Göydərə (əvvəlki adı: Noraşen) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltax kənd Sovetindəki Noraşen kəndi Göydərə kəndi adlandırılmışdır.[2]
Göydərə | |
---|---|
39°10′13″ şm. e. 45°40′30″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əlincə çayının (Arazın qolu) sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Aradərə olmuşdur. XIX əsrdə Cənubi Azərbbaycandan gəlmiş erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsi Noraşen adlandırılmışdı. 1992-ci ildən kəndin adı dəyişdirilərək Göydərə kimi rəsmiləşdirilmişdir.[3]
Naxçıvan Muxtar Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarı ilə Culfa rayonunun Saltax kənd Sovetindəki Noraşen kəndi Göydərə kəndi adlandırılmışdır.[4]
Əhalisi 1448 nəfərdir.[5]
Azərbaycan futbolçusu, Azərbaycan futbol klubu olan "Neftçi" PFK-nın yarımmüdafiəçisi