Fateh Təkkə

Fateh Təkkə (d. 9 sentyabr 1977, Körpübaşı, Trabzon) — Fateh Sultan ləqəbi ilə də məşhur olan Türkiyəli məşqçi və keçmiş futbolçu. Hal-hazırda ölkəsində İstanbulspor klubunun baş məşqçisidir.

Fateh Təkkə
türk. Fatih Tekke
Ümumi məlumatlar
Ləqəbi Sultan
Doğum tarixi (47 yaş)
Doğum yeri Körpübaşı, Trabzon ili, Türkiyə Türkiyə
Vətəndaşlığı Türkiyə Türkiyə
Boyu 178
Çəkisi 75 kq
Mövqeyi Hücumçu
Klub haqqında məlumat
Klub Türkiyə İstanbulspor
Vəzifəsi Baş məşqçi
Karyerası
Klub karyerası[* 1]
1994—2000 Türkiyə Trabzonspor 83 (12)
1997—1998  Türkiyə Altay 24 (8)
2000—2002 Türkiyə Qaziantepspor 57 (28)
2002—2006 Türkiyə Trabzonspor 114 (77)
2006—2010 Rusiya Zenit Sankt-Peterburq 73 (24)
2010 Rusiya Rubin Kazan 5 (0)
2010—2011 Türkiyə Beşiktaş 2 (0)
2011 Türkiyə Ankaragücü 9 (3)
2011—2012 Türkiyə Orduspor 15 (3)
Milli yığma[* 2]
1998—2007 Türkiyə Türkiyə 25 (9)
Məşqçisi olduğu klublar
2015 Türkiyə Türkiyə U-17
2015 Türkiyə Kayseri Ərciyəsspor
2016 Türkiyə Boluspor
2017—2018 Türkiyə Manisaspor
2018 Türkiyə Dənizlispor
2018—2019 Türkiyə İstanbulspor
2020—… Türkiyə İstanbulspor

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Türkiyə karyerası

[redaktə | mənbəni redaktə et]

Fateh Trabzon əyalətindəki kiçik Körpübaşı şəhərində anadan olub. 1994-cü ildə bölgənin əsas komandası olan Trabzonspora qatıldı. İlk komandada meydana çıxmağa başlayanda hələ yeniyetmə idi. 1994-1997 illəri arasında oynadığı 45 matçda 6 qol vurdu. 1997-1998 mövsümünün əvvəlində 24 matçda 8 qol vurduğu İzmirin Altay klubuna icarəyə verildi. Qalatasaraya 4-5 hesabı ilə məğlub olduqları oyunda het-trik etdi. Ancaq bir neçə həftə sonra oynana matçda ayağı sınan Fateh altı ay yaşıl meydanlardan kənarda qaldı. Trabzonspora qayıtdıqdan sonra Təkkə 2000-ci ilin yayında Qaziantepspora transfer olunmadan əvvəl 38 oyun keçirdi və 6 qol vurdu. Elə bu dövrdə o, ilk dəfə Türkiyə milli futbol komandasının heyətinə çağırıldı.

2002-ci ildə Təkkə yenidən Trabzonspora qayıtdı və kapitanlıq sarğısı ona verildi. Bu karyerasının zirvəsinə çatdığı vaxtlar idi. 2004-05 mövsümündə o, 31 qolla liqanın ən çox qol vuran oyunçusundan 7 qol qabaqda və Qızıl Buts mükafatı uğrunda ikinci oldu. Trabzonsporla birgə ardıcıl iki mövsüm Türkiyə kubokunu qazandı.

Rusiya karyerası

[redaktə | mənbəni redaktə et]

2006-cı ilin iyul ayında Sankt-Peterburqun Zenit klubu ilə müqavilə bağladı. 6 Avqust 2006-cı ildə Şinnik Yaroslavlla oyunda debüt edən Təkkə klubdakı ilk oyununda komandası 1-0 hesabı ilə qalib gələrkən komandasının yeganə qolunu vurdu. UEFA Kubokunun qrup mərhələsində Larissa komandasını 3-2 hesabı ilə məğlub etdikləri oyunda da komandasının qələbə qolunu vurdu. 2008-ci ildə UEFA kubokunun finalında Qlazqo Reyncers üzərində qazanılan qələbədə ikinci qolun ötürməsini verdi. 21 oktyabr 2008-ci ildə Fateh UEFA Çempionlar Liqasında BATE Borisovla 1-1 hesablı heç-heçədə də fərqləndi. 3 Fevral 2010-cu ildə Təkkə Rubin Kazan ilə üç illik müqavilə imzaladı. Beşiktaşa keçərək Türkiyəyə qayıtmaq qərarına gəlməzdən əvvəl yalnız beş oyun keçirdi.

Türkiyəyə qayıdışı

[redaktə | mənbəni redaktə et]

1 sentyabr 2010-cu ildə Təkkə Beşiktaşla iki illik müqavilə imzaladı. Ancaq 2010-11 transfer pəncərəsində Ankaragücünə göndərilməmişdən əvvəl cəmi iki oyun oynaya bildi. Burda da çıxış etdiyi 5 qarşılaşmada üç qol vurdu. 2011-ci ilin yay transfer mövsümünün tanıtımında Orduspor Təkkəni Ankaragücüdən satın aldıqlarını açıqladı. Ona burda 23 nömrəli forma və kapitanlıq sarğısı verildi. Bu klubda da futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başladı.

Beynəlxalq karyerası

[redaktə | mənbəni redaktə et]

Fateh müxtəlif vaxtlarda Türkiyə U-15, Türkiyə U-16, Türkiyə U-17, Türkiyə U-18, Türkiyə U-21 yığmalarında, 1998-2007-ci illərdə isə əsas komandada - Türkiyə milli futbol komandasının heyətində çıxış etmişdir. Türkiyə U-16 komandası ilə 1994-cü ildə keçirilən Futbol üzrə 17 yaşadək Avropa Çempionatında qalib olmuşdur. Əsas millidə isə 25 oyunda 9 dəfə fərqləndi.

Karyera statistikası

[redaktə | mənbəni redaktə et]
# Tarix Məkan Rəqib Hesab Nəticə Turnir
1. 4 Sentyabr 2004 Hüseyn Avni Aker stadionu, Trabzon, Türkiyə Gürcüstan Gürcüstan 1–0 1–1 2006 FİFA Dünya Kubokunun seçmə mərhələsi
2. 9 Oktyabr 2004 Şükrü Saracoğlu stadionu, İstanbul, Türkiyə Qazaxıstan Qazaxıstan 3–0 4–0 2006 FİFA Dünya Kubokunun seçmə mərhələsi
3. 9 Oktyabr 2004 Şükrü Saracoğlu stadionu, İstanbul, Türkiyə Qazaxıstan Qazaxıstan 4–0 4–0 2006 FİFA Dünya Kubokunun seçmə mərhələsi
4. 30 Mart 2005 Mixail Mesxi adına stadion, Tbilisi, Gürcüstan Gürcüstan Gürcüstan 1–2 2–5 2006 FİFA Dünya Kubokunun seçmə mərhələsi
5. 30 Mart 2005 Mixail Mesxi adına stadion, Tbilisi, Gürcüstan Gürcüstan Gürcüstan 1–3 2–5 2006 FİFA Dünya Kubokunun seçmə mərhələsi
6. 8 İyun 2005 Almatı Mərkəzi stadionu, Almatı, Qazaxıstan Qazaxıstan Qazaxıstan 0–1 0–6 2006 FİFA Dünya Kubokunun seçmə mərhələsi
7. 8 İyun 2005 Almatı Mərkəzi stadionu, Almatı, Qazaxıstan Qazaxıstan Qazaxıstan 0–4 0–6 2006 FİFA Dünya Kubokunun seçmə mərhələsi
8. 17 Avqust 2005 Vasil Levski Milli stadionu, Sofiya, Bolqarıstan Bolqarıstan Bolqarıstan 0–1 3–1 Yoldaşlıq oyunu
9. 16 Avqust 2006 Jozi Bartel stadionu, Lüksemburq, Lüksemburq Lüksemburq Lüksemburq 0–1 0–1 Yoldaşlıq oyunu

Futbolçu olaraq

[redaktə | mənbəni redaktə et]

Türkiyə U-16 milli futbol komandası

  • Futbol üzrə 17 yaşadək Avropa Çempionatı: 1994

Trabzonspor

Zenit Sankt-Peterburq

Rubin Kazan

  • Rusiya Super Kuboku: 2010

[1]

  1. https://int.soccerway.com/players/-/6879/