Livan əhalisi

Livan əhalisi2011-ci ilin iyul ayına olan məlumatlara görə 4 143 101 nəfərdir. Ölkə əhalisinin 95 %-i ərəblərdir. Etnik qruplar arasında ermənilər üstünlük təşkil edirlər. Rəsmi dili ərəb dilidir. Erməni və fransız dillərindən də istifadə olunur. Əhalinin təxminən 59,7 %-i müsəlman, 39 %-i xristiandır. 1,4 % əhali digər dinlərə mənsubdur. Şəhər əhalisi 87 %-dir.

Livanın əsas dini qruplarının yayılması
Livanın əsas dini qruplarının yayılması

Əsas statistik məlumatlar

[redaktə | mənbəni redaktə et]
Əhali artımının dinamikası
  • Yaş strukturu:
    • 15 yaşdan aşağı: 23 %
    • 15-64 yaş arası: 68 %
    • 64 yaşdan yuxarı: 9 %
  • Orta yaş həddi: 29,8 yaş (kişilərdə 28,7 yaş, qadınlarda 31 yaş)
  • Əhali artımı: 0,244 %
  • Doğum səviyyəsi: hər 1000 nəfərə 15,02
  • Ölüm səviyyəsi: hər 1000 nəfərə 6,54
  • Gender strukturu: hər 1000 qadına 960 kişi
  • Uşaq ölümü: hər 1000 nəfərə 15,85
  • Yaş səviyyəsi: 75,01 yaş (kişilərdə 73,48 və qadınlarda 76,62 il).
  • Fertillik: hər qadına 1,77 uşaq
  • Savadlılıq səviyyəsi: 87,4 % (kişilərdə 93,1 % və qadınlarda 82,2 %).[1]
  1. "CIA, World Factbook, Lebanon – People". Central Intelligence Agency. December 18 , 2008. 2017-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-01-08.