Ferruçço Buzoni (Dante Michelangelo Benvenuto Ferruccio Busoni, 1 aprel 1866[1][2][…] – 27 iyul 1924[1][2][…], Berlin[3]) — İtalyan bəstəkarı, yazıçı və pedaqoq.
Ferruçço Buzoni | |
---|---|
it. Ferruccio Busoni | |
Ümumi məlumatlar | |
Doğum adı | Dante Michelangelo Benvenuto Ferruccio Busoni |
Doğum tarixi | 1 aprel 1866[1][2][…] |
Vəfat tarixi | 27 iyul 1924[1][2][…] (58 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, pianoçu, dirijor, musiqişünas, musiqi pedaqoqu, musiqi nəzəriyyəçisi, səsyazma sənətçisi[d] |
Janr | opera[5] |
Musiqi aləti | piano |
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Musiqiçilər ailəsindəndir: atası Ferdinando Buzoni (əslən Korsikadandır) klarnetçalan, anası Anna Vays (Weiss) Avstriya pianoçusu idi[6]. Pianoçu kimi sistemli təhsil almamışdır, kompozisiya və kontrapunkt dərslərini Oratsda (Avstriya) V. Mayerdən almışdır. Helsinkidə Musiqi İnstitutunda fortepianodan dərs demiş (1888–90), Moskva konserva toriyasının (fp. sinfi üzrə; 1890–91), Bostondakı Yeni ingilis konservatoriyasının professoru (1891–92) olmuşdur. 1894-cü ildən Berlində yaşamış, yeni və az səslənən musiqinin təbliği məqsədilə "Buzoni orkestr gecələri" (1902–09) təşkil etmişdir. 1913–14-cü illərdə Bolonyadakı Musiqi liseyinin, 1920-ci ildən Berlin İncəsənət Akademiyasının professoru (kompozisiya sinfi) olmuşdur.[7]
K. Vayl, P. Qreyncer, D. Mitropulos, N. Nabokov, E. Petri, L. Sirota və b. onun şagirdləri idi. Buzoni öz dövrünün orijinal virtuoz texnikaya malik böyük pianoçularından biridir. Onun İ. S. Bax, F. List və V. A. Motsartın əsərlərinin fortepiano transkripsiyaları məşhurdur. "Turandot", "Arlekin" (hər ikisi 1917), "Doktor Faust" operalarını (1916–24; şagirdi F. Yarnax tamamlamışdır, quruluş 1925), 2 fortepiano üçün Kontra punktur fantaziyanın (1922), fortepiano ilə orkestr üçün Konsertin (1904); "Musiqi sənətinin yeni estetikasının eskizi" (1907) kitabının və s. müəllifidir. Avanqardizm ideyalarını dəstəkləmişdir. 1949-cu ildən Bolsanoda (İtaliya) hər il pianoçuların Buzoni adına Beynəlxalq müsabiqəsi keçirilir.[7]