Fridrix Freyherr Kress fon Kressenşteyn (d. 24 aprel 1870 – ö. 16 oktyabr 1948) – alman sərkərdə, hərbi xadim və general. Birinci Dünya müharibəsi dövründə Osmanlı ordusunda və Gürcüstan köməkçi alman zabit qrupunun üzvü kimi xidmət etmişdir. I Dünya müharibəsi başlamamış Osmanlıya gəlmiş və alman general Otto Liman fon Sandersin hərbi missiyasının bir hissəsi olmuşdur.[2]
Fridrix Freyherr Kress fon Kressenşteyn | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 aprel 1870[1] |
Doğum yeri | |
Vəfat tarixi | 16 yanvar 1948[1] (77 yaşında) və ya 6 yanvar 1948 (77 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Almaniya İmperiyası ordusu, Reyxşiir |
Xidmət illəri | 1888–1929 |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
1918-ci ildə qurulan Gürcüstan Demokratik Respublikası ilk dövrlərdə Almaniya ilə müttəfiq olmuş və onun protektoratlığına girmişdir. Gəlinən razılaşma əsasında bir sıra alman hərbi nümayəndələri Gürcüstana gəlmiş və onun ordusunun qurulmasında iştirak etmişdir. Bu nümayəndələrdən biri də generalı Fridrix Freyherr Kress fon Kressenşteyn olmuşdur. O, alman nümayəndəsi kimi Gürcüstana getmiş və ilin sonuna qədər orada qalmışdır.
Nürnberqli zadəgan ailənin övladı kimi dünyaya gəlmişdi. Atası Georg Kress fon Kressenşteyn ali məhkəmənin hakimi idi. 1929-cu ildə alman ordusundan təqaüdə ayrıldı. Sonrakı illərdə Milli Arxivlər və İngiltərə Kraliyyət Birləşmiş Xidmətlər İnistitutu üçün avtobioqrafik məqalə yazmışdır.
1948-ci ildə Münhendə vəfat etmişdir.
1888-ci ildə topçu zabit kimi alman ordusunda xidmıt etməyə başlamışdır.
I Dünya müharibəsi dövründə 1914-1917 dekabr aralığında Osmanlı ordusuna bağlı Fələstin cəbhəsindəki VIII Orduda xidmət etmişdir. Fələstində Camal Paşanın ordusuna qatılmışdır. Birinci və İkinci Kanal əməliyyatlarına faktiki olaraq komandanlıq etmişdir. Birinci Qəzzə müdafiəsində (1917 mart)bir digər alman zabit mayor Tiller ilə Osmanlı müdafiəsinin qurulmasında iştirak etmişdir. Bu döyüşdə ingilislər məğlubiyyətə uğradılmışdır. 1917-ci ilin aprelində baş İkinci Qəzzə döyüşündə ingilislər yenidən məğlub edildi. Üçüncü Qəzzə döyüşündə də Osmanlı ordusuna rəhbərlik edən generallardan biri olmuşdur. Qəzzə döyüşlərində göstərdiyi şücaətə görə Prussiyanın ən yüksək hərbi medalı olan “Pour le Merite”yə layiq görülmüşdür.[3]
1918-ci ilin iyun tarixində Osmanlı-Alman ittifaqının parçalanması ilə müstəqilliyindən sonra Almaniyanın protektoratlığına girən Gürcüstana kiçik alman qüvvəsi ilə göndərildi. Abxaziyanın Qırmızı Ordu tərəfindən işğalına mane olmaq üçün çalışdı. 1918-ci ilin dekabrında Gürcüstanı tərk etməyə məcbur oldu.[4]