir. Maxoşevskaya kəndi yaxınlığında dağ-meşə zonasından çıxır. Yaroslavskaya kəndində sağ qolu olan — Psefir çayı ilə birləşir. Karseva xutorunun cənubunda sol qolunu qəbul — Seral. Laba çayına, sol sahildən, mənsəbinin 72 km-də birləşir.

Maykop, Qiaqin, KoşexablŞovqenovsk rayonları, eləcə də Krasnodar diyarının Mostovski rayonu ərazisindən keçir. Çayın uzunluğu — 197 km, su toplayıcı hövzəsinin sahəsi — 1450 km². Çayın ümumi düşməsi — 950 m, meyillik — 4,61 m/km-dir.

Yuxarı axınlarda Fars dağ çayı xarakteri daşıyır. Aşağı axarlarında isə tipik düzənlik çayıdır. Meandrlaşma güclüdür. Minerallaşma aşağı axarlarda yüksəkdir. Yay aylarında yağıntıları az olması səbəbi ilə suyun səviyyəsi düşür. Daşqınlar zamanı su ətraf ərazilər basır.

Rusiyanın dövlət su reyestrinin məlumatlarına görə Fars çayı Kuban hövzəsi bölgəsinə, Laba çayının su təsərrüfatı dairəsinə daxildir.

Çayın yuxarı axarlarında qafqaz müharibəsi zamanı adıqların yaratdığı müdafiə xəttinin qalıqlar qalmış. Ətraf ərazilərdə çoxlu mağaralar var. Onlardan ən məhşuru qədim monastrın yerləşdiyi mağaradır. Meşələrində daha çox ağacvarı fındıq yetişir.

Osetin dilində (oset. фарс) — "tərəf" mənasını verir.[2][3] Ərəb dilində "fərz" dini göstəriş, vəzifə deməkdir[4]. Adıq dilindən Ифэрзагъ tərcümədə "yuvarlandı, uçdu" deməkdir.[5]

Bunlardan başqa çay əvvəllər adıqların maxoşev tayfalarının mərkəzi olan eyni Sosurokay kəndininadı ilə tanınırdı.[4]

  1. "Географический атлас России" / АСТАстрельРоскартография, Москва, 2008 год. ISBN 5-85120-218-1.
  2. Абаев В. И. Осетинский язык и фольклор. — М.Л.: Издательство АН СССР, 1949. — С. 310.
  3. Коков Дж. Н. Фарс // Избранные труды. Том 1. Адыгская топонимия. — Нальчик : Эльбрус, 2000. — С. 405. — ISBN 5-7680-1434-9.
  4. 1 2 К. Х. Меретуков. Фарз // Адыгейский топонимический словарь. — 3-е изд., доп. — Майкоп : ООО "Качество", 2003. — С. 259. — ISBN 5-901701-43-7.
  5. Твёрдый А. В. Фарс // Кавказ в именах, названиях, легендах: опыт топонимического словаря. — Краснодар : Платонов И., 2008. — С. 334. — ISBN 978-5-89564-044-9.