Fiume Respublikası

Riyeka (xorv. Rijeka) — Xorvatiyanın ZaqrebSplitdən sonra üçüncü ən böyük şəhəri. Riyeka ölkənin ən böyük liman şəhəridir və Dalmasiya bölgəsinin şimalında, İstriya yarımadasının yaxınlığında yerləşir. Əhali sayı 128 624 nəfər (2011-ci ilin siyahıyaalınmasına görə). Əhalinin 82,5 %-i xorvatlardır.

Şəhər
Riyeka
Rijeka
Fiume
Fiume
Bayraq Gerb
Bayraq Gerb
45°19′47″ şm. e. 14°25′56″ ş. u.HGYO
Ölkə  Xorvatiya
Region Primorsko-Qoranski jupaniyası
Tarixi və coğrafiyası
Əvvəlki adı Fiume
Sahəsi 44 km²
Mərkəzin hündürlüyü 0 m
Saat qurşağı UTC+1
Əhalisi
Əhalisi 128 624 nəfər (2011)
Etnoxronim 305000
Rəqəmsal identifikatorlar
Telefon kodu +385 51
Poçt indeksi 51000
Nəqliyyat kodu RI
Digər
rijeka.hr  (xorv.)
Riyeka xəritədə
Riyeka
Riyeka
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Şəhər Riyeçina çayının mənsəbində (eyni adlı körfəzə tökülür) yerləşir. Bu çay şəhərə öz adını verib. Riyeka xorvat dilindən tərcümədə elə "çay" mənasını verir. Riyeka ölkənin ən böyük həm sərnişin, həm də yük limanıdır. Şəhərin əsas gəlir mənbələri: liman, gəmiqayırma və turzimdir.

XIII əsrə kimi

[redaktə | mənbəni redaktə et]

Burada tapılan Neolit dövrünün tapıntıları insanların qədim vaxtlardan bu ərazilərdə məskunlaşdığını sübut edir. İlk yaranan qəsəbələr Tarsatia və Liburni adlanırdı. E.ə. I əsrdə Roma İmperiyası tərəfindən tərəfindən işğal edilmişdir. Roma İmperiyasının dağılmasından sonra, şəhər Frank dövlətinə birləşdirildi.

VII əsrdə buraya slavyanlar gələrək yerli əhali ilə qarışırlar. Şəhər Xorvat krallığına daxil olur, sonra isə Xorvat-macar dövlətinə birləşdirilir.

Riyeka və Trsat 1689-cu ildə

XIII-XVIII əsrlər

[redaktə | mənbəni redaktə et]
  • Riyeka haqqında ilk sənədli məlumatlar XIII əsrə aiddir: həmin dövrün aktlarında Trsat (Rieçına çayının sol sahilində) və Riyeka (sağ sahilində) kəndlərinin adları hallanır.
  • 1438-ci il - Xorvatiyanın ilk xəstəxanası Riyekada tikilir.
  • 1466-ci il - şəhər çoxmillətli avstriyalı Habsburqlar dövlətinin tərkibinə daxil olur. İtalyanlar və macarlar şəhəri Fiume, avstriyalılar isə Flaum adlandırmağa başlayır.
  • 1599-cu il - Taun epidemiyası Riyekada 300 və şəhər divarları daxilində yaşayan 3000 insanın həyatına son qoydu.
  • 1627-ci il - Gələcəkdə Riyeka Universitetinin əsasını təşkil edəcək Yezuit gimnaziyası yaradılır.
  • 1699-cu il - Türk ordusunun hücumları yekunlaşdı. Riyekanın bir ticarət mərkəzi kimi əhəmiyyəti artdı. İmperator I Leopold şəhərə ikibaşlı qartal gerbini bağışladı.
  • 1719-cu il - İmperator IV Karl Riyekanın azad liman olduğunu elan edir.
  • 1747-ci il - Riyekanın Triyest və Vyana ilə daimi poçt əlaqəsi yaradıldı.
  • 1750-ci il - Şəhərdə xeyli dağıntılar törədən zəlzələ baş verir. Zəlzələlər seriyası bütün ili davam edir.
  • 1754-cü il - Riyekada 1000 nəfəri işlə təmin edən şəkər zavodu fəaliyyətə başlayır.

I Dünya Müharibəsinə kimi

[redaktə | mənbəni redaktə et]

Şəhər I Dünya müharibəsinə kimi Avstriya-Macarıstan İmperiyasının tərkibində (1805-1813-cü illər aralığında Fransa İmperiyasının işğalı altında) qaldı.

XV-XVIII əsrlərdə Fiume (Riyeka) Avstriya imperiyası üçün böyük əhəmiyyət kəsb edir, İstriya və Dalmasiyanın Venesiya Respublikasına aid olduğu üçün Adriatik dənizinə çıxışı olan yeganə limanı idi. Lakin şəhər Napoleon müharibələrindən sonra öz əhəmiyyətini itirməyə başladı. Belə ki, Avstriya imperiyası Venesiya Respublikasına aid limanları ələ keçirə bilmişdi.

  • 1870-ci il - Fiume Macarıstanın tərkibinə keçir və yeganə macar limanına çevrilir. Fiume ilə Avstriyaya məxsus olan Triest arasında gərgin rəqabət başlanır.
  • 1891-ci il - Riyekada dəmiryol vağzalının binası tikilir.
  • 11 fevral 1904-cü il - Riyekada Kapusin kilsəsinin tikintisi başlandı.

Fiume 1924-cü ilə kimi

[redaktə | mənbəni redaktə et]

Birinci Dünya Müharibaəsindən sonra şəhər İtaliya ilə Yuqoslaiya Krallığı arasında mübahisə predmetinə çevrilir. Hər iki ölkə Riyeka-Fiumeni öz ərazisi hesab etməyə başladı.

Fiume Respublikası və Fiume azad şəhəri (1919-1924-cü illər)

[redaktə | mənbəni redaktə et]
  • 1919-cu il - Parisdə ilin ilk 9 ayı ərzində davam edən şəhərin gələcəyi haqqındakı danışıqlar dayandırıldı, belə ki, italyan şair və millətçi Qabriele Dannunsionun dəstəsi şəhəri azad ölkə edir və utopik-sosialist konstitusiyanı təsdiq edir.
  • 12 noyabr 1920-ci il - Fiume konflikti nəticəsində Rapallo sülh sazişi imzalanır. Bu sənədə əsasən bütün tərəflər Fiumenin azadlığını qəbul edir. Ölkə ABŞ,FransaBöyük Britaniya tərəfindən tanınır. Burada hətta dünyanın ən azsaylı kommunist partiyası belə mövcüd idi.
  • 1921-ci il - Dannunsio hərbi əməliyyatları bərpa edir.
  • 3 mart 1922-ci il - Yerli faşistlər hökuməti devirib, hakimiyyəti ələ keçirdilər və İtaliyadan yardım istədilər.
  • 17 mart 1922-ci il - Fiumeyə italyan qoşunları daxil olur.
  • 27 yanvar 1924-cü il - Serb, Xorvat və Sloven Krallığı ilə İtaliya Krallığı arasında Roma müqaviləsi imzalanır. Sənədə əsasən İtaliya Fiumeni anneksiya edir, lakin Fiume hökuməti sənədi qəbul etməyərək mühacirətdə mübarizə aparmağa davam edir. Şəhərin slavyan əhalisi təqbilərə məruz qalır və assimilyasiyaya uğrayır.

Fiume İtaliyanın tərkibində (1924-1943-cü illər)

[redaktə | mənbəni redaktə et]
  • 16 mart 1924-cü il - İtaliya formal olaraq Fiume şəhərini anneksiya edir. Beləliklə Roma sazişi Rapallo müqaviləsinin qərarını ləğv edir.
  • 7 aprel 1924-cü il - Mühacirətdə yaşayan Fiume hökuməti bu anneksiya qərarını qəbul etmir və mübarizəni davam etdirirdi, baxmayaraq ki, Millətlər Cəmiyyəti bu qərarı qəbul etmişdir. İtalyan faşistlərin İtaliyaya birləşmədən sonra şəhər iqtisadiyyatının çiçəklənəcəyi barədə arzuları özünü doğrultmadı.

Riyeka Xorvatiya və Tito Yuqoslaviyasının tərkibində

[redaktə | mənbəni redaktə et]
  • 1943-cü il - Ante Paveliç Riyekanı və digər "azad olunmuş bölgələrlə" (oslobodjene krajeve) birlikdə Xorvatiyaya biləşdirdi. İtalyan əhaliyə qarşı heç bir zorakılıq halları baş vermədi.
  • 1945-ci il - Riyeka yuqoslav kommunist partizanları tərəfindən ələ keçirildi.
  • 1947-ci il - Riyeka rəsmən YXFR-ə (Yuqoslaviya Xalq Federativ Respublikası) birləşdirildi. Bu dəfə italyan əhalinin əksəriyyəti şəhəri tərk edir.
  • 1991-ci ildən Riyeka Xorvatiyanın tərkibindədir.
Riyeka iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Maksimum orta, °C 8,7 9,5 12,4 16,1 20,9 24,6 27,7 27,6 23,6 18,6 13,4 10,0 17,8
Minimum orta, °C 2,7 3,2 5,5 8,8 12,9 16,2 18,6 18,5 15,3 11,1 7,1 4,1 10,3
Yağıntı norması, mm 135 114 104 111 102 111 82 100 165 176 183 154 1.537
Mənbə: http://www.worldweather.org/019/c00072.htm worldweather.org


Tarixi abidələr və görməli yerlər

[redaktə | mənbəni redaktə et]

• Riyekanın əyilmiş qülləsi - Müqəddəs Məryəm kilsəsinin yanında yelrəşir və onun zəng qülləsi kimi istifadə olunur. Qotika, 1377-ci il

• Müqəddəs Vita adına Kafedral kilsə - Riyeka şəhəri hamisinin şərəfinə tikilib. Barokko, 1638-ci il

• Müqəddəs İeronim adına kilsə - 1768-ci ildə barokko stilində yenidən qurulmuşdur. Qotika, 1408-ci il

• Müqəddəs Fabian və Sebastian kilsəsi

• Müqəddəs Nikolay adına serb pravoslav kilsəsi - 1790-ci il

• Kapusin kilsəsi

• Pomor muzeyi

• Müasir incəsənət və modern muzeyi

Məşhur tikililər və evlər

[redaktə | mənbəni redaktə et]
Riyekadakı İvan Zayts adına Xorvatiya xalq teatrı
İtalyan orta ümumtəhsil məktəbi binası.

• İvan Zayts adına Xorvatiya xalq teatrı

• Türk evi (xorv. Turska kuća və ya ital. Casa turca) - neomavritan üslubunda arxitekturalı ev

• "Modelo" sarayı (xorv. Palača Modello)- 1885-ci ildə tikilib.

• Riyekanın dəmiryolların idarəsi sarayı

• Ploech ailəsinin sarayı

• Jadran sarayı və ya Adria sarayı

• Adamić sarayı

• Venesiya evi

• Transadria binası

• Gömrük binası

• İtalyan orta ümumtəhsil məktəbi binası

• Suşakda (Riyekanın qəsəbəsi) "Kontinental" oteli - 1888-ci ildə tikilib

• Riyeka Göydələni - 1939-cu ildə tikilmiş Riyekanın ilk göydələni. Şəhərin mərkəzində yerləşir. 2007-ci ildəki təmir işlərindən sonra eyniadlı otel kimi fəaliyyət göstərir.

Heykəllər, fontanlar, abidələr

[redaktə | mənbəni redaktə et]
Duşan Dzamonya adına fontan-abidə - Xorvatiya xalq teatrının önündə yerləşir.

• İvan Zayts heykəli - xorvat bəstəkar, dirijor və pedaqoqa qoyulmuş heykəl onun adını daşıyan Xorvatiya xalq teatrının əsas girişinin önündə ucaldılıb.

• Duşan Dzamonya adına fontan-abidə - Xorvatiya xalq teatrının önündə yerləşir.

Digər görməli yerləri

[redaktə | mənbəni redaktə et]

• Qədim roma qapıları - qədim roma arka tipli qapıları vaxtilə qəsəbəni əhatə edən divarın bir hissəsi kimi qalmışdır.

• Şəhər qülləsi - bir zamanlar köhnə şəhərə dəniz tərəfdən giriş kimi istifadə olunurdu

• Yalnız piyadaların istifadəsi üçün olan Korzo küçəsi

• Riyeka karnavalı (xorv. Riječki karneval) - Hər il böyük oructutmadan öncə keçirilən karnaval özündə Avstriya və Venesiya karnavalının elementlərini birləşdirir. 1982-ci ildə yenidən keçirilməyə başlanıb.

Riyekada eyni adlı futbol klubu fəaliyyət göstərir. Klub dəfələrlə yerli çempionatın qalibləri sırasında olmuşdur. UEFA reytinqində 178-ci yerdədir. Bu klubun basketbol, həndbol, su polosu kimi idman növlərində də nümayəndəlikləri var.

Beynəlxalq əlaqələr

[redaktə | mənbəni redaktə et]

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]

Məşhur sakinlər

[redaktə | mənbəni redaktə et]
  • Boşko Balaban - futbolçu
  • Robert Bartini - sovet fiziki və aviakonstruktoru
  • Yosip Bozaniç - kardinal
  • İqor Budan - futbolçu
  • İvan Zayts - bəstəkar, dirijor, pedaqoq
  • Yanoş Kadar - macar kommunist lideri
  • Martina Meyerle - müğənni
  • Yakov Fak - sloven biatlonçu
  • Eden fon Xorvat - avstriyalı prozaik, dramaturq

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]