Fuad Teyyub oğlu Məmmədov (28 oktyabr 1946, Bakı) — Kulturoloq, Tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı.[1]
Fuad Məmmədov | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Elm sahəsi | Kulturologiya |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Respublikasının vətəndaşı; 1946-cı il oktyabırın 28-də Bakı şəhərində anadan olub; Kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru; “İntellektual İnkişaf Problemləri” Beynəlxalq Elmlər Akademiyəsının akademiki; Rusiyanın Pedaqoji və Sosial elmlər Akademiyasının akademiki; “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti; “Mədəniyyət və cəmiyyət” daimi kulturuloji seminarın elmi rəhbəri. “Simurq” Kulturoloji jurnalın (Dünya mədəniyyəti və sivilizasiyası məsələləri) yaradıcısı və baş redaktoru; “Humay” (2002) və “İntellekt” (2006) Milli ictimai mükafatların laureatı; “Sülh səfiri” və “Mədəniyyət səfiri” Beynəlxalq və Milli fəxri adlarla təltif olunub. Elmi maraqlar dairəsi: milli və beynəlxalq idarəetmə mədəniyyəti; insanın həyatfəaliyyəti mədəniyyəti; dünya mədəniyyəti və sivilizasiyasının tarixi.
Azərbaycanda kulturologiya elminin yaradıcısıdır. Mədəniyyət və elm tarixi və nəzəriyyasindən 200-dən artıq elmi və elmi-maarif işlərin, Azərbaycan cəmiyyəti və dövlətinin modernləşməsi və sosial tərəqqisinə yönəlmiş müddəaların və layihələrin müəllifi və tərtibatçısıdır. Onların arasında Azərbaycanını ali məktəbləri ilə yanaşı, Rusiyanın, ABŞ-nın, Almaniyanın, Fransanın, Avstriyanın və başqa ölkələrin kitabxanalarında geniş istifadə olunan, iki beynəlxalq akademiya tərəfindən bəyənilmiş və “Humay” mili mükafatı ilə təltif olunmuş “Kulturologiya” fundamental əsəri, bir çox Azərbaycan və xarici alim, mütəxəssis və diplomatlar tərəfindən dəstək almış, Dünyə mədəniyyəti Beynəlxalq universitetin layihəsini göstərməək olar.
Prof. F.T.Məmmədov 1990-cu ildən “Mədəniyyət və cəmiyyət” adinda daimi fəaliyyət göstərən kulturuloji seminarın elmi rəhbəridir. 1990 – 2009-cu illərdə ölkədə, kulturologiya və idarəetmə mədəniyyəti sahəsində müxtəlif mövzularda 300-dən artıq respublika və beynəlxalq konfransları, interaktiv seminarlar, treninqlər, dəyarmi masalar və fokus-qruplara rəhbərlik etmişdir. İnsan, cəmiyyət və dövlətin sosial-mədəni inkişafina həsr olunmuş mövzularda televiziya və radioda, jurnal və qazetlərin səhifələrində daimi kulturoloji maarif xarakterli çıxışlar edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tələbələr və müdavimlər tərəfindən böyük maraqla qarşılanan, respublikada yeganə olan, “İdarəçilik mədəniyyəti” innəvativ kulturoloji kursun müəllifidir. Kurs demokratik ölkələrin idarəetmə təcrübəsinin və dünya mədəniyyəti və sivilizasiyasının nailiyyətlərinin elmi təhlili əsasında hazırlanmışdır. Kursun tədrisi şəxsiyyətlər və liderlərin formalaşmasına, gələcək mütüxəssislər və məmurlər tərəfindən müasir elmi biliklərin, beynəlxalq standartlara cavab verən, peşəkar vərdişlərin, yüksək demokratik idarəetmə etikasının mənimsənməsinə xidmət edir.
26 ölkədə olmuş, və bu ölkələrin sosial-mədəni inkişaf təcrübəsini öyrənmişdir. Azərbaycan və dünya mədəniyyəti, elmi, idarəetmə tarixi və nəzəriyyəsi problemləri üzrə Rusiyada, Almaniya Federativ Respublikasında, Rumıniyada, Gürcüstanda, Yunanıstanda, Misirdə, Türkiyədə, Kosta Rikada, Norveçdə, ABŞ-da, Taylandda, Cənubi Koreyada, Fransada, Macarıstanda beynəlxalq konfranslarda və seminarlarda, səfirliklərdə və cəmiyyətlərdə məruzələr və çıxışlar etmişdir.
1964-cü ildə Bakıdakı 150-nömrəli məktəbi, 1969-cu ildə isə Azərbaycan neft və kimya institutunun kimya-texnoloji fakultəsini bitirmişdir. 1975-ci ildə tarix elmləri namizədi elmi dərəcəni almaq üşün dissertasiyanı, 1985-ci ildə isə - Azərbaycanda elm tarixi üzrə ilk doktorluq dissertasiyasını müdafiə etmişdir. 1993-cü ildə beynəlxalq Amerika-Rus konfliktologiya məktəbini bitirmişdir.
Azərbaycanda kulturologiya elminin yaradıcısıdır. Mədəniyyət və elm tarixi və nəzəriyyasindən 200-dən artıq elmi və elmi-maarifləndirici işlərin, Azərbaycan cəmiyyəti və dövlətinin modernləşməsi və sosial tərəqqisinə yönəlmiş müddəaların və layihələrin müəllifi və tərtibatçısıdır. Onların arasında Azərbaycanını ali məktəbləri ilə yanaşı, Rusiyanın, ABŞ-nin, Almaniyanın, Fransanın, Avstriyanın və başqa ölkələrin kitabxanalarında geniş istifadə olunan, iki beynəlxalq akademiya tərəfindən bəyənilmiş və "Humay" mili mükafatı ilə təltif olunmuş "Kulturologiya" fundamental əsəri, bir çox Azərbaycan və xarici alim, mütəxəssis və diplomatlar tərəfindən dəstək almış, Dünya mədəniyyəti Beynəlxalq universitetin layihəsini göstərməək olar.
Fuad Məmmədov elm və mədəniyyətin tarixi və nəzəriyyəsinə, Azərbaycanın sosial-mədəni tərəqqisinə həsr olunmuş, Respublikada və xarici ölkələrdə çap olunmuş, 200-dən artıq elmi və elmi-maarif işlərinin müəllifidir. Onların arasında "Kulturologiya" (2002), "Kulturologiya effektiv həyat fəaliyyətinə aparan yol kimi" (2006) fundamental dərs vəsaiti və monoqrafiyaları göstərmək olar.[3] Bu monoqrafiyalar təkçə Azərbaycan ali məktəblərində yox, habelə BMT, ABŞ, Rusiya, Fransa, Almaniya və başqa ölkələrin milli kitabxanalarında istifadə olunur. Onun dünya sivilizasiyası tarixi, Azərbaycan, Norveç, Yaponiya, Rusiya mədəniyyəti və sivilizasiyalarına, idarəçilik mədəniyyəti, intelleklual mədəniyyət, etik mədəniyyət, din mədəniyyətinə həsr olunmuş ciddi tədqiqatları da diqqətə layiqdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında respublikada yeganə "İdarəçilik mədəniyyəti" innovativ kulturoloji kursun müəllifidir. Kurs demokratik ölkələrin idarəetmə təcrübəsinin və dünya mədəniyyəti və sivilizasiyasının nailiyyətlərinin elmi təhlili əsasında hazırlanmışdır. Kursun tədrisi şəxsiyyətlər və liderlərin formalaşmasına, gələcək mütüxəssislər və məmurlər tərəfindən müasir elmi biliklərin, beynəlxalq standartlara cavab verən, peşəkar vərdişlərin, yüksək demokratik idarəetmə etikasının mənimsənməsinə xidmət edir. Hal hazırda "İdarəetmə mədəniyyəti" adlı ensiklopedik xarakterli əsərini başa vurmuş, "Azərbaycanda elmin inkişafı" kitabı üzərində çalışır.
Professor Fuad Məmmədovun kulturologiya və idarəçilik mədəniyyətinin nəzəri-metodoloji problemlərinə dair elmi töhfəsini xüsusi ilə qeyd etmək lazımdır. O, ilk dəfə olaraq, Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsini kulturologiya elminə, universal kulturoloji təhlili isə (insan, ailə, cəmiyyət, dövlət və qlobal səviyyələrdə) idarəetmə elminə tədbiq etmişdir. Onun "mədəniyyətin elmi anlayışı", "yaradıcılıq düsturu", "mədəni inkişafın amilləri", "mədəni insan düsturu", "idarəetmənin və özunuidarəetmənin effektivliyi" və s. yaratdıqı nəzəri anlayışlar və kateqoriyalar humanitar elmlərin inkişafı üçün fundamental xarakter daşıyır. Onun dünya kulturologiya elminə verdiyi töhfə "İntellektual İnkişaf Problemləri" Beynəlxalq Elmlər Akademiyasının (2002) və Rusiyanın Pedaqoji və Sosial Elmlər Akademiyasının (2004) həqiqi üzvlüyünə seçilməsilə, Amerikanın Bioqrafk İnstitutunun Şərəf madalı ilə qiymətləndirilmişdir. Professorun elmi, elmi-maarif və ictimai fəaliyyəti həmçinin Azərbaycan Respublikasının "Humay" (2002) və "İntellekt" (2006) Milli İctimai mükafatları, "Simurq" Beynəlxalq medalı (2006), "Mədəniyyət səfiri" (2006) Milli ictimai fəxri adla və başqa mükafatlarla qeyd olunmuşdur.
Fuad Məmmədovun 40 ildən artıq elmi-pedaqoji, o cümlədən, 20 ildən artıq pedaqoji stajı var. Həmin ilərdə o minlərlə yuksək ixtisaslı mütəxəssislərin hazırlanmasında fəal iştirak edib, 7 aspirant və dissertantın elmi tədqiqatlarına rəhbərlik edib və etməkdədir; onlardan 2 nəfər müdafiə edib, 5 nəfər müdafiəyə hazırlaşır. Onun DİA-nın auditoriyalarında, habelə respublikanın başqa idarələrində oxuduğu mühazirələri və keçirdiyi interaktiv treninqləri tələbələr, məmurlar və ziyalılar arasında yuksək reytinqə malikdir.
Eyni zamanda Fuad Məmmədov, 1990-cu ildən daimi fəaliyyət göstərən, "Mədəniyyət və cəmiyyət" adında, respublika kulturuloji seminarının elmi rəhbəridir. 1990–2009-cu illərdə ölkədə, kulturologiya və idarəetmə mədəniyyəti sahəsində, xarici qonaqların iştirakı ilə keçirilən, müxtəlif mövzularda 300-ə yaxın respublika və beynəlxalq konfranslar, interaktiv seminarlar, treninqlər, dəyarmi masalar və fokus-qruplara rəhbərlik etmişdir. İnsan, cəmiyyət və dövlətin sosial-mədəni inkişafina həsr olunmuş mövzularda ali və orta məktəblərdə, müəssisələrdə, televiziya və radioda, jurnal və qəzetlərin səhifələrində daimi kulturoloji maarifləndirici xarakterli çıxışlar edir.
Fuad Məmmədov Azərbaycanda məhbus qadınların ailələri ilə münasibətlərini araşdırmış, onlara qarşı cəmiyyətdə mövcud olan kişi və qadınların ayrıca münasibətləri, normaları və məhbus qadınların həbsxanadan azad olunduqdan sonra həyatlarında yeni mərhələnin başlanması üçün imkanların və normal şəraitlərin mövcudluğunu tədqiq etmişdir.[4]
Fuad Məmmədov 26 ölkədə olmuş, və bu ölkələrin sosial-mədəni inkişaf təcrübəsini, Azərbaycanın inkişafında yradıcı şəkildə istifadə etmək üçün öyrənmişdir. Azərbaycan və dünya mədəniyyəti, elmi, idarəetmə tarixi və nəzəriyyəsi problemləri üzrə Rusiyada, Almaniya Federativ Respublikasında, Rumıniyada, Gürcüstanda, Yunanıstanda, Misirdə, Türkiyədə, Kosta Rikada, Norveçdə, ABŞ-də, Taylandda, Cənubi Koreyada, Fransada, Macarıstanda beynəlxalq konfranslarda və seminarlarda, səfirliklərdə və cəmiyyətlərdə məruzələr və çıxışlar etmişdir. 1999-cu ildə o Avropa Şurasının mədəniyyət siyasəti üzrə ekspertləri siyahısına daxil edilmiş, 2001-ci ildə "Ambassador for Peace" Beynəlxalq fəxri diplomla təltif edilib.